Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqa bağışlanmış ömürdən anlar: 2003-cü ilin yanvarı

Bakı, 4 noyabr, AZƏRTAC

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

X X X

1 yanvar. Prezident Heydər Əliyev uşaqların Yeni il şənliyində iştirak etdi .

7 yanvar. Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

“Ulduz” sarayında Rəcəb Tayyib Ərdoğanın şərəfinə verilən ziyafətdə nitq söylədi.

14 yanvar. ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun rəhbərini qəbul etdi.

Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə keçirilmiş mərasimdə nitq söylədi. Dövlət Opera və Balet Teatrında Türkiyənin Qara dəniz filarmonik orkestrinin konsertində olub.

16 yanvar. MDB İcraiyyə Komitəsinin nümayəndə heyətini qəbul etdi.

18 yanvar. 20 Yanvar faciəsinin 13-cü ildönümünə həsr olunmuş mərasimdə iştirak etdi və nitq söyləyib.

20 yanvar. Şəhidlər Xiyabanını ziyarət etdi.

Şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Azərbaycandakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşdü.

23 yanvar. UNESCO-nun nümayəndə heyətini qəbul etdi.

28-29 yanvar. MDB üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə oldu.

X X X

Xronologiyadan göründüyü kimi, 2003-cü ilin yanvarı Türkiyədə parlament seçkilərində qalib gələrək yeni hökuməti formalaşdırmaq hüququ qazanmış Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfər ilə əlamətdar oldu. Ulu Öndər AKP sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. “Ulduz” sarayında Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verildi, Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 10 illiyi münasibətilə tədbir keçirildi.

Bu səfərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni səhifə açdığını, dönüş nöqtəsi olduğunu nəzərə alaraq bəzi təfərrüatları və Prezident Heydər Əliyevin bununla bağlı fikirlərini diqqətə çatdırırıq.

Yanvarın 7-də AKP sədri və nümayəndə heyəti ilə görüşən Ulu Öndər onların səfərini Azərbaycan üçün tarixi hadisə adlandıraraq dedi: “Biz Türkiyədəki işlərin hamısını daim ürəkdən, qəlbdən, Türkiyəyə bağlı olaraq izləmişik. Ona görə də belə bir səfərin indi baş verməsini mən Türkiyə- Azərbaycan əlaqələrində xüsusi tarixi əhəmiyyətə malik olan bir hadisə hesab edirəm”.

Ölkələrimiz arasındakı dostluq, qardaşlıq əlaqələrinin tarixən mövcud olduğunu qeyd edən Prezident Heydər Əliyev vurğuladı ki, xalqlarımız bir-birinə dərin köklərlə bağlıdır. Türkiyənin inkişafını Azərbaycan öz inkişafı kimi qəbul edir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra isə Türkiyə bizim ən yaxın dostumuz, qardaşımız olub. Bu gün də belədir və artıq biz bir-birimizlə strateji əməkdaşlıq səviyyəsində əlaqələr həyata keçiririk.

İki qardaş ölkənin bütün sahələrdə əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan boru xəttinin məhz Türkiyənin ərazisindən keçirilməsi, Azərbaycanın böyük təbii qaz ehtiyatlarının yenə də Türkiyəyə və oradan Avropaya çıxarılması haqqında birgə qərarları buna misal olaraq göstərdi. Bunların hələ görüləcək işlərin başlanğıcı olduğunu deyən Heydər Əliyev bildirdi ki, qarşıda çox böyük imkanlar, böyük perspektivlər var və onlardan da birgə istifadə ediləcək.

Görüş başa çatdıqdan sonra Prezident Heydər Əliyev və AKP sədri Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirdilər. Ulu Öndər mətbuata bəyanatında Türkiyə və Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrinin ölkəmizin inkişafındakı mühüm roluna toxunaraq dedi ki, Türkiyədə yeni hökumət yaranandan sonra bir partiyanın iqtidarda olması əlaqələrimizin daha da sürətlənməsinə şərait yaradacaq.

Sitat: Bu dostluq əlaqələrini Azərbaycanda həmişə yüksək qiymətləndiriblər, bu gün də biz yüksək qiymətləndiririk. Məhz bu dostluq, qardaşlıq əlaqələri Azərbaycan Respublikası öz dövlət müstəqilliyini əldə edəndən sonra onun inkişafında mühüm rol oynayıbdır. Mən həmişə demişəm, bu gün də deyirəm ki, Azərbaycan öz müstəqilliyini əldə edəndən Türkiyə həmişə Azərbaycanla bərabər olub, bir yerdə olub və Azərbaycanın bütün qayğılarını bölüşübdür. Dedim ki, bizim əlaqələrimiz çox yüksək səviyyədədir və həyatın bütün sahələrini əhatə edir. Ancaq hesab edirəm ki, indi Türkiyədə yeni hökumət yaranandan sonra bir partiyanın iqtidarda olması Türkiyə Cümhuriyyətinin sürətlə inkişaf etməsinə şərait yaradıb və belə halda, təbii ki, Türkiyə-Azərbaycan əlaqələri də gərək o sürətli inkişafla ayaqlaşsın. Yəni onunla bərabər getməyə qadir olsun”.

Daha sonra Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verildi. Tədbirdə çıxış edən Ulu Öndər türkiyəli qonaqları Azərbaycanda yarıdılan investisiya mühiti, iqtisadi sahədəki planlar və həyata keçirilən dəyişikliklər barədə məlumatlandırdı. Azərbaycan iqtisadiyyatının 1996-cı ildən başlayaraq ilbəil inkişaf etdiyini, 2003-cü il üçün böyük planlar olduğunu bildirərək Türkiyənin, türkiyəli iş adamlarının ölkəmizə investisiya qoyulmasına daha geniş cəlb olunmasının vacibliyini söylədi.

Sitat: “Biz öz inkişaf yolumuzun bir hissəsini xarici investisiyanın Azərbaycana cəlb olunmasında görürük. Bu barədə də çox işlər görmüşük, neft və qaz sektoruna böyük investisiyalar gəlibdir. 2002-ci ildə Azərbaycana 2 milyard dollar investisiya qoyulubdur. Razı olun ki, kiçik bir ölkəyə, cəmi 8 milyon əhalisi olan ölkəyə bir ildə 2 milyard dollar investisiya qoyulması, - bunun 1 milyard 700 milyon dolları xarici investisiyadır, 300 milyon dollar isə daxili investisiyadır, - böyük işdir. Ancaq bu da bizi qane etmir. İnvestisiya qoyulmasında biz Türkiyəni, türk iş adamlarını Azərbaycana daha çox cəlb etmək istəyirik”.

Kommersiya və ticarətin də çox mühüm sahələr olduğunu vurğulayan Prezident Heydər Əliyev dedi ki, bunları hər vasitə ilə irəli aparmaq lazımdır: “Cənab Ərdoğan doğru buyurdu ki, 300 milyon dollarlıq ticarət dövriyyəsi Türkiyə və Azərbaycan üçün o qədər də yararlı bir şey deyildir. Biz bunu artırmalıyıq. Amma eyni zamanda, gərək xarici investorlar Azərbaycanda istehsal sahələri yaratsınlar. Bizdə olan işsizlərə iş vermək lazımdır. Onlara iş verəndə, istehsal yarananda iş adamları qoyduqları sərmayələrdən bəhrə götürəcək, bizim adamlar da işlə təmin olunacaqlar. Güman edirəm, bu sahədə imkan çoxdur və biz bu imkanlardan da istifadə edəcəyik”.

Türkiyə ilə Azərbaycanın hər yerdə, o cümlədən beynəlxalq təşkilatlarda bir yerdə olduğunu təqdir edən Ulu Öndər daha sonra dedi: “Biz erməni lobbisinə qarşı bir yerdə mübarizə aparmışıq, bir yerdə də aparacağıq. Ermənilərin guya türklərin onlara qarşı soyqırım etmələri haqqında fikirlərinin biz həmişə əleyhinə çıxmışıq. Bizim Milli Məclis bu barədə Fransa parlamentinə etiraz göndərib, başqa bəyanatlar vermişik və bundan sonra da verəcəyik. Ermənilər Azərbaycanda azərbaycanlıları qırıblar, Türkiyədə türkləri qırıblar. İndi deyirlər ki, guya türklər erməniləri qırıb, soyqırım ediblər. Bu, doğru deyildir, yalandır”.

İyirmi il əvvəl səslənən bu fikirlər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına və perspektivlərinə dair baxışlarını aydın əks etdirir. Münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Ulu Öndərin müstəsna xidmətləri olub. Onun vaxtilə səsləndirdiyi “Bir millət, iki dövlət” kəlamı hər iki ölkənin qardaşlıq şüarına çevrilib. Müdrikcəsinə söylənilmiş bu fikir Azərbaycan və Türkiyə üçün yol xəritəsi və irəliyə aydın baxış fəlsəfəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.

X X X

2003-cü ilin yanvarı, həmçinin Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü ilə də yadda qaldı. Ulu Öndər Heydər Əliyev sammitdə iştirak etmək üçün yanvarın 28-29-da Kiyevdə səfərdə oldu. Orada Azərbaycan diasporunun nümayəndələri ilə görüşdü. Rusiya Federasiyasının Prezidenti V.Putin, Ukrayna Prezidenti L.Kuçma, Gürcüstan Prezidenti E.Şevardnadze, Ermənistan prezidenti R.Koçaryan ilə görüşlər keçirdi, ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Danışıqlar zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, bu istiqamətdə səylərin artırılması və vasitəçilərdən gözləntilər əsas müzakirə mövzusu oldu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir