Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir

Vüqar Rəhimzadə: Brüssel görüşlərində ölkəmizin mövqeyinin dəstəklənməsi qalib Azərbaycanın nüfuzunun göstəricisidir

Bakı, 23 may, AZƏRTAC

Tarixi Zəfərimizin reallıqları fonunda son bir ildən artıq dövrün əsas tələbi bölgədə etimad mühitinin yaradılması, dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat özündə bütün bu məsələləri ehtiva edir. Bu baxımdan keçirilən bütün görüşlərdə dövlətimizin başçısı İlham Əliyev 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyini qeyd edir. İkinci Qarabağ müharibəsinin başa çatmasından bugünədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsinin imzalanmasında vasitəçiliyin yerinə yetirilməsi məqsədilə 5 görüş keçirilib. Bu görüşlərin ikisi Rusiyada, üçü isə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Azərbaycan 44 günlük Vətən müharibəsinin davam etdiyi dövrdə də Ermənistana sülh təklifini edərək hansı şərtlər daxilində müharibənin dayandırılmasının mümkünlüyünü bildirmişdi. Amma işğalçı dövlət havadarlarının dəstəyinə arxalanaraq bu təklifi arxa plana keçirdi. Nəticədə bir addım da belə mövqeyindən geri çəkilməyən Azərbaycan dövləti döyüş meydanında mənfur düşmənə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Düşünmək olardı ki, Ermənistan bu dərsdən nəticə çıxarıb kapitulyasiyasının təsdiqi olan 2020-ci il 10 noyabr tarixli Bəyanatın müddəalarının icrasında fəallıq nümayiş etdirər, sülh müqaviləsini qısa zamanda imzalayaraq, bölgədə davamlı sülhün və təhlükəsizliyin yaradılması fonunda yeni əməkdaşlıq formatlarının iştirakçısı olar və bununla da iqtisadi böhrandan qurtulmaq imkanı qazanar. Amma gözlənilənlərin əksinə olaraq Ermənistanın hələ də tərəddüd etməsi diqqətdən kənarda qalmır. Baxmayaraq ki, 10 noyabr Bəyanatının, eyni zamanda, Brüssel görüşlərində əldə olunan razılaşmaların Ermənistanın qarşısında qoyduğu tələblər postmünaqişə dövrünün reallıqlarının qəbuluna və işğalçı dövlətin də bununla razılaşmasına çağırışdır. Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın mayın 22-də keçirilən üçtərəfli görüşündən əvvəl dövlətimizin başçısının və Aİ Şurası Prezidentinin ikitərəfli görüşündə müzakirə olunan məsələlər də bu kimi məqamlara işıq salır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, ötən ayın 6-da keçirilən Brüssel görüşündə Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi dəstəklədi. Həmin görüşdə əldə olunan razılaşmalar mayın 22-də də müzakirə mövzusu oldu. Üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirdi ki, sərhəd məsələləri ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclası yaxın günlərdə dövlətlərarası sərhəddə baş tutacaq. Bu iclasda sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün məsələlərə toxunulacaq. Nəzərə alaq ki, Ermənistan sərhədlərin delimitasiyasına dair ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azərbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə mayın 7-11-də sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icra etmədi. Ermənistan öhdəlikləri pozmaqla məqsədinin nədən ibarət olduğunu açıqlasa da, artıq dalana dirəndiyinin fərqindədir. Artıq tarixin arxivinə göndərilmiş Dağlıq Qarabağ münaqişəsinin həllində 28 il vasitəçilik missiyasının öhdəsindən gələ bilməyən ATƏT-in Minsk qrupunun bu missiyasının yenidən bərpa olunacağına edilən ümidlər sadəcə boş xəyaldan başqa bir şey deyil. Ermənistan nəhayət mövcud reallıqlarla barışmalı, Avropa İttifaqının vasitəçilik səylərini yüksək dəyərləndirməlidir. Azərbaycan daim bütün beynəlxalq təşkilatların potensialından istifadə etmək istəyini hələ işğal dövründə bəyan etmişdir.

YAP Xətai rayon təşkilatının sədri diqqəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuata açıqlamasında yer alan bu məqama yönəldərək deyib: “Liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Şarl Mişel, həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğulayaraq Avropa İttifaqının öz dəstəyini gücləndirməyə hazır olduğunu da bildirdi”.

“Dövlətimizin başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanmasından bəhs edərkən gələcəyə baxmağa çağırışlar etməklə yanaşı, bu məqamı da diqqətə çatdırır ki, biz faciələrimizi, şəhidlərimizi unutmamalıyıq. Azərbaycan Prezidentinin bu çağırışı Ermənistana ünvanlanan mesajdır. Bu baxımdan ki, 30 ilə yaxın işğal dövründə, ümumiyyətlə, tarixin ayrı-ayrı zamanlarında azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirən Ermənistandır. Əsassız torpaq iddiaları nəticəsində 28 ilə yaxın dövrdə 20 faiz torpaqlarımızı işğal altında, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətində saxlayan Ermənistandır. 44 günlük Vətən müharibəsində döyüş meydanındakı uğursuzluqları ilə barışmayaraq mülki əhalini raket atəşinə tutan, bununla da qatı müharibə cinayətləri törədən də Ermənistandır. Bu sıralamanı xeyli davam etdirə bilərik. Azərbaycanın bu gün işğalçı dövlətə sülh təklifi bu yaşananları unutmasından irəli gəlmir. Sadəcə, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, münasibətlərdə yeni səhifənin açılmasına səy göstərir. Azərbaycan Ermənistandan fərqli olaraq tolerant və multikultural dəyərlərin inkişafına böyük töhfələr verən ölkədir. Ölkəmizdə müxtəlif millətlərin, etnik azlıqların, dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində yaşayırlar. Azərbaycan dövlətinin Ermənistana sülh təklifi, insanlar arasında əlaqələrin yaradılmasına xidmət edən birgəyaşayışın təmin olunması istiqamətində göstərdiyi səylər də onun tolerantlığının göstəricisidir”,- deyə Vüqar Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, bütün hallarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönələn hər bir görüş qalib Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatıdır: “Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Ötən ilin iyulunda Şarl Mişel ölkəmizə səfəri zamanı qurumun sülh müqaviləsinə dəstəyi ilə bağlı fikirlərini səsləndirərək bunu dekabr ayında Şərq Tərəfdaşlığı Proqramının VI Sammiti çərçivəsində reallaşdırdı. Bugünədək Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə keçirilən 3 görüş bu istəyin reallığa çevrilməsi istiqamətində göstərilən səylərin aydın mənzərəsini yaradır. Brüssel görüşlərinin hər biri Azərbaycanın Brüssel Zəfəri kimi dəyərləndirilir. Görüşlərdə səsləndirilən bəyanatlarda da Avropa İttifaqının ölkəmizə dəstəyi özünü aydın şəkildə nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin bəyanatında 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmadan, 2021-ci il 11 yanvar tarixli Moskva və 26 noyabr tarixli Soçi görüşlərində imzalanan sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edir ki, bu da Azərbaycanın mövqeyinə böyük dəstəyin ifadəsidir”.

“Bugünədək keçirilən görüşlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib”, - söyləyən Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, hər bir görüş Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqların həm regionda, həm də dünyada formalaşdırdığı yeni siyasətin prespektivlərinə işıq salır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub VİDEO

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir VİDEO

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir