WADA-nın 2019-cu il üçün büdcəsi 34,67 milyon dollar təşkil edəcək
Bakı, 16 noyabr, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2019-cu il üçün büdcəsi 34,67 milyon dollar təşkil edəcək.
AZƏRTAC WADA-nın rəsmi saytına istinadla xəbər verir ki, qərar agentliyin Bakıda keçirilən Təsisçilər Şurasının iclasında təsdiq olunub. Qeyd edilir ki, yeni büdcə 2018-ci illə müqayisədə 8 faiz artırılır.
Cari ildə WADA-nın büdcəsi 32 milyon dollar təşkil edib. May ayında Təsisçilər Şurasının Monrealda keçirilən iclasında agentliyin büdcəsinin dörd il müddətində hər il 8 faiz artırılması qərara alınıb.
Ümumdünya Antidopinq Agentliyinin büdcəsi Beynəlxalq Olimpiya Komitəsinin və üzv ölkələrin hökumətlərinin üzvlük haqları hesabına formalaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]