Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Beynəlxalq güclər Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşmalıdır

Vüqar Rəhimzadə: Beynəlxalq güclər Cənubi Qafqazda yaranmış yeni reallıqlarla hesablaşmalıdır

Bakı, 25 sentyabr, AZƏRTAC

Ötən il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Zəfərimizlə başa çatdı. Sentyabrın 23-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda təqdim olunan çıxışı bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə istər 30 illik işğal, istərsə də postmünaqişə dövrü ilə bağlı ünvanlanan ciddi mesajları əks etdirir. Dövlətimizin başçısının çıxışında diqqət çəkdiyi əsas məsələ həm də dünyanın ikili standartlara söykənən siyasəti oldu. Nəzərə alaq ki, 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa və Rusiya, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onların daim üzvü olduqları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər 30 ildə bu qərar və qətnamələrə məhəl qoymur, beynəlxalq səviyyədə başlarına çəkilən sığala uyğun olaraq istədikləri vaxt danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da müxtəlif bəhanələrlə ondan yayınırdılar. 44 günlük Vətən müharibəsi münaqişənin həlli ilə bağlı 30 il davam edən danışıqların imitasiya naminə aparıldığını ortaya qoydu. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da göstərilən dəstəkdən irəli gəlirdi. Dövlətimizin başçısı nitqində xatırlatdı ki, ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışımda diqqəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltmişdim.

Azərbaycan Ordusu düşmənin bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası, illərdir yaradılan “güclü erməni ordusu” mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev çıxışında ermənilərin illərdir törətdikləri təxribatları, faciələri rəqəmlər və faktlar əsasında illik ümumi müzakirələrin iştirakçılarının diqqətinə çatdırdı. 30 illik işğalın müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunduğunu bildirən dövlətimizin başçısı dedi: “Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülüb. Onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”.

Vətən müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair yaşayış məntəqələrimizdə terror aktları törədildiyini, insanlıq əleyhinə yönəlmiş bu cinayətlərə sivil dünyanın yenə də seyrçi qaldığını vurğulayan Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Amma bu reallıq dünya gücləri tərəfindən unudulurdu ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nin sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.

“Dünyaya səs salan Zəfərimiz, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları mənfur düşmənin əsl simasının təqdimatında mühüm rol oynayır”, - söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, tarixi və dini abidələrimizi yerlə-yeksan edib guya azərbaycanlıların Cənubi Qafqazda gəlmə xalq olduğunu “sübuta yetirmək” kimi mənfur niyyətini ortaya qoyan ermənilər 44 günlük Vətən müharibəsi, həmçinin müharibədən sonrakı dövrdə həqiqətlərin qarşısında aciz duruma düşdüklərinin fərqindədirlər. Ona görə ki, İkinci Qarabağ müharibəsi zamanı erməni cəlladlarının Gəncədə, Bərdədə, Tərtərdə törətdikləri terror aktları tarixə XX əsrin dəhşətli faciəsi kimi daxil olan Xocalı soyqırımının davamı kimi dəyərləndirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı şanlı tarix, həmçinin Ermənistana və ona havadarlıq edənlərə keçilən tarix, hüquq və qürur dərsi 30 ilin ikili standartlara əsaslanan siyasətinə verilən cavab oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, artıq Qarabağ münaqişəsi tarixə qovuşsa da, məsələnin həllinin 30 il uzanmasının səbəbi kimi dünyanın ikili standartlar siyasəti daim təhlil olunur, hazırda “fəallaşmaq” istəyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu gedişlərinin arxasında hansı maraqların dayandığı əsaslı şəkildə diqqətə çatdırılır: “Bəzi beynəlxalq güclər tərəfindən hələ də “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin işlədilməsi də Ermənistanın guya münaqişənin həll olunmaması ilə bağlı səsləndirdiyi sərsəm bəyanata dəstəkdir. Amma istər işğalçı dövlətdə baş qaldırmaq istəyən revanşist qüvvələr, istərsə də onlara dəstək verməyə səy göstərən aparıcı dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar dəmir yumruğun bu gün də yerində olmasından xəbərdardırlar. Azərbaycan Ordusu Ermənistana lazım olduğu yeri göstərdi. 30 ilə yaxın dövrdə işğalçılıq siyasəti, eyni zamanda, bu və ya digər dövlətlərin maraqlarının ifadəçisi olmaq missiyasını yerinə yetirməsi ucbatından bütün qlobal enerji layihələrindən kənarda qalan Ermənistanda Vətən müharibəsində tarixi Zəfərimizdən sonra yaşanan siyasi və iqtisadi gərginliklər təcavüzkar dövlətin rəhbərliyini ciddi düşündürməlidir. Bu gün Ermənistan Azərbaycan dövlətinin təklif etdiyi təkmil sülh modelini dəstəkləməklə, sülh müqaviləsinə imza atmaqla düşdüyü vəziyyətdən çıxmaq imkanı qazanar. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan bu bəyanatı da səsləndirir ki, Azərbaycanın sülh təklifi masa üzərində əbədi qala bilməz”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, illər ərzində hökm sürən cəzasızlıq mühitindən ruhlanan işğalçı dövlətin rəhbərləri təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdilər. Bir tərəfdən imitasiya naminə danışıqlar aparılırdı, digər tərəfdən işğalçıların açıq-aşkar məsələnin sülh yolu ilə həllində maraqlı olmadıqlarını təsdiqləyən faktlar aşkarlanırdı. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlər, tunel və bunkerlərdən ibarət istehkamların qurulması sübut edirdi ki, Ermənistan heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində deyildi. Ermənilər, sadəcə, bu niyyətlərini həyata keçirmək üçün illərdir imitasiya naminə danışıqları davam etdirir və bununla vaxt qazanmağa çalışırdılar. Amma bu vaxtı uzatmanın sonu Azərbaycan üçün möhtəşəm Qələbə, Ermənistan üçün isə acı məğlubiyyətlə nəticələndi. Bu, işğalçılığı, faşizm ideologiyasını həyata keçirdikləri siyasətin ana xətti kimi qəbul edən Ermənistana və onun dəstəkçilərinə ciddi dərs olmalıdır.

“Artıq müharibə bitib, münaqişə tarixə qovuşub, münasibətlərdə yeni səhifə açılıb”, - söyləyən Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və ölkə Prezidentinin bəyan etdiyi kimi, hər kəs bunu nəzərə almalıdır. Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir. Əminik ki, verdiyi hər bir vədini əməli işi ilə təsdiqləyən dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində regionda dayanıqlı sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq. Azərbaycan Zəfərimizin yaratdığı reallıqlara söykənərək regional sülhə və inkişafa töhfələrini davam etdirəcək, yeni əməkdaşlıq formatlarının yaradılması ideyası reallığa çevriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub