Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir

Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsi uğurla icra edilir

Bakı, 22 sentyabr, AZƏRTAC

Vətən müharibəsində qəhrəmancasına döyüşərək Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq İkinci Qarabağ savaşının başlandığı gün - sentyabrın 27-si Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il Anım Günü kimi qeyd ediləcək. Bu günün şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması təsadüfi deyil. Çünki 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu. Vətən müharibəsinin davam etdiyi günlərdə xalqa bütün müraciətlərində, xarici mətbuata müsahibələrində Azərbaycanın danışıqlar masası ətrafında hansı şərtlər daxilində oturacağını bəyan edən dövlətimizin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın diz çökəcəyini, gec-tez yalvarışlar edib danışıqlara gələcəyini diqqətə çatdırırdı.

Ötən il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Birgə Bəyanat ölkəmizin möhtəşəm hərbi-siyasi Qələbəsini, Ermənistanın biabırçı məğlubiyyətini təsdiqləmiş oldu. 44 günün hər anının tələbi, əsas çağırışı bu idi ki, bütün torpaqlarımız işğalçılardan təmizlənməli, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Başqa cür ola da bilməzdi. Çünki təcavüzün davam etdiyi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızda qurulan keçilməz istehkamlar, Ermənistanın qeyri-qanuni yollarla silahlandırılması Azərbaycana qarşı qurulan bir çox çirkin planlara aydınlıq gətirmişdi. Şübhəsiz, sülh danışıqları adı altında müharibəyə hazırlıq görən, himayədarları tərəfindən durmadan silahlandırılan Ermənistan hər halda belə hiyləgər addımlarının özü üçün ağır sonluqla başa çatacağını anlamamış deyildi. Ona görə ki, Azərbaycan daim ən yüksək tribunalardan sülh danışıqları səmərə verməyəcəyi təqdirdə müharibə variantına əl atmağa məcbur olacağını bəyan edəndə Ermənistan və onun havadarları bunu Azərbaycanın sülh danışıqlarından imtinasi kimi təqdim edirdilər. 44 günlük İkinci Qarabağ müharibəsi onların bu mifini də darmadağın etdi. Tarixi torpaqlarımızda işğalçı Ermənistan ordusunu məhv edərək, erməni cəlladlarını cəzalandıraraq, şəhidlərimizin qisasını alaraq 30 ilə yaxın yolumuzu gözləyən doğma Qarabağımıza qalib kimi qayıtdıq. Bu gün tarixi ərazilərimizdəyik və doğma torpaqlarımızda əbədi olacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə söyləyib.

Hər zaman xalqına güvənən, onun dəstəyinə arxalanan Prezidentə xalqın sonsuz məhəbbətinin şəksiz olduğunu deyən V.Rəhimzadə qeyd edib: “Vətən müharibəsinin davam etdiyi 44 gündə xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli birlik və siyasi həmrəylik Qələbəmizin ideoloji əsasına çevrildi. Ölkə Prezidenti xalqın dəmir yumruq kimi birliyinin təminatçısı oldu. Siyasətdə, döyüş meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Zəfərimizin müəllifi kimi adını tarixə əbədi yazdı. Dövlətimizin başçısının möhtəşəm Qələbəmizlə başa çatan müharibədən dərhal sonra azad edilmiş ərazilərimizə hər bir səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının bu müqəddəs torpaqlarımızı ziyarət etməsi kimi dəyərləndirilir. Bu səfərlər çərçivəsində Prezident İlham Əliyev diqqəti 30 illik işğal dövrünün reallıqlarına, bir çox aparıcı dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara söykənən siyasətinə, Ermənistanın ona edilən havadarlıqdan daha da ruhlanaraq yeni ərazilərlə bağlı müharibə planları hazırlamasına yönəldərək bu addımların sonda işğalçı dövlətin diz çökməsi ilə nəticələnməsini böyük qürur hissi ilə qeyd edir. Bildirir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində beynəlxalq səviyyədə tanınan ərazilərimizdən Ermənistanın işğalçı qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi qurumun çox mühüm siyasi bir jesti idi. Lakin təəssüf ki, 30 ildə bu qətnamələr icra olunmadı. Dövlət başçısı BMT tribunasından daim Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini qaldıraraq bəyan etmişdir ki, bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin Azərbaycana gəldikdə isə onların icrası nədənsə “yaddan çıxır”. Azərbaycan cəmiyyətini daim ciddi narahat edən əsas məsələ bu qətnamələri qəbul edən, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün - ABŞ, Fransa və Rusiyanın artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri kimi öz vəzifələrinə biganə yanaşmaları, əksər hallarda təcavüzkarın yanında olmaları idi. Onların həmsədr ölkə missiyalarını ona görə keçmiş zamanda qeyd edirik ki, münaqişə artıq başa çatmışdır və bu günün reallığında 28 ildə mandatına uyğun addım atmayan qurumun fəaliyyətinə ehtiyac yoxdur. Çünki Minsk qrupu ötən 28 ildə çox imkanları əldən verib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibənin baş verməsinə görə məsuliyyət təkcə Ermənistanın deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür”.

YAP Xətai rayon təşkilatının sədri bu fikri böyük qürur hissi ilə qeyd edib ki, bu gün artıq Azərbaycan diktə edən tərəfdir və Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Dövlətimizin başçısı işğalçı Ermənistanın ona təklif olunan sülh təklifinə laqeyd münasibətinə qarşı bu bəyanatı səsləndirir ki, əgər sülh müqaviləsi imzalanmasa, peşman olan tərəf Ermənistan olacaq. Çünki Azərbaycan bu təklifi masa üzərində əbədi saxlamalı deyil.

“Prezident İlham Əliyev sülh müqaviləsinin imzalanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha öz siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini ortaya qoydu” söyləyən V. Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin qalibi olan rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı bütün çıxışlarında Ermənistana və havadarlarına mesajlar verir. Dövlətimizin başçısı hər dəfə onlara xatırladır ki, “dəmir yumruq” yerindədir.

Bütün dünyanın Prezident İlham Əliyevin Qarabağla bağlı müəyyənləşdirdiyi yol xəritəsinin uğurla icra edildiyinin şahidi olduğunu bildirən V. Rəhimzadə vurğulayıb: “Dövlətimizin başçısının iqtisadi rayonların yenidən bölgüsü ilə bağlı Fərmanı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması da 30 ildən artıq davam edən münaqişənin tarixə qovuşduğunu, Cənubi Qafqaz regionunda yeni geosiyasi səhifənin açıldığını təsdiqləyir. Tezliklə Zəngəzur dəhlizinin açılması isə Azərbaycanın dövlət başçısının təklif etdiyi yeni əməkdaşlıq formatının yaranması üçün real zəmin yaratmış olacaq. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa və quruculuq işləri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yaxınlaşdırmaqla 2030-cu ilə qədərki dövrü əhatə edən Milli Prioritetlərin uğurla reallaşacağına əminliyi artırır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib