WUF13 iştirakçısı: Dayanıqlı şəhərsalma üçün torpaqdan səmərəli istifadə vacibdir VİDEO
Bakı, 18 may, AZƏRTAC
Şəhərləşmənin sürətlə artdığı bir dövrdə şəhər mühitində kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi məsələləri xüsusi önəm daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Keniyanın Nayrobi şəhərində fəaliyyət göstərən Mazingira İnstitutu və UN-Habitat Beynəlxalq Koalisiyasında layihə koordinatoru Samuel İkua Thiongo söyləyib.
Şəhərsalma planlamasında torpaqdan səmərəli istifadənin vacib olduğunu diqqətə çatdıran layihə koordinatoru deyib: “Yaşayış binaları inşa olunarkən eyni zamanda, urban kənd təsərrüfatı üçün də torpaq sahələri ayrılmalıdır. Şəhərlərdə əhalinin artması və kəndlərdən miqrasiya fonunda ərzaq təminatı və qida təhlükəsizliyi risk altına düşür. Şəhərlərdə kifayət qədər kənd təsərrüfatı sahələrinin saxlanılması əhalinin əlçatan, keyfiyyətli və təhlükəsiz qida ilə təmin olunması baxımından vacibdir”.