Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanına qeydiyyat başlanıb
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sentyabrın 17-də keçiriləcək qəbul imtahanına qeydiyyat başlanıb.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, namizədlərin imtahana qeydiyyatı DİM-in saytındakı keçid vasitəsilə avqustun 15-i saat 18:00 dək həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar).
Namizədlər DİM-in saytındakı link vasitəsilə Xarici İşlər Nazirliyinə işə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]
Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu
- 29.09.2026 [12:49]
BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]