Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2002-ci ilin yanvarı

Bakı, 5 sentyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

10 yanvar. Prezident Heydər Əliyev Uludağ Universitetinin fəxri doktoru adına layiq görüldü.

11 yanvar. Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviközü qəbul etdi.

14 yanvar. Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə keçirilən mərasimdə iştirak etdi və nitq söylədi.

14 yanvar. ABŞ-ın Azərbaycandakı səfiri Ross Uilsonu qəbul etdi.

18 yanvar. NATO Parlament Assambleyasının prezidenti Rafael Estrella ilə görüşdü.

19 yanvar. 20 Yanvar faciəsinin 12-ci ildönümünə və şəhidlərin xatirəsinə həsr olunmuş mərasimdə iştirak etdi.

20 yanvar. Şəhidlər xiyabanını ziyarət etdi.

24-26 yanvar. Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada dövlət səfərində oldu.

29 yanvar. Gürcüstan Parlamentinin sədri Nino Burcanadzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

30 yanvar. Dünya İqtisadi Forumunda iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə səfər etdi.

31 yanvar. Dünya İqtisadi Forumunun rəsmi açılış mərasimində nitq söylədi. Nyu-Yorkda Türkiyə Respublikasının xarici işlər naziri İsmayıl Cem ilə görüşdü.

X X X

Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq səviyyəsinə yüksəlməsində Ulu Öndər Heydər Əliyevin xidmətləri zaman-zaman xatırlanır və yüksək qiymətləndirilir. Həmin illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, atılan davamlı addımlar, qəbul olunan tarixi qərarlar, beynəlxalq və regional məsələlərə yanaşmada vahid mövqe nümayişi bu qəbildəndir və əlaqələrimizin inkişafına həlledici təsir göstərirdi. Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında dediyi “bir millət, iki dövlət” kəlamı bu gün dillərdə gəzir.

Türkiyə 1918-ci ildə də, 1991-ci ildə də Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Dövlət müstəqilliyinin qorunub saxlanmasında bizə həmişə arxa, dayaq durub. İki qardaş ölkə və qardaş xalqlar xoş günlərdə də, çətin günlərdə də bir-birinin yanında olub, bir-birini dəstəkləyib. Ulu Öndər Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə 2002-ci il yanvarın 14-də keçirilən mərasimdəki çıxışında bu və digər məqamlara toxundu.

Sitat: “Çox böyük xoşbəxtlikdir ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti olmuşdur. Bu, eyni zamanda təbii bir haldır. Çünki bizim xalqlarımızı bağlayan dərin köklər var. Həqiqətən 1918-ci ildə də Azərbaycan müstəqilliyini elan edən kimi, ölkəmizi ilk olaraq Türkiyə tanımışdı. Bu dəfə də belə olmuşdur. Ancaq eyni zamanda, Türkiyənin bu addımı Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınmasına böyük təkan verdi. Qısa bir müddətdə Azərbaycan müstəqil dövlət kimi tanındı. İndi on ildir ki, müstəqil dövlət kimi yaşayır. On il içərisində Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı böyük sınaqlardan keçibdir. Doğrudur, bizim dostluq, qardaşlıq əlaqələrimizdə on ildə heç bir problem olmayıbdır. Çünki bizim dostluğumuz çox sağlam təməllər, dərin tarixi köklərimiz üzərində qurulubdur. Güman edirəm ki, belə də olmalı idi. Əminəm ki, bundan sonra da heç bir problem olmayacaqdır. Amma buna baxmayaraq, on il içərisində Azərbaycan öz müstəqilliyini qoruyub saxlamaq üçün böyük sınaqlardan keçdi. Bütün bu mərhələlərdə də Türkiyə Cümhuriyyəti həmişə Azərbaycanın yanında olubdur, Azərbaycana dəstək veribdir və beynəlxalq aləmdə Azərbaycanın problemlərinin həll olunmasında ölkəmizə həmişə dayaq olubdur”.

Heydər Əliyev çıxışında onu da xüsusi vurğuladı ki, Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən Türkiyə dövləti respublikamıza həmişə dəstək verib, bizim yanımızda olub: “İndi də bu ağır və çətin məsələnin həll olunması yollarının axtarılmasında Türkiyə Cümhuriyyəti Azərbaycana yaxından yardım edir, Azərbaycanla bir yerdədir, Azərbaycanın mövqelərini həmişə dəstəkləyib və əminəm ki, bundan sonra da dəstəkləyəcəkdir.

On il biz müstəqil dövlətlər kimi bir-birimizlə əlaqədə inkişaf etmişik. Heç şübhə yoxdur ki, bu, gələcək üçün böyük bir əsasdır. Biz gələcəyin çox möhkəm təməlini qoymuşuq. Əminəm ki, bu təməl üzərində böyük bir Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı abidəsi yaradılacaqdır. Bu abidə gələcək illərdə də, gələcək əsrlərdə də Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının yenilməz rəmzi olacaqdır”.

Ulu Öndərin illər öncə söylədiyi bu sözlər öz təsdiqini real həyatda tapdı. O illərdə qoyulan möhkəm və sağlam təməl üzərində prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan qardaşlığı abidəsi yaratmağa nail oldular. Vətən müharibəsinin ilk günündən Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək Qarabağ Zəfərinin qazanılmasında mühüm rol oynadı. Şuşa Bəyannaməsinin imzalanması ilə qardaşlığımızın yeni səhifəsi açıldı, münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəldi.

Xronologiyadan göründüyü kimi, 2002-ci ilin əvvəlində baş verən mühüm hadisələrdən biri Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyaya dövlət səfəri oldu. Yanvarın 24-26 -da baş tutan səfərin proqramı zənginliyi ilə diqqət çəkir. Heydər Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin, Moskva şəhərinin meri Yuri Lujkov, RF hökumətinin sədri Mixail Kasyanov, xarici işlər naziri İqor İvanov ilə görüşlər keçirdi. Azərbaycan Beynəlxalq Bankının Moskva şəhərində törəmə bankının açılış mərasimində çıxış etdi. İTAR-TASS agentliyinin ofisində Rusiya Federasiyasının aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü. Səfərin gedişində Azərbaycan Prezidentinə Moskva Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edildi və Heydər Əliyev mərasimində geniş nitq söylədi.

Prezident Heydər Əliyev bütün xarici səfərlərində olduğu kimi, bu dəfə də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin müzakirəsinə xüsusi yer ayırdı. Rusiya Prezidenti Vladimir Putin ilə kütləvi informasiya vasitələrinə birgə bəyanatında bu barədə danışaraq dedi: “Məmnunam ki, Rusiya Federasiyası və şəxsən Prezident Putin bu məsələyə böyük diqqət yetirir və fəal tədbirlər görür. Mən ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin, - Rusiya da həmsədrdir, - gələcəkdə öz səylərini artıracağına, habelə Prezident Putinin bundan sonra da bu məsələdə səy göstərəcəyinə ümid bəsləyirəm. Bu barədə biz fikir mübadiləsi etdik və mən buna ümid edirəm, çünki Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması, təbiidir ki, bizim üçün həyati əhəmiyyətə malikdir. Lakin bu məsələ bütün Qafqaz üçün də böyük əhəmiyyət kəsb edir. Deməli, təkcə Qafqaz üçün deyil, həm də bütün Avropa üçün əhəmiyyətlidir... Hesab edirəm, bizim ictimaiyyətimiz də bu fikirdədir ki, Rusiya bu məsələdə mühüm və bəlkə də, həlledici rol oynaya bilər”.

Moskvaya dövlət səfərindən Vətənə qayıdarkən Binə Beynəlxalq Hava Limanında jurnalistlərə müsahibə verən Ulu Öndər Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfinə icarəyə verilməsi məsələsinə münasibət bildirdi.

Sitat: “Qəbələ Radiolokasiya Stansiyası 10 ildir Rusiya tərəfindən istifadə olunur. İndi isə biz həmin 10 il istifadə olunan Qəbələ stansiyasına, sadəcə, müəyyən hüquq verdik. Yəni sənəd imzaladıq, onu icarəyə verdik.

Mənim 1997-ci ilin iyulunda Rusiyaya rəsmi səfərim zamanı biz Rusiya ilə bütün borclarımızı araşdırıb sıfır həddinə çıxmışdıq. Yəni bizim onlara o vaxta qədər olan borcumuzu, onların bizə olan borclarını müəyyən etdik və bu, sıfır həddində idi. Ona görə 1997-ci ildən sonra onlar Qəbələ stansiyasını istifadə etmək üçün ildə 6 milyon 200 min dollar bizə borcludurlar. Beləliklə, bizə 31 milyon dollar borcludurlar və biz Qəbələ stansiyasından ildə 13 milyon dollar fayda götürəcəyik. Amma indiyə qədər Qəbələ stansiyası durub orada, istifadə olunub və biz heç bir şey əldə etməmişik. İkincisi, indi, müqavilə imzalanandan sonra biz Qəbələ stansiyasında birgə monitorinq aparacağıq, vəziyyəti öyrənəcəyik. Onlar da oradan arxayınlıqla istifadə edəcəklər və onun ətrafı daha da yaxşı olacaqdır. Onu da nəzərə almalısınız ki, orada 1300 Azərbaycan vətəndaşı işləyir. Özü də yüksək maaş alırlar. Bunu da nəzərə almaq lazımdır. Ona görə hesab edirəm ki, bu məsələdə həm Azərbaycanın maraqları, həm də Rusiyanın maraqları təmin olunubdur”.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlər qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla əlaqələrin inkişafı ilə səciyyəvidir. Heydər Əliyev özünü Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin veteranı hesab edirdi. 2002-ci ilin yanvarında Gürcüstan Parlamentinin sədri Nino Burcanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bununla bağlı səsləndərdiyi fikirlər aktuallığını bu gün də itirməyib: “Böyük xoşbəxtlikdir ki, bizim aramızda heç vaxt münaqişə olmamışdır. Bu, böyük işdir. Bir baxın, ətrafımız münaqişələrlə doludur, gürcü və Azərbaycan xalqları arasında isə nə münaqişə, nə mübahisə, nə də toqquşma olmuşdur. Bu, böyük işdir, böyük xoşbəxtlikdir. Bizim dostluğumuz ilbəil möhkəmlənir. Mən özümü bu dostluq münasibətlərinin veteranı hesab edə bilərəm. 30 il bundan əvvəlki dövrü xatırlayıram. O zaman biz bu dostluğu daha da möhkəmləndirməyə başladıq. Elə o vaxtdan bu, davam edir və hətta ən ağır, ən çətin dövrlərdə dostluğumuz zəifləməmişdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir