Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsalə Rafiqqızı: Telefonlara zəlzələ ilə bağlı gələn məlumatlar heç də reallığa uyğun deyil

Vüsalə Rafiqqızı: Telefonlara zəlzələ ilə bağlı gələn məlumatlar heç də reallığa uyğun deyil

Bakı, 9 oktyabr, AZƏRTAC

“Son vaxtlar dünyada baş verən zəlzələlərin artması insanların bu mövzuya olduqca narahat və həssas yanaşması ilə müşayiət olunur. Zəlzələ təbii fəlakətlərin arasında ən qorxulusu və dəhşətlisi olduğuna görə bəzən zəlzələ baş verəndə hansısa fəsadlar olmasa da bu, insanların psixologiyasına belə mənfi təsir edir. Həmin mövzu xüsusilə də ilin əvvəlində, fevral ayının 6-da qardaş Türkiyədə baş verən güclü və dağıdıcı zəlzələdən sonra daha da aktuallaşıb. Elə son günlər də dünyanın ayrı-ayrı ölkələrində maqnitudası 6-dan yuxarı olan zəlzələlər baş verir. Elə bu günlərdə Əfqanıstanın Herat şəhərindən 40 kilometr şimal-şərqdə 6,3 bal gücündə zəlzələ zamanı 2 min 500-dən çox insan həyatını itirib. Minlərlə ev dağılıb. Təbii ki, bu cür hadisələrin baş verməsi insanları narahat edir. Onlarda qorxu, narahatlıq yaradır. Bir çox hallarda mövzu ilə bağlı sosial şəbəkələr üzərindən “proqnozlar”ın yayılması insanları narahat edir”.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

“Bəs əslində real vəziyyət necədir? Doğrudanmı dünyada seysmik aktivlik artıb? Qeyd etmək lazımdır ki, zəlzələlər piltələrin yerdaxili tektonik hərəkətləri nəticəsində qeydə alındığına görə dünyanın müxtəlif seysmogen zonalarında baş verir. Bu ilin əvvəlində qardaş Türkiyədə baş verən zəlzələ də piltələrdə hərəkətliyin dinamikasının artmasının nəticəsidir. Mütəxəssislərin gəldiyi qənaət bundan ibarətdir ki, son vaxtlar, xüsusilə də Ərəbistan piltəsində hərəkətlilik artdığına görə bu, həm qardaş Türkiyədə, həm də digər region ölkələrində zəlzələ ocaqlarının aktivləşməsinə səbəb olub. Amma bunu da nəzərə almaq lazımdır ki, yerdaxili proseslər həmişə getdiyinə, bəzən zəlzələ ocaqları Yerin dərin qatlarında yerləşdiyi və təkanların gücü zəif olduğuna görə həmin təkanlar Yer səthinə gəlib çatmır. Həmin titrəyişlər ancaq seysmik stansiyalar vasitəsilə qeydə alınır. Bu tip zəlzələlər demək olar ki, hər gün baş verir. Elə AMEA nəzdində RSXM-in Zəlzələlərin Tədqiqatı Bürosu tərəfindən də hər gün çoxlu xırda təkanlar qeydə alınır. Bu, təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün seysmik zonalarında da var. Hansılar ki, o ölkələrdə ən müasir seysmik stansiyalar, avadanlıqlar var və alınan məlumatlar yüksək texnologiyalı proqramlar vasitəsilə emal olunur. Bununla belə bəzi vaxtlarda maqnitudası 3-3.5-dən böyük olan və Yer səthində hiss olunan zəlzələlər də baş verir. Bu proses tam təbii baş verdiyinə və Yerin dərin qatlarında getdiyinə görə zəlzələləri heç bir halda proqnozlaşdırmaq hələ ki, mümkün deyil. Yəni, zəlzələlərin dəqiq proqnozu Azərbaycanda da yoxdur, dünyanın hər hansı ölkəsində də. Sadəcə, hansısa bölgə seysmik aktiv zonadadırsa, onsuz da həmin bölgədə müxtəlif vaxtlarda zəlzələ ola bilər və bunu heç kim istisna etmir”, - deyə mərkəzin şöbə müdiri bildirib.

V.Rafiqqızı qeyd edib ki, bu gün seysmologiya elminin qarşısında duran əsas sual da elə zəlzələlərin dəqiq proqnozu ilə bağlıdır: “Zəlzələ baş verən zaman telefonlara gələn xəbərdarlıqlara gəlincə isə qeyd etməliyik ki, həmin xəbərdarlıqlar heç də hansısa proqnoz deyil. Hansısa ərazidə güclü zəlzələ olarkən dünyadakı seysmik stansiyalar şəbəkəsi bunu qeydə alır. “Android” sistemi həmin şəbəkəyə qoşulub. Ona görə də hansısa ərazidə zəlzələ baş verəndə həmin sistem vasitəsilə dalğanı onlar da görürlər. Bunun əsasında həmin dalğanın qeydə alındığı ərazi üzrə telefonlara məlumat göndərilir. Azərbaycanda baş verən bir-iki zəlzələ zamanı bildirişlər gəlmişdi. Biz o zaman da əhaliyə həmin bildirişlərə görə panikaya düşməməyi tövsiyə etmişdik. Çünki son iki ayda olan təcrübə göstərdi ki, bəzən gələn bildirişlərdə ərazi düzgün göstərilmir. Məsələn, bu il iyulun 18-də Xəzər dənizi-Türkmənistanda baş verən zəlzələ, eləcə də avqustun 23-də episentri Cəlilabad-Masallı inzibati sərhədində olan Masallı zəlzələsi zamanı bildirişdə ərazi Xəzər dənizi göstərilmişdi. Kürdəmirdə baş verən, maqnitudası 5.2 olan və demək olar ki, bir çox rayonlarda hiss olunan güclü zəlzələ ilə bağlı isə ümumiyyətlə bildiriş gəlməmişdi. Yəni, bütün bunlar bir daha onu deməyə əsas verir ki, baş verən və yaxud baş verəcək zəlzələ ilə bağlı heç kim əvvəldən və hətta təkan baş verən ana qədər bu sahədə proqnoz verə bilməz. Eləcə də telefonlara zəlzələ baş verəndən sonra gələn bildirişlərdə bir çox hallarda məlumatlar düzgün olmur. Hətta sentyabrın 19-da Xəzər dənizində yerli vaxtla saat 14:22-də baş verən və maqnitudası 3.8 olan zəlzələ ilə bağlı bildiriş telefonlara 1 saat sonra və bütün parametrləri səhv olmaqla gəlmişdi.

Son iki ayda olan zəlzələlərlə bağlı gələn bildirişləri müqayisə edib bu nəticəyə gəlirik ki, həmin informasiyalar heç də reallığa uyğun olmur. Odur ki, vətəndaşları bir daha Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatlarını izləməyi tövsiyə edirik.

Onu da əlavə edim ki, dünyanın əhalisinin 90 faizi seysmogen bölgələrdə yaşayır. Heç kim təbii fəlakətlərdən sığortalı olmadığına görə vətəndaşlarımız təkcə zəlzələ deyil, ümumilikdə bütün təbiət hadisələri ilə bağlı maarifləndirici məlumatlarla tanış olmalı və hər hansı hadisəyə qarşı psixoloji hazırlaşmalıdırlar. Bu, heç də hansısa zəlzələnin və ya digər təbiət hadisələrin baş verməsi anlamına gəlməməlidir. Sadəcə insanlar bilməlidilər ki, dünyada, eləcə də Azərbaycanda tarixən də zəlzələlər olub və təbii proseslər hər zaman Yerin təkində gedir. Yəni hansısa ərazidə aktivləşmə varsa, orada hiss olunmayan və ya zəif hiss olunan zəlzələlər də ola bilər”.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb