Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xalqına sevgisini can yanğısı ilə ifadə edən Dahi

Xalqına sevgisini can yanğısı ilə ifadə edən Dahi

Bakı, 22 oktyabr, AZƏRTAC

Uşaqlıq illərindən Azərbaycanı müstəqil görmək eşqi ilə böyüyən, bütün diqqətini bu istiqamətə kökləyən Azərbaycan xalqının fenomen oğlu Heydər Əliyev ömrünün əsas hissəsini Azərbaycanın quruculuq işlərinə həsr etdi. Təhlükəsizlik orqanında fəaliyyətə başladığı zamandan ta ömrünün sonuna qədər milli ruhun dirçəldilməsinə, milli kadrların yetişdirilməsinə, önə çəkilməsinə üstünlük verdi. Xalqımızın intellekt potensialını, zəkalı insanlarını qorudu. Onların yüksək bilik əldə etmələri üçün geniş meydanlar açdı. Ümumiyyətlə, milli kadrların yetişməsi istiqamətində xüsusi proqramlar həyata keçirdi. Beləcə, həm respublikamızın inkişafına nail oldu, həm də azərbaycanlıların elmi, mədəni səviyyəsinin yüksəlməsini təmin etdi. Sənət və ədəbiyyat xadimlərimizin dünya miqyasına çıxmasını, onların öz fitri istedadları ilə nümunəyə çevrilə bilmək imkanlarını genişləndirdi. Onlara xüsusi diqqət və qayğı göstərdi. Bu kimi siyasi gediş əhalimizin ümumi intellekt səviyyəsinin yüksəlməsini və millətlər arasında seçkin yerinin müəyyənləşməsini təmin etdi.

Bu fikirlər Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin “Xalqına sevgisini can yanğısı ilə ifadə edən Dahi” sərlövhəli yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Milli kontekstdə sadalanacaq saysız-hesabsız uğurlu, məntiqli gedişlərə Heydər Əliyev azərbaycançılıq məfkurəsi kimi yanaşırdı və bu yolda bütün zəkası və fiziki gücü ilə gecə-gündüz çalışırdı. Özünü doğma xalqına hər zaman borclu missiyası ilə istismar edən o nəhəng şəxsiyyət hər bir azərbaycanlının taleyinə öz taleyi kimi baxırdı. Biz bu gerçəkliyi dərk etməli və Heydər Əliyev fenomeninə nə qədər borclu olduğumuzu unutmamalıyıq. İstər ədəbiyyatımız, istər incəsənətimizin bütün qolları, istər digər bütün sahələr Heydər Əliyevin onlara bəxş etdiyi əvəzolunmaz töhfələrin dəyərini bilməlidirlər. Məlumdur ki, bu deyilənlər bir gerçəklikdir və göz önündədir. Lakin təəssüflər olsun ki, bəzən gerçəkliyi görmək istəməyən qısqanclar və bacarıqlı ola bilməyən xəbislər, paxıllıq hisslərini boğa bilməyən əks fikirlər formalaşdırmağa çalışan nadanlar gözlərimiz önündə vurnuxurlar, ancaq xalqımızın intellektual zümrəsi Heydər Əliyev gerçəkliyini tarixin səhifələrinə olduğu kimi həkk etməklə gələcək nəslin doğru-düzgün formalaşmasını təmin edirlər. Mənim üçün fərəhlidir ki, müəllifi olduğum - “Böyük Turanın himni”, “Müstəqil vətənin memarı” poemaları, “Qurtuluş dastanı”, “Qurtuluşa gedən yol”, “Naxçıvanda doğan Günəş”, tarixi-xronoloji dramlar, “Nurlu ömrün anları”, “İşıqlı nurlu sabah” mənzum pyeslər ümummilli liderimizin keçdiyi cəfakeş, əzmkar, qurucu ömür yolunun azacıq da olsa bir hissəsini ədəbiyyatın və teatr sənətinin salnaməsinə həkk edə bilmişdir. Bunlar bir sənət xadimi olaraq bizim üçün qürurverci xidmətdir. Səhnədə əvəzolunmaz özünəməxsusluqlarını sevərək canlandırdığım, bütün ali cəhətlərini real hisslər və duyğularla tamaşaçılara çatdırmağa çalışdığım Ümummilli Liderimizin bədii obrazının tamaşaçılar tərəfindən sürəkli alqışlarla, sevgi və məhəbbətlə qarşılandığını gördükcə, bir sənət xadiminin keçirdiyi hissləri, duyğuları sözlərlə ifadə etmək belə çətindir.

Bir xalq, bir millət o zaman xoşbəxt olur ki, onun lideri bütün varlığı, ruhu və məfkurəsi ilə xalqına, millətinə bağlı olur. Canından çox onları sevir. Məhz Heydər Əliyev dəfələrlə xalqına, millətinə olan sevgisini can yanğısı ilə ifadə etmişdir. Əsas odur ki, bu sevgini bütün əməlləri, xidmətləri ilə isbat etmişdir. O heç vaxt xalq yolunda heç bir qəsddən, qərəzdən çəkinmədi. Hər bir təhlükəyə cəsarətlə sinə gərdi. Ömrünün sonuna qədər bu yolda bütün varlığı və ruhu ilə çalışdı, millət yolunda heç nəyi əsirgəmədi.

Ulu öndərin şəxsiyyəti, Azərbaycan xalqının tarixindəki misilsiz rolu bu gün incəsənətimiz üçün tükənməz mövzu mənbəyidir. Rəssamlarımız dəfələrlə bu böyük şəxsiyyətin obrazını yaradıb, haqqında neçə-neçə musiqi əsəri bəstələnib, teatrlarımızın səhnəsində Ulu Öndərə həsr olunmuş əsərlər səhnəyə qoyulub, ömür yoluna həsr olunan filmlər çəkilib. Bunların hər biri incəsənət tariximizin qiymətli əsərləri kimi qalacaqdır.

Ulu Öndərin teatr və bu sahədə çalışan insanlar haqqındakı fikirləri də olduqca qiymətlidir: “Teatr müqəddəs yerdir. İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyildir. İçimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir. Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxanda çox vaxt qayğısız xoşbəxt insan kimi görünürlər, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam. Xalqımız öz incəsənətini, mədəniyyətini, ədəbiyyatını inkişaf etdirib və bütün bunların üzərində indi müstəqil Azərbaycan Respublikası vardır”.

Ulu Öndərin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi, fenomen şəxsiyyət Heydər Əliyevin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. 1969-cu ildən, yəni Ulu Öndərin respublikamıza rəhbərlik etdiyi dövrdən başlayaraq Azərbaycan teatrının həyatında coşqunluq hiss olunmağa başlamışdır. Görkəmli sənət adamlarının yubileylərinin təntənəli şəkildə qeyd olunması, forma, məzmun və üslub etibarilə müxtəlif zəngin və rəngarəng müsabiqələrin təşkili müntəzəm xarakter almışdır.

Ümummilli lider Heydər Əliyev daim respublikamızda mədəniyyət ocaqlarının açılış mərasimində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak edib və səhnə arxasında aktyorlarla görüşərək onların problemləri ilə maraqlanıb. Ümummilli Liderin teatr ocaqlarına gəlişi, teatr kollektivlərini yeni-yeni yaradıcılığa səsləmiş, teatrlarımızın repertuarları zənginləşmiş və yeniləşmiş, klassiklərin əsərlərinin yozumuna müasir baxış qüvvətlənmişdir.

Ulu öndər Heydər Əliyevin fenomen qüdrəti hesabına qurulan müstəqil Azərbaycan dövləti Ümummilli Liderimizin siyasi varisi, Azərbaycan xalqının qəhrəman lideri İlham Əliyevin əvəzsiz, qayğıkeş əməyi ilə gözlərimiz önündə yüksək inkişaf mərhələsinə çatıb və günbəgün yenilənən vüsət ritmi ilə öz sarsılmaz yolunu davam etdirməkdədir.

Sevindirici haldır ki, xalqımız öz dahi Liderinin 100 illiyini qələbə əhval-ruhiyyəsi ilə qeyd edir. Azərbaycan xalqı 30 il idi ki, “Qarabağ!”, “Şuşa!” deyərək torpaqlarımızın düşmən tapdağından azad edilməsini səbirsizliklə gözləyirdi. İllərdir ki, Azərbaycan xalqının humanist lideri mənəviyyatı kor olan, insanlığa qənim kəsilən bir millətin “Sülh!” deyə bəsirətini açmağa çalışdı. Təəssüf ki, bu alicənab məqsədə dünya birliyi də dəstək vermədi və mənəviyyatı olmayan xalqın, millətin sülh anlayışı da ola bilməz və olmadı da. Odur ki, işıqlı zəka sahibi, Azərbaycan xalqının müdrik lideri, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz işini elə riyazi dəqiqliklə qurdu və elə böyük cəsarətlə həll etdi ki, bəsirətsizlər özlərini qaranlıq quyu dibində gördülər. İndi həmin quyudan çıxmaq üçün mütləq, mənəviyyatı zəngin millətin, xalqın liderinin ətəyindən yapışmaq məcburiyyətindədirlər. Yalnız belə olan halda onlar həmin qaranlıqdan sıyrılıb çıxa bilərlər.

“Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!”, - deyə dünyaya qürurla, fərəhlə, iftixarla xitab edən ulu öndər Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqının məhz işıqlı, nurlu sabahlarını müəyyənləşdirmək iqtidarına malik olmağın parlaq təzahürünü biz, bu gün ölkəmizi ümumdünya müstəvisində öncüllər sırasına yüksəldən böyük siyasi zəkaya malik liderimizin simasında yaşamaqdayıq. Biz bir də onun eşqini yaşamaqdayıq ki, ümummilli lider Heydər Əliyevin daim inamla ifadə etdiyi “Şuşa hər bir azərbaycanlının, mən deyərdim ki, gözüdür, iftixar nöqtəsidir” fəlsəfəsi bu gün bir gerçəklikdir.

Qarabağın azadlıq müjdəsi, qayalara zəncirlənmiş Şuşanın yenidən qol-qanad açması xəbəri bizim mənəvi aləmimizə necə yüksək qida verdisə, eləcə də bir anın içindəcə mənəvi cəhətdən dünyanın ən zəngin xalqına çevrildik.

Heydər Əliyev İlham Əliyevin sərkərdəlik qüdrətinə inanırdı! O bilirdi ki, İlham Əliyev onun bütün vəsiyyətlərini nəyin bahasına olursa-olsun, qəhrəmancasına yerinə yetirəcək. Çünki O, həm dünyanın gedişatını öncədən uzun müddətə hesablaya bilmək bacarığında idi və hazırladığı liderin də məhz bu gedişatları önləyə biləcək qabiliyyətini əminliklə bilirdi.

Zaman göstərdi ki, Heydər Əliyev heç bir gedişdə səhvə yol verməmişdir. İlham Əliyev Heydər Əliyevdən sonra xalqımızı, millətimizi, dövlətimizi bütün cəhətlərdən qaranta ala biləcək yeganə şəxsiyyət, yeganə liderdir!

Onu da demək doğru olar ki, İlham Əliyevin siyasi varislik missiyası Heydər Əliyevin xalqına, millətinə sevgisini özündən sonra da yaşatdı! İlham Əliyev öz prezidentlik dövründə elə incə yollarla getdi ki, bütün dünyanı qarşısına ala biləcək bir miqyasa qədər yüksəldi və dünyanın ən böyük dövlətlərinin həmləsinə baxmayaraq, torpaqlarımızı düşmən tapdağından azad etdi. Xalqımızın sarsılmış ruhunu dirçəltdi və yüksəltdi. Eyni zamanda, Heydər Əliyevin də ruhu qarşısında öz varislik borcunu yerinə yetirdi. Bu əməlin özü fenomenlik və ümummilli liderlik qüdrətinin bariz nümunəsidir!

Heydər Əliyev elə bir fenomendir ki, onu yalnız Dahi Lider adlandırmaq olar! Xalqımız öz dahi liderini, o ali qüdrət sahibini heç zaman unutmayacaq və tarixin bütün dövrlərində Heydər Əliyev, zaman keçdikcə daha da seviləcək, xalqımızın qürur mənbəyi kimi həmişə ürəklərdə yaşayacaq! Əminliklə demək olar ki:

Müstəqil vətənimiz

İşıqlı, nurlu sabah!

Onu Heydər yaratdı,

Sabaha İlhamla bax!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü