“WorldSkills Azerbaijan” platforması İKT mütəxəssisləri axtarır
Bakı, 10 mart, AZƏRTAC
“WorldSkills Azerbaijan” platforması veb-proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə mütəxəssislər axtarır.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən mütəxəssislər qeyd edilən bacarıq istiqamətləri üzrə gənc kadrların beynəlxalq yarışlara hazırlanmasına və ölkə səviyyəsində yarışların təşkil olunmasına dəstək verəcəklər. Bununla yanaşı, mütəxəssislər beynəlxalq təlimlərdə iştirak, şəbəkələşmə və Azərbaycanı bacarıq yarışlarında təmsil etmək imkanı əldə edəcəklər. Marağı olan mütəxəssislər martın 19-dək CV-lərini müvafiq ixtisasın adını mövzu bölümünə qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.
Xatırladaq ki, Azərbaycan 2020-ci ilin oktyabrında beynəlxalq səviyyədə “WorldSkills” hərəkatına qoşulub. Bu fəaliyyət əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək, eləcə də gənc kadrlara öz bacarıqları ilə ölkəni beynəlxalq yarışlarda təmsil etmək imkanı yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:11]
Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO
- 08.10.2026 [16:08]
Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib
- 08.10.2026 [15:28]
Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası
- 08.10.2026 [14:35]