Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz milli yaddaşımızın qızıl fondudur

Vüqar Rəhimzadə: Tarixi Zəfərimiz milli yaddaşımızın qızıl fondudur

Bakı, 5 noyabr, AZƏRTAC

Dövlətimizin qətiyyəti, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi birliyi sayəsində qazandığımız şanlı Qələbədən iki il ötür. İki il bundan əvvəl bayramlarımız sırasına daha bir tarixi gün əlavə olundu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix - noyabrın 8-i Zəfər Günü kimi təsis edildi. Otuz illik torpaq həsrətinə, işğala son qoyan, ərazi bütövlüyümüzün təmin olunması ilə qalib ölkə kimi təqdimatımızda əhəmiyyətli rol oynayan bu tarix xalqımızın qüdrətinin, milli qürurumuzun təntənəsidir. Hər bir tarixi gün keçilən yolun təhlilini bir zərurət kimi ortaya qoyur. Xalqımız otuz il bu günü böyük səbirsizliklə gözləsə də əmin idi ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində torpaqlarımız öz tarixi sahiblərinə qovuşacaq, keçmiş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnət məkana çevriləcək. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan səsləndirdiyi “O gün uzaqda deyil” bəyanatı da özündə bütün məqamları ifadə edirdi. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış da xüsusi yer tuturdu ki, xalqın səbri tükənməz deyil. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin törətdikləri növbəti təxribat artıq dövlətimizin və xalqımızın səbir kasasını doldurdu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “İrəli!” əmri illərdir bu tapşırığı gözləyən Azərbaycan əsgərinin döyüş ruhunu yüksəltdi. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Cəbrayılın və Füzulinin bir neçə kəndinin azad edilməsi əsgərlərimizin qələbə əzmini artırdı, növbəti zəfərlərə yol açdı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın ərazi bütövlüyünü təmin edərək adını tarixə torpaqlarımızın xilaskarı kimi yazan dövlətimizin başçısı İlham Əliyevin 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə informasiya cəbhəsində də üstünlüyü qazanmağımızda əhəmiyyətli rol oynayan 30-dan artıq xarici mətbuata müsahibələrinin hər biri tarixi həqiqətlərin təbliğində, müharibəni qaçılmaz edən reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı, indiki və gələcək nəsillər üçün zəngin mənbə oldu. Prezident İlham Əliyev həmin müsahibələrində hər zaman Azərbaycanın qələbə qazanacağına əminliyini ölkəmizin gələcəyi ilə bağlı suallara cavablarında ifadə edirdi. Təbii ki, bu əminliyə əsas verən dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatı idi. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Vətən müharibəsində qazanılmış Qələbə Azərbaycan dövlətinin ordu quruculuğu siyasətinin və iqtisadi inkişafımızın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin siyasətinin prioritet istiqaməti olub. İlham Əliyevin Prezidentliyi dövründə dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmlənib, müasir silah-sursat, texnika ilə təchiz edilib.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi: “Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi ölkəmizin iqtisadi imkanlarının artmasında əsas rol oynadı. Ölkəmizə inamın və etimadın nəticəsi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Əməkdaşlığın coğrafiyası genişlənərək regional çərçivədən çıxıb beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi layihəsi reallığa çevrildi. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini dəyişdi. Regional inkişafın aparıcı qüvvəsi olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısına çevrildi. Bu fikir belə bir reallığı özündə əks etdirir ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və sosial layihənin həyata keçirilməsi mümkünsüzdür.

Vüqar Rəhimzadə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin tarixi Zəfərimizdə rolunu xüsusi qeyd edərək bildirib: “Azərbaycanın iqtisadi imkanlarının artması fonunda beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi bu gün özünü aydın şəkildə büruzə verir. Eyni zamanda, dövlətimizin müstəqil siyasəti bütün sahələrdə, o cümlədən xarici siyasətdə davamlı uğurlara yol açır. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların keçmiş Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr bir daha Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Bütün bunlar hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün hüquqi əsaslar yaratdı”.

YAP Xətai rayon təşkilatının sədri bu məqamı da diqqətə çatdırıb ki, 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpasında hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi: “Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdı. Ermənistanın danışıqlar prosesinə imitasiya naminə qatılması, vaxt qazanaraq yeni ərazilər uğrunda müharibə planı hazırlaması Azərbaycanın diqqətindən kənarda qalmırdı. Prezident İlham Əliyev işğalçı dövlətin yeni savaş planını İkinci Qarabağ müharibəsinin başlamasından bir neçə gün əvvəl BMT Baş Assambleyasının sessiyasında dünyaya bəyan etmişdi. Lakin təəssüf olsun ki, əksər dünya gücləri yenə də özlərini bundan xəbərsiz aparmaqla yanaşı, Azərbaycan Prezidentinin bu çağırışına seyrçi mövqedən yanaşdılar. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planını reallaşdırmaq niyyətini bir daha ortaya qoydu”.

Vüqar Rəhimzadə bu reallıqların fonunda bildirib ki, artıq ölkəmizin həyatında yeni dövr başlayıb: “Tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İki ildir torpaqlarımızın işğal deyil, işğaldan azad olunduğu tarixləri qeyd edirik. Bu qüruru, sevinci xalqımıza yaşadan dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq. Bu gün qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı ucaldılıb. Bu ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın diqqətindədir. Bu məkanlardan dünyaya iki hava qapısı açıldı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının iki qardaş ölkənin - Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə açılışı oldu. Bu unudulmaz hadisələr zəngin tarixə malik olan, İkinci Qarabağ müharibəsindən sonra daha da möhkəmlənən Azərbaycan-Türkiyə birliyinin göstəricisidir. Müharibənin başlandığı gündən Azərbaycana mənəvi və siyasi dəstəyini göstərən, “Azərbaycan tək deyil” bəyanatı ilə dünyaya çağırışlar edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan postmünaqişə dövründə də Azərbaycanın yanında olduğunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsi də tarixi Zəfərimizin, Qarabağımızın şahidlik etdiyi sənəddir. Buna əmin olmaq üçün təkcə cari ildə mədəniyyət paytaxtımızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin xronologiyasına diqqət yetirmək kifayətdir. Artıq əminliklə deyə bilərik ki, Şuşa beynəlxalq diplomatik mərkəzə çevrilib”.

YAP Xətai rayon təşkilatının sədri cari ilin mühüm tarixi hadisələri sırasında dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin avqustun 26-da etdiyi paylaşımı xüsusilə qeyd edib: “Azərbaycan Prezidenti rəsmi tviter səhifəsində bu paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Vüqar Rəhimzadə tarixi Zəfərimizin reallıqları əsasında həm işğaldan azad edilmiş ərazilərimizdə görülən işləri, həm də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanması istiqamətində keçirilən görüşlərdə və yekun nəticə olaraq imzalanan bəyanatlarda Azərbaycanın mövqeyinin dəstəklənməsindən, maraqlarının müdafiəsindən bəhs edib: “Hər bir görüş Azərbaycanın diplomatik uğuru, ölkəmizin tarixi Zəfərimizdən sonra artan beynəlxalq nüfuzunun təqdimatıdır. Sülh müqaviləsinin imzalanmasından sonra regionda dayanıqlı sülh və təhlükəsizlik təmin ediləcək ki, bu da yeni əməkdaşlıq formatlarının yaradılmasına və iştirakçı dövlətlərin iqtisadi imkanlarının genişlənməsinə stimul olacaq. Hazırkı dövrün əsas çağırışı Ermənistanı tezliklə sülh müqaviləsini imzalamağa məcbur etməkdir”.

Tarixi Zəfərimizin dünənimizə, bu günümüzə və gələcəyimizə baxış olduğunu vurğulayan YAP Xətai rayon təşkilatının sədri qeyd edib: “Azərbaycan 2030: sosial-iqtisadi islahatlara dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının əsasıdır. Böyük Qələbə milli yaddaşımızın qızıl fondudur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir