Vyetnamda qayığın batması nəticəsində 27 nəfər ölüb
Pekin, 19 iyul, AZƏRTAC
Vyetnamın Halonq buxtasında turist qayığının batması nəticəsində azı 27 nəfər ölüb.
AZƏRTAC Vyetnam mediasına istinadla xəbər ki, yerli vaxtla saat 14:00 radələrində baş verən hadisəyə səbəb “Vifa” qasırğasının gətirdiyi güclü külək olub. Qayıqda 53 nəfər olub. Xilasedicilər 11 nəfəri sudan sağ çıxarıb. Tapılan 27 meyitdən 11-i uşaqdır. Hazırda itkin düşənlərin axtarışları davam edir.
Qeyd edək ki, paytaxt Hanoydan 200 kilometr məsafədə yerləşən Halonq buxtası çoxsaylı qaya adaları ilə dünyada məşhur turizm məkanıdır. Hər gün, xüsusən yay turizm mövsümündə yüzlərlə qayıq yerli və əcnəbi turistlər buxtaya gəzintiyə aparır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]