Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin fevralı

Bakı, 16 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

4 fevral. Prezident Heydər Əliyev MDB-nin üzvü olan ölkələrin Mədəni Əməkdaşlıq Şurasının 18-ci iclasının iştirakçılarını qəbul etdi.

5 fevral. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri layihəsinin reallaşdırılması ilə bağlı müşavirə keçirdi.

6 fevral. Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısının iştirakçılarını qəbul etdi.

Görkəmli bəstəkar Qara Qarayevin xatirə gecəsində iştirak etdi və nitq söylədi.

10 fevral. Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

13 fevral. İran İslam İnqilabının 24-cü ildönümü münasibətilə keçirilən mərasimdə nitq söylədi.

14 fevral. Ölkə iqtisadiyyatının inkişafına, islahatların aparılmasına və dövlət büdcəsinin icrasına həsr olunmuş müşavirə keçirdi.

20 fevral. Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

25 fevral. Xocalı Soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət etdi.

23 fevral. Prezident Corc Buşun dəvəti ilə ABŞ-a səfərə getdi.

X X X

2003-cü il fevralın 6-da Bakıda Türksoy təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının XIX toplantısı keçirildi. Tədbirdə çıxış edən Prezident Heydər Əliyev türkdilli xalqların əsrlər boyu bir-birinə yaxınlaşmasında və birləşməsində müştərək mədəniyyətin, mənəvi dəyərlərin müstəsna əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, sonradan rus və sovet imperiyaları türk xalqlarını bir-birindən müəyyən qədər aralasa da, bağlantılar qırılmadı.

Sitat: Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu dövründə biz bunları itirmədik, ancaq bir-birinizdən bir qədər aralandıq. Doğrudur, tamam aralanmadıq, biz Türkmənistan nümayəndələri ilə hər il burada görüşdük, yarış keçirdik. Türkmənistan pambıqçıları Azərbaycana gəlirdilər, bizim pambıqçılar isə Türkmənistana gedirdilər. Yəni bunlar var idi. Amma oturub danışmırdıq ki, axı, bizim dilimizin bir kökü vardır. Bizim yaxın adət-ənənələrimiz vardır.

Prezident Heydər Əliyev təkcə türk xalqlarının deyil, müsəlman dünyasının həmrəylik və qardaşlığına nail olunmasını vacib hesab edirdi. Onun bu barədə fikirləri fevralın 10-da Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrikində bir daha əksini tapdı. Ümummilli Lider müsəlmanların böyük təntənə ilə, həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramının insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmaq imkanları yaratdığını, Azərbaycan xalqının bu dəyərlərə bütün dövrlərdə sadiq qaldığını vurğulayaraq dedi: “İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövrlərində belə, Qurban bayramını özünün ən əziz günlərindən biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın öz milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir... Qoy bütün böyük milli və dini bayramlarımız kimi, mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!”

Azərbaycan-Rusiya münasibətlərinin möhkəmləndirilməsi, bu kontekstdə terrorizmlə mübarizə Ümummilli Lider Heydər Əliyevin xarici siyasət kursunun prioritetləri sırasında yer alırdı. 2003-cü il fevralın 20-də Ulu Öndərin Bakıya səfər etmiş Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olundu. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, habelə beynəlxalq terrorizm və onun hər cür təzahürləri ilə mübarizənin gücləndirilməsinin zəruriliyinə dair fikir mübadiləsi aparıldı.

Prezident Heydər Əliyev söhbət əsnasında bildirdi ki, terrorizmlə mübarizə sahəsində Rusiya ilə Azərbaycan arasında həm yaxşı əməkdaşlıq təcrübəsinin, həm də yaxşı nəticənin olması məmnunuq doğurur.

Sitat: Terrorizmlə daim mübarizə aparmaq çox mühüm bir məsələdir. Təəssüf, indi dünya elədir ki, hər hansı bir dövrə yekun vurmaq və terrorizmin, xüsusən də beynəlxalq terrorizmin daha olmadığını demək səhv olardı. Dünyanın, əslində bütün regionlarında, xüsusən Amerika Birləşmiş Ştatlarında baş vermiş 11 sentyabr hadisələrindən sonra terrorçular baş qaldırmışlar - bunlar narkotiklərlə və bir çox digər əməllərlə məşğul olan müxtəlif cinayətkarlardır. Ona görə də mübarizə davam edir və indi də, gələcəkdə də birgə fəaliyyətimizin mühüm istiqaməti beynəlxalq terrorizmlə və onun hər cür təzahürləri ilə mübarizədə fəal əməkdaşlıqdan ibarət olacaqdır.

2003-cü il fevralın 23-də Heydər Əliyev ABŞ Prezidenti Corc Buşun dəvəti ilə Birləşmiş Ştatlara səfər etdi. Səfər çərçivəsində “Şərq-Qərb enerji dəhlizi reallıqdır” mövzusunda keçirilən beynəlxalq konfransda geniş nitq söyləyən Ümummilli Lider Xəzər dənizindəki böyük neft və qaz ehtiyatlarına diqqət çəkərək dedi ki, bu sahədə Azərbaycanla əməkdaşlıq Qərb ölkələrinə də fayda gətirəcək: “İlkin qiymətləndirmələrə görə, ancaq Azərbaycan sektorundan 4 milyard ton neft, 5 trilyon kubmetr qaz gözlənilir. Birinci müqavilədən 740-750 min ton neft gözləyirik və bu, Bakı-Ceyhan kəməri ilə ixrac ediləcəkdir. Ancaq Azərbaycan sektorunda çox perspektivli başqa yataqlar da var. Ona görə də görürsünüz, ümumi miqdar çoxdur - 4 milyard ton neft və 5 trilyon kubmetr qaz. Bunlar ancaq Azərbaycan sektorundadır. Demək, bu, 50-100 ilə qədər işlənilməsi mümkün olan bir sahədir. Ona görə də bu həm Azərbaycan üçün, onun iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq üçün, həm də bizimlə əməkdaşlıq edən Qərb ölkələri, şirkətləri üçün çox böyük mənfəət, fayda gətirəcəkdir”.

Ulu Öndər konfransdakı çıxışında Qarabağ məsələsinə də toxunaraq ABŞ-ın regiona daha çox diqqət ayırmasının vacibliyini vurğuladı və qeyd etdi ki, neft-qaz layihələri münaqişənin həllinə yardımçı ola bilər.

Sitat: Amerika Birləşmiş Ştatları bundan sonra bu regiona daha da diqqətli olmalıdır. Biz hesab edirik ki, Minsk qrupunun həmsədrləri kimi, Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa bu məsələnin sülh yolu ilə həll olunmasında qəti addımlar atmalıdırlar. Biz yenidən müharibənin başlanmasını istəmirik. Baxmayaraq ki, Azərbaycanda əhali artıq dözə bilmir. Belə vəziyyətə dözə bilmir ki, torpaqlarının 20 faizi on ildir işğal altındadır. Belə vəziyyətə dözə bilmir ki, bir milyon qaçqın-köçkün azərbaycanlının əksəriyyəti çadırlarda yaşayır. Ona görə xalq tərəfindən çox təkliflər alırıq, insanlar tələb edirlər: “Biz istəyirik müharibə edək, ya gedək torpaqlarımızı geriyə alaq, ya da məhv olaq!” Biz bunların qarşısını alırıq, bundan sonra da alacağıq. Ancaq vəziyyəti həmişə bu cür saxlamaq mümkün deyildir. Güman edirəm ki, bizim bu layihələrin həyata keçirilməsi münaqişələrin də həll olunmasına yardımçı ola bilər. Arzu edirəm ki, belə də olsun”.

Prezident Heydər Əliyevin ABŞ-a səfər proqramı olduqca zəngin idi. Fevralın 26-da Ağ evdə ABŞ Prezidenti Corc Buşla görüş oldu. Həmin gün Dövlət Departamentində Azərbaycan Prezidentinin iştirakı ilə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 98-ci maddəsinə dair sazişin imzalanma mərasimi keçirildi.

Səfər müddətində Prezident Heydər Əliyev ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Corc Tenet, ticarət naziri Donald Evans, energetika naziri Spenser Abraham, ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Rudolf Perina ilə görüşdü, Vaşinqtonda jurnalistlər üçün mətbuat konfransı keçirdi. Həmçinin Dövlət Departamentində Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Finlandiya və Cənubi Afrika şirkətləri arasında 1,42 milyard avroluq müqaviləni bloklaya bilər

Kanada bu ilin sonuna qədər Aİ ilə razılaşma əldə etmək istəyir

Keyn Bundesliqada 100 qol vuran ən sürətli futbolçu olub

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Tramp: ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Media: İranla münaqişədə ABŞ hərbçiləri arasında itkilər rəsmi rəqəmlərdən çoxdur

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

ABŞ husilərlə danışıqlar aparır

Yardımlıda açıq ərazidə yanğın baş verib

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

XIV əsrə aid Pir Ömər Sultan ziyarətgahı VİDEO

“Arşın mal alan”la Akademik Musiqili Teatrda yeni mövsümə start verilib

Ceyhun Hacıbəyli küçəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli VİDEO

Premyer Liqa: "Qarabağ" "Şəfa"nı məğlub edib

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Şamaxının turizm potensialını artıran məkan: “Nəsimi Bağları” VİDEO

Naxçıvanda Milli Musiqi Günü möhtəşəm konsertlə qeyd olunub

Babək rayonunda sahibkarlarla görüş: aqrar sahədə yeni Dövlət Proqramının icrası diqqət mərkəzindədir

Almaniya yanacaq qiymətlərinin azaldılması üçün ikimərhələli paket hazırlayır

Cəlilabadda yük avtomobilinin altında qalan sürücü xilas edilib

Naxçıvanda Milli Musiqi Günü: “Arşın mal alan” tamaşası səhnələşdirilib

® “Rabitəbank” 32-ci filialını Bakıxanovda açdı

Şuşada Milli Musiqi Günü: Qarabağ Universitetinin kollektivi konsert proqramı təqdim edib

Azərbaycan hərbçiləri Koreyada beynəlxalq döyüş təlimi müsabiqəsində iştirak ediblər

Tarixin yaddaşını yaşadan alim: Səidə Əli qızının 80 illik yubileyi qeyd olunub

“PAŞA Bank” Naxçıvanda inşa olunan “Şəms-1” Günəş Elektrik Stansiyasına maliyyə vəsaiti ayırıb

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Dövlət Suverenliyi Günü Nizami rayonunda geniş ictimaiyyətin iştirakı ilə qeyd edilib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub VİDEO

Bu saata olan əsas xəbərlər

Əkiz bacılar: Atamızın arzusu hər üç qızının BDU məzunu olmasıdır

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib VİDEO

Azərbaycan TDT-də həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaşdır - ŞƏRH

Ağcabədidə Milli Musiqi Günü: kitab və rəsm sərgisi, rəngarəng konsert proqramı

“Azərkosmos”da ISO standartları üzrə kənar audit uğurla tamamlanıb

Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən “Tanış yadlar” sərgisini təqdim edib

Robert Mobili: Məqsəd Alban kilsəsini saxtalaşdıraraq erməni kilsəsi adı ilə dünyaya tanıtmaq idi

“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda qələbə qazanıb

Azərbaycanlı pianoçunun Varşavadakı konserti dinləyiciləri heyran edib

ADPU-CVU Peşəkar İnkişaf Təlimi liderlik dialoqu ilə yekunlaşıb

Sumqayıtda “PeşəFest-2026” layihəsinə başlanılıb

İqlim dəyişikliyi mövzusu nəqliyyat infrastrukturunda mühüm yer tutur - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalında fetal təbabət üzrə master-klas olub

Azərbaycanın Dövlət Suverenliyi: tarixi, hüquqi və siyasi aspektlər -elmi praktik tədbir

Türkiyə Milli Müdafiə Nazirliyi: Birlikdə güclü, birlikdə qətiyyətliyik

Gəncə–Daşkəsən regionunun toponimik sözlüyü hazırlanacaq

Sumqayıt” basketbol klubu türkiyəli mütəxəssislə danışıqlar aparır

Ailə tipli icmaəsaslı məktəbəqədər təlim qruplarına tərbiyəçi-müəllimlərin qeydiyyatına başlanılıb

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

“Meysari Grand Hotel & SPA” - bənzərsiz təbiətin və zəngin mədəni irsin harmoniyası VİDEO

Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib

AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub

Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyib

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Davamlı sülhün təməli etimaddır - MƏQALƏ

Neftçalada dəyəri 5 milyon manat olan dövlətə məxsus müəssisə özəlləşdiriləcək

® KOICA-nın dəstəyi ilə həyata keçirilən layihəyə yekun vurulub

Bakı və Sumqayıtda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Saatlıda “Erkən müayinə can qurtarır!” aksiyası təşkil olunub

Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyəti tarixində və peşəkar musiqi sənətinin inkişafında rolu - ŞƏRH

Azərbaycanın şahmat yığmalarından Olimpiadada növbəti qələbə

Laçında uşaqlar üçün tibbi müayinələr təşkil olunub

Türk dövlətləri arasında enerji və nəqliyyat dəhlizlərinin inkişafı iqtisadi inteqrasiyanı dərinləşdirəcək- RƏY

Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub

UNEC-də əlilliyi olan tələbələrin beynəlxalq təcrübə imkanları genişləndirilir

“Azərişıq” sədri Ağdamda vətəndaşlarla görüşüb

“Elektroenergetika və bərpaolunan enerji” Standartlaşdırılması üzrə Texniki Komitənin növbəti iclası olub

İqtisadiyyat nazirinin müavini Goranboyda vətəndaşlarla görüşüb

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir VİDEO

“Şahdağ” ES-də 5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Federasiya nümayəndələri ilə görüş olub, sosial media hesabatları dinlənilib

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Kənd Təsərrüfatı Nazirliyində Butik Şərabçılıq Qrupunun ilk görüşü keçirilib

1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR

Konstitusiya Məhkəməsi Palatasının iclasında Ali Məhkəmənin müraciətinə baxılıb

Milli Məclisin Aqrar siyasət komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib

Azərbaycan FAO-nun aqrar-ərzaq sistemlərinin yaşıllaşdırılması üzrə regionlararası siyasət dialoqunda təmsil olunub

Azərbaycan muzeylərinin nadir eksponatları: “Harpoonlog A1” – elektron sistemlərdən xeyli əvvəl dənizçilər qət etdikləri məsafəni necə ölçürdülər?

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-yə çatıb VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub VİDEO

GastroFest 2026: İçərişəhərdə dad, musiqi və müxtəlif mədəniyyətlərin rəngarəng görüşü

Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib

Dövlət Komitəsinin sədri Kǝlbəcǝrdə vətəndaşlarla görüşüb

Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir

Azərbaycan Hava Yolları “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb

“Tenderyard” rəqəmsal alış-satış imkanlarını genişləndirir

Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL-ın təyyarələrində səsləndiriləcək

Tarixçi: Albaniya ərazisində ərəb işğalı ərəfəsində müxtəlif dini inanclar mövcud olub

Gədəbəy və Şəmkir sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri cavablandırılıb

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub VİDEO

Azərbaycan XİN Fransanı ölkəmizə qarşı əsassız və qərəzli iddialardan çəkinməyə çağırıb

Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalının təfərrüatları bəlli olub

BDU-nun iki layihəsi “QS Reimagine Education Awards 2026” yarışmasında təmsil olunmaq hüququ qazanıb

Türkiyə yığmasının UEFA Millətlər Liqası üçün heyəti açıqlanıb

AMEA-da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Məni Xankəndiyə bağlayan yurd sevgisi və şəhid qızımın xatirəsidir – Mübarizə Əliyeva

DOST könüllüləri üçün keçirilən təlim proqramının birinci mərhələsi başa çatıb

Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Üzeyir Hacıbəylinin 141-ci ildönümü musiqili proqramla qeyd olunub