Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqın etimadı, güclü liderlik və Azərbaycanın uğur yolu

Xalqın etimadı, güclü liderlik və Azərbaycanın uğur yolu

Bakı, 7 iyul, AZƏRTAC

Hər bir dövlətin inkişaf tarixində elə mərhələlər olur ki, həmin dövrün uğurları yalnız iqtisadi göstəricilərlə deyil, xalqın öz dövlətinə, gələcəyinə və liderinə olan inamı ilə ölçülür. Müasir Azərbaycan da məhz belə bir mərhələni yaşayır. İctimai rəy sorğuları göstərir ki, Azərbaycan cəmiyyətində Prezident İlham Əliyevin fəaliyyətinə, həyata keçirdiyi daxili və xarici siyasətə yüksək etimad mövcuddur. Bu etimad təsadüfi deyil, uzun illər ərzində formalaşmış dövlətçilik ənənələrinin, ardıcıl siyasətin və əldə olunan real nəticələrin məntiqi yekunudur.

Bu sözləri AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Azad Novruzov deyib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda müşahidə olunan sabitliyin, inkişafın və milli birliyin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik kursu dayanır. Müstəqilliyimizin qorunması, güclü dövlət institutlarının yaradılması, milli maraqlara söykənən xarici siyasət xəttinin formalaşdırılması məhz həmin siyasi məktəbin əsas sütunları idi. Prezident İlham Əliyev bu siyasi irsi müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı yeni mərhələyə yüksəltməyi bacardı.

Son illər dünyada baş verən mürəkkəb geosiyasi proseslər, müharibələr, iqtisadi böhranlar və beynəlxalq qarşıdurmalar fonunda Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin fəaliyyətində ən çox qiymətləndirilən cəhətlərdən biri də məhz milli maraqları hər şeydən üstün tutmasıdır. Bu siyasət nəticəsində Azərbaycan heç bir xarici güc mərkəzinin təsiri altında olmayan, qərarlarını öz milli maraqlarına uyğun qəbul edən dövlət kimi tanınır.

“Xalqın dövlət başçısına olan etimadının mühüm səbəblərindən biri də onun gücünü xalqdan almasıdır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial rifahın yüksəldilməsi, regionların inkişafı, şəhid ailələri və qazilərə göstərilən diqqət, yeni iş yerlərinin yaradılması və sosial müdafiə tədbirləri vətəndaşların gündəlik həyatında hiss edilən dəyişikliklərə səbəb olub. İnsanlar dövlət siyasətinin nəticələrini öz həyatlarında gördükləri üçün bu siyasətə dəstək verirlər. Prezident İlham Əliyevin liderlik keyfiyyətləri də ictimai etimadın əsas mənbələrindəndir. Qətiyyətli qərar qəbul etmək bacarığı, strateji düşüncə, siyasi iradə və milli məsələlərdə prinsipial mövqe onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunu artırıb. Bu gün Azərbaycan Prezidentinin mövqeyi regional və qlobal proseslərdə diqqətlə izlənilir. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, sözünün sahibi olan dövlət kimi qəbul edilir”, - deyə A.Novruzov vurğulayıb.

Deputat bildirib ki, ölkənin iqtisadi inkişafı da bu etimadın mühüm dayaqlarından biridir. Son illər ərzində həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində Azərbaycan regionun ən güclü iqtisadiyyatına malik dövlətinə çevrilib: “Müasir infrastruktur, enerji layihələri, nəqliyyat dəhlizləri, sənaye zonaları və rəqəmsal inkişaf proqramları ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan artıq təkcə enerji ixrac edən ölkə deyil, həm də Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi də Prezident İlham Əliyevin siyasətinin mühüm nəticələrindəndir. Bu gün ölkəmiz Cənubi Qafqazın aparıcı dövləti kimi regional proseslərə ciddi təsir göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, multikulturalizm və beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. Xüsusilə Orta Dəhlizin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycanın geostrateji rolu daha da güclənir. Lakin Prezident İlham Əliyevin fəaliyyətinin ən böyük tarixi nailiyyəti şübhəsiz ki, Vətən müharibəsində qazanılan Zəfərdir. Onilliklər ərzində həllini gözləyən Qarabağ problemi Azərbaycanın siyasi, diplomatik və hərbi gücü nəticəsində öz həllini tapdı. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə nəticəsində ərazi bütövlüyü bərpa olundu, sonrakı mərhələdə isə ölkənin suverenliyi tam təmin edildi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütövlükdə regionun siyasi tarixini dəyişdirdi”.

“Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işləri Azərbaycanın yeni inkişaf mərhələsinin rəmzinə çevrilib. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir yaşayış məntəqələrinin yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Dünyanın bir çox bölgələrində münaqişələrin və təhlükəsizlik risklərinin artdığı bir vaxtda Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Dövlətin güclü təhlükəsizlik siyasəti və milli həmrəylik mühiti ölkəmizi regionun ən sabit dövlətlərindən birinə çevirib. Bu sabitlik həm iqtisadi inkişafın, həm də sosial rifahın əsas təminatıdır. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevə olan yüksək ictimai etimad konkret nəticələrə, tarixi nailiyyətlərə və milli maraqlara əsaslanan siyasətə söykənir. Bu etimadın arxasında müstəqilliyini möhkəmləndirmiş, ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq nüfuzunu artırmış və gələcəyinə inamla baxan Azərbaycan dayanır. Bu gün Azərbaycan tarixinin ən qüdrətli dövrlərindən birini yaşayırsa, bunun əsasında Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli, Prezident İlham Əliyevin qətiyyətli liderliyi və xalqın öz liderinə olan sarsılmaz etimadı dayanır. Məhz bu birlik Azərbaycanın gələcək uğurlarının da ən etibarlı təminatıdır”, - deyə A.Novruzov əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq