Xalq Yazıçısının yubileyi qeyd edilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Xalq Yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” mövzusunda tədbir keçirilmişdir.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Milli Məclisin deputatı, yazıçı- publisist, tərcüməçi Elmira Axundova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, professor, filologiya elmləri doktoru Əzizxan Tanrıverdi, kinorejissorlar, əməkdar incəsənət xadimləri Fikrət Əliyev və Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digər tanınmış elm və sənət adamları iştirak etmişlər.
Çıxış edənlər görkəmli sənətkar haqqında xoş xatirələrini və maraqlı təəssüratları bölüşmüş, onun insani keyfiyyətlərindən söhbət açılmışlar.
Tədbirdə İsmayıl Şıxlının eyniadlı əsəri və ssenarisi əsasında çəkilmiş “Dəli Kür” filmindən parçalar göstərilmişdir. Həmçinin yazıçının həyat və yaradıcılığına həsr edilmiş “İsmayıl Şıxlı - 95” adlı videoçarx və kitab sərgisi nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [14:12]
İngiltərənin nağılvari kəndləri: Kotsvoldsa səyahət - REPORTAJ
- 26.08.2026 [13:30]
Laçın Şəhəri Günü rəngarəng mədəni proqramlarla qeyd olunur YENİLƏNİB VİDEO
- 26.08.2026 [12:12]