XAÇMAZLILAR ÖLKƏMİZİN PREZİDENTİNƏ MİNNƏTDARLIQ EDİRLƏR
Bu günlərdə Xaçmaz rayonunun Müşkür kəndinin sakinləri Qurbanəli Əliyev, Mənsim Məmmədov, Polad Balayev, Fərman Vəliyev, Alik Mirzəyev, Rəhman Salman oğlu, Güldəstə Baxış qızı, Bəhmən Quliyev, Tahir Fərzəliyev, Mövlud Babayev, Feyzulla Həsənov və başqalarından Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin ünvanına daxil olmuş çoxsaylı müraciətlərdə 14 illik fasilədən sonra dövlətimizin başçısının diqqəti və qayğısı sayəsində Müşkür kəndinə təbii qaz verilməsinə, onları sevindirdiyinə görə bütün kənd əhalisi adından dərin minnətdarlıqlarını bildirir və cənab Prezidentin hər bir çağırışına əməli işlə cavab verməyə hazır olduqlarını qeyd edirlər.
Müşkür kəndinin sakinləri ölkəmizin Prezidentinin daxili və xarici siyasətini ürəkdən bəyəndiklərini və dəstəklədiklərini göstərməklə yanaşı, torpaqlarımızın bütövlüyünün məhz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa ediləcəyinə dərin inam bəslədiklərini, onu həmişə dövlətimizin başçısı kimi görmək istədiklərini bildirir, Vətənimizdə əmin-amanlığı qoruyub saxladığına görə razılıqlarını ifadə edirlər.