Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Cümhuriyyətimiz tarixi nailiyyətimiz, müstəqilliyimizin dünyaya təqdimatıdır

Vüqar Rəhimzadə: Cümhuriyyətimiz tarixi nailiyyətimiz, müstəqilliyimizin dünyaya təqdimatıdır

Bakı, 27 may, AZƏRTAC

Bu gün 102 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev belə qiymətləndirmişdir: “Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi”. Bu dəyərləndirmənin davamı olaraq Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqın milli oyanışının məntiqi yekunu kimi səciyyələndirir. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərinin tarixi paralellər fonunda indiki və gələcək nəsillərə çatdırılması günümüzün əsas tələbləri sırasındadır. Dövlətimizin başçısı İlham Əliyevin ardıcıl sərəncamları əsasında 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “Nəsimi ili”, cari ilin isə “Könüllülər ili” elan edilməsi də bu çağırışların təsdiqidir: Keçilən yola yalnız bir gün deyil, daim nəzər salıb bu reallıqla fəxr etməliyik ki, Azərbaycan xalqının qəhrəmanlıqla dolu zəngin keçmişi, tarixi, mədəniyyəti, ədəbiyyatı, milli-mənəvi dəyərləri vardır. Bu tarixi öyrənmək, təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti tarixi əhəmiyyət kəsb edən və gələcəkdə xalqımızın taleyinə ciddi təsir göstərə biləcək qanun və qərarlar qəbul etdi. Daim ilklərə imza atan Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Qadınlara seçib-seçilmək hüququ verildi, bu mühüm addım bütün dünya demokratiyasına böyük töhfə oldu. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, dövlət bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərək müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu.

Baş redaktor qeyd edib ki, bu qısa xronologiya Azərbaycanın müstəqillik tarixinin zəngin olmaqla yanaşı, böyük sınaqlardan şərəflə keçdiyini nümayiş etdirir. Əbəs yerə deyilmir ki, tarixinə sahib çıxan xalq məğlubedilməzdir.

“Cümhuriyyət tariximizin öyrənilməsi ulu öndər Heydər Əliyevin əsas çağırışlarından olub”, - söyləyən V.Rəhimzadə bildirib ki, Ümummilli Liderin 1993-2003-cü illərdə gördüyü işlərin davamı olaraq son 16 ildən artıq dövrdə Prezident İlham Əliyev milli dövlətçilik tariximizə diqqət və qayğısını davamlı addımları ilə təsdiqləyir. Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı, həmçinin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması barədə sərəncamlar xalqımızda, xüsusilə gənclərimizdə müstəqil dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsində mühüm rol oynadı.

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev hər il 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda Cümhuriyyət tarixinə yüksək qiymət verərək bildirir ki, Azərbaycan xalqı və dövləti Cümhuriyyətin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Bu diqqət və qayğının tərkib hissəsi kimi 2007-ci ildə Bakının İstiqlaliyyət küçəsində Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidənin açılışını qeyd edə bilərik. Həmçinin Prezident İlham Əliyevin göstərişi ilə Cümhuriyyət tariximizin araşdırılması məqsədilə ikicildlik ensiklopedik lüğət hazırlanıb.

“Atılan bu addımlar tariximizə verdiyimiz dəyərdən, öyrənilməsinə göstərdiyimiz maraqdan, ən əsası, zəngin tarixə malik olduğumuzu bir daha dünyaya çatdırmaqdan irəli gəlir. Azərbaycan xalqı tarixinin hər səhifəsinə hörmətlə yanaşıb, tarixin sınaqlarından şərəflə çıxması ilə fəxr edir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, artıq müstəqilliyimizin bərpa olunmasından 29 ilə yaxın zaman keçir. Bu illər Azərbaycan öz tarixinə bir-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. Dahi şəxsiyyətin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi Azərbaycanın istər 1918-ci ildə, istərsə də müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə cərəyan edən proseslərin fonunda özünü bir daha qabarıq şəkildə büruzə verir. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan xaosdan, anarxiyadan, iqtisadi tənəzzüldən inkişaf, tərəqqi yoluna çıxdı. Ölkəmiz qısa müddətdə sabitlik məkanına çevrildi. Xalqımız öz təbii sərvətlərinin əsl sahibinə çevrilməkdən qürur duydu. Məhz təbii resurslardan səmərəli istifadə etmək, səyləri birləşdirmək, dünya iqtisadi sisteminə inteqrasiya etmək məqsədilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya birliyində yerini və rolunu artırdı, ölkəmizə iqtisadi və siyasi dividendlər qazandırdı. Ulu Öndər Azərbaycanın çətin günlərdən şərəflə çıxaraq dünya birliyində layiqli yer tutacağını böyük inam və qətiyyətlə bildirərək demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”.

Baş redaktor bildirib ki, son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev öz qətiyyəti, siyasi iradəsi, təkmil islahatları ilə Azərbaycanın imzasını dünyada təsdiqlədir, əsl söz sahibi olduğunu bəyan edir. İqtisadi möcüzələr ölkəsi kimi tanınan Azərbaycan möhkəm təməl üzərində inamla addımlayır. Bu gün müstəqil Azərbaycana hansı sahədən diqqət yetirsək, böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizin inkişaf modeli dünyada təqdir edilir, öyrənilməsinin vacibliyi vurğulanır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, həmçinin 12 istiqaməti özündə ehtiva edən, davamlı inkişafa yönələn Strateji yol xəritələri qarşıdakı illər üçün müəyyənləşdirilmiş hədəflərin gerçəkləşməsində stimulverici amilə çevrilib. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz keçilən yolumuzun zənginliyinə, təcrübəmizin çoxşaxəliliyinə, islahatlarımızın təkmilliyinə əsaslanır.

V.Rəhimzadə Azərbaycanın malik olduğu imkanların, möhkəm bazanın hər bir çətinlikdən uğurla çıxmasını təmin etdiyini vurğulayaraq deyib: “Bu gün dünyanı bürüyən, birinci mərhələsi başa çatıb bəzi ölkələrdə ikinci mərhələsi yaşanan koronavirus pandemiyası dünya dövlətlərinin, o cümlədən Azərbaycanın malik olduğu imkanları bir daha nümayiş etdirdi. Azərbaycan yalnız daxildə deyil, beynəlxalq müstəvidə də gördüyü tədbirlərlə diqqət çəkdi. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, həmçinin ABŞ Prezidenti Donald Trampın dövlətimizin başçısı İlham Əliyevə ünvanladıqları məktublarda da ölkəmizin təkmil inkişaf strategiyasının uğurlarına diqqət yönəldilir, Azərbaycanın bu bəladan az itki ilə çıxacağına böyük əminlik ifadə edilir. Ölkəmizin birlik, həmrəylik çağırışlarını əməldə nümayiş etdirməsi də diqqətçəkən addımlarımız sırasındadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə iki böyük tədbirin - Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi Azərbaycanın dünyanı birləşdirən, bir-birinə əks qütbləri bir araya gətirən, ölkələr, xalqlar arasında körpü rolunu oynayan ölkə imicini daha da möhkəmləndirdi”.

Baş redaktor 102 illik yolun uğurlarını qısa təhlil əsasında tam əhatə etməyin mümkünsüzlüyünü önə çəkərək bu ümumiləşdirməni aparıb ki, möhkəm təməl Azərbaycanın qarşısında yeni-yeni imkanlar, üfüqlər açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin proqram xarakterli bu tezisinə istinad etsək, “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib YENİLƏNƏCƏK VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

DİM-də fənlər üzrə elmi-metodik seminarlar başlanır

AMEA-da Vyetnam nümayəndə heyəti ilə görüş olub

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

Federiko Kamurati: Dünyanın müxtəlif ölkələrindən olan vəkillər arasında əməkdaşlığı təşviq etmək böyük əhəmiyyət daşıyır VİDEO

XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərinə dair Azərbaycan tarixşünaslığı araşdırılıb

Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi: siyasi, diplomatik və iqtisadi perspektivlər

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

Hava sabah axşamadək yağıntılı olacaq VİDEO

“Bavariya”nın sabiq futbolçusu: “Sabah” üçün “Borussiya Dortmund”a qalib gəlmək çətin olacaq – EKSKLÜZİV

Nazir müavini: Elmi araşdırma və təhlillər düzgün qərarların qəbul edilməsində mühüm rol oynayır

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” - Bakıda aktual müzakirə

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB VİDEO

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib