Xaçmazda 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılmışdır
Xaçmaz, 20 yanvar (AZƏRTAC). Xaçmaz şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar qurbanlarının xatirəsi böyük ehtiramla anılmışdır.
AZƏRTAC xəbər verir ki, minlərlə xaçmazlı xiyabanda uyuyan şəhidlərin məzarlarını ziyarət etmiş, üzərlərinə gül dəstələri düzmüş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsini dərin hüznlə yad etmişlər.
Azadlıq yolunda canlarından keçmiş 20 Yanvar şəhidlərimizin arasında Xaçmaz rayon Uzunoba kənd sakini Zahid Abdullayev də vardır. Mərasim iştirakçıları onun xiyabanda yaradılmış xatirə lövhəsinin önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.
Xaçmaz rayonu ümumilikdə 240-a yaxın şəhid vermişdir. Onlardan biri 20 Yanvar qətliamı, 218-i Qarabağ müharibəsində həlak olmuşdur. On beş xaçmazlı isə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün köməyə adam aparan təyyarənin ermənilər tərəfindən vurulması nəticəsində həyatını itirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]