Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xankəndidəki Zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır - ŞƏRH

Xankəndidəki Zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır - ŞƏRH

Bakı, 5 iyul, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşü bir daha təsdiq etdi ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası düşündüyümüzdən də böyükdür. Xankəndidən yayımlanan möhtəşəm səhnələri seyr etdikcə, daha çox hiss edirsən ki, qalib dövlətin vətəndaşı olmaq həqiqətən böyük xoşbəxtlikdir. Çünki Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədaləti tərənnüm etməklə yanaşı, qürurlu və ləyaqətli xalqın, qüdrətli və qalib dövlətin dünyaya yenidən təqdimatıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Onun sözlərinə görə, dövlət və hökumət başçılarının Füzuli Beynəlxalq Hava Limanında və Prezident İlham Əliyev tərəfindən Xankəndidə rəsmi qarşılanması başqa bir tarixi səhnəni – 2021-ci il iyunun 15-də Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfərini xatırladır və bu dövlətimizin başçısının lider qüdrətini bir daha nümayiş etdirir.

“Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dörd il əvvəl iyunun 15-də, məhz Milli Qurtuluş Günündə Azərbaycanla tarixi Müttəfiqlik Bəyannaməsini imzalamaq üçün Şuşaya səfər etmişdi. Həmin gün Azərbaycan və Türkiyə liderləri arasında yolüstü maraqlı bir dialoq baş vermişdi. Prezident İlham Əliyev əlini uzadaraq “O iki dağın arasında görünən yer Xankəndidir” demişdi. Türkiyə Cümhurbaşqanının gülə-gülə verdiyi “Otel oradadırmı?” sualına Azərbaycan Prezidenti eyni tövrlə, gülə-gülə belə cavab vermişdi: “Yox, amma orada da olacaq!”

Bu tarixi dialoqdan dörd il sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ECO-ya üzv ölkələrin dövlət və hökumət başçılarını - Türkiyə, Pakistan, İran, Özbəkistan, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyətinin liderlərini, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Əfqanıstan, Türkmənistan və Nigeriyadan olan yüksəksəviyyəli qonaqları, BMT-nin ali təmsilçisini Xankəndidə, yeni inşa olunmuş Konqres Mərkəzində qarşıladı. Bununla da bir daha hər kəsə, ilk növbədə, tarixi Zəfərimizi hələ də qəbullana bilməyən bədxahlara göstərdi ki, yalnız vədinə əməl etmək gücündə olan Lider xalqın inam və etimadını qazana, beynəlxalq arenada öz kəsərli sözünü deyə bilir. Necə ki, Prezident İlham Əliyev Vətən müharibəsindən cəmi üç gün əvvəl, 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarındakı çıxışı zamanı verdiyi bəyanatı artıq tarixi gerçəkliyə çevirib: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Dağlıq Qarabağ qədim və tarixi Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır!”, - deyə deputat qeyd edib.

Ölkə başçısının dünya ictimaiyyətinə ünvanlanan mühüm mesajlarla zəngin çıxışlarından bəhs edən Ülvi Quliyev qeyd edib ki, Ali Baş Komandanın çıxışlarının əsas qayəsini təkcə hərbi zəfər və siyasi iradə deyil, eyni zamanda, bölgədə davamlı sülhün təmin olunması məqsədi təşkil edir: “Prezident İlham Əliyev Xankəndi Zirvə görüşündəki çıxışı zamanı ali qonaqların diqqətinə bu tarixi həqiqəti də çatdırdı: “Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar”. Azərbaycan Prezidenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının ötən ay İstanbulda 57 üzv ölkənin yekdil qərarı ilə qəbul etdiyi qətnaməni də xatırladaraq, yüzminlərlə azərbaycanlının intizarına son verilməli olduğunu açıq mətnlə bəyan etdi: “Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək”.

“Prezident İlham Əliyevin bu bəyanatında açar söz “sülh” ifadəsidir. Cənubi Qafqazdan hələ də əl çəkmək istəməyən və burada yenidən süni şəkildə gərginlik ocağı yaratmağa çalışan dairələr bilməlidirlər ki, Azərbaycanın yeganə hədəfi tarixi ədaləti sülh yolu ilə bərpa etmək və regiona dayanıqlı əmin-amanlığı gətirməkdir. Bu hədəfin arxasında iki əsr boyunca ağır mənəvi məhrumiyyətlərə məruz qalmış bir xalqın iradəsi və bu iradəni qətiyyətlə təmsil edən Azərbaycan Prezidentinin bütün vədlərini gerçəyə çevirən tərəddüdsüz siyasəti dayanır. Bu, elə bir siyasətdir ki, mövqeyindən və ölkəmizə münasibətindən asılı olmayaraq, yaradılan reallığı gec-tez bütün aktorlara qəbul etdirə bilir. Azərbaycan və İran prezidentlərinin bütün dünyanın gözü qarşısında Şuşada ana dilimizdə açıq və səmimi ünsiyyəti həmin reallıqlardan yalnız biridir”, - deyə o vurğulayıb.

Deputat bildirib ki, bədxahlar bütün bunlardan nə qədər məyus olursa, qardaş və dost ölkələrin liderləri öz sevincini daha açıq şəkildə ifadə edir, həqiqətləri deməklə səmimi mövqelərini ortaya qoyurlar: “Zirvə görüşündən bir gün əvvəl, iyulun 3-də Azərbaycan Prezidenti ilə birgə Ağdamın Xıdırlı kəndinin birinci mərhələsinin açılışda iştirak edən Qırğızıstan Prezidenti Sadır Japarovun sakinlərlə görüş zamanı söylədiyi bu fikir Ali Baş Komandan İlham Əliyevin xalqımız və Türk dünyası qarşısında tarixi xidmətlərinin miqyasına hətta sərhədlərimizdən çox-çox uzaqlarda da verilən yüksək dəyəri təcəssüm etdirir: “Prezidentiniz İlham Heydər oğlu Əliyevi qoruyun. O, düzgün xarici siyasət sayəsində bu torpaqları sizə qaytarıb”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Zirvə görüşü yekunlaşdıqdan sonra hava limanında verdiyi müsahibədə dedikləri elə həmin sevincin, Azərbaycan adına Türk dünyasında yaşanan qürur hissinin növbəti səmimi ifadəsidir: “Xankəndi gələcəyə yönəlik, gerçəkdən, çox-çox gözəl bir görüş yerinə çevrilir. Bu gün ECO-nun toplantısında bunun ilk addımını atdıq. Bu münasibətlə mən hörmətli Prezident İlham Əliyev qardaşımı görülən işlərlə bağlı şəxsim və millətim adından təbrik edirəm... Azərbaycan qardaşım İlham Əliyevlə fəxr edə bilər”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq