Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici siyasət: Azərbaycan nümunəsinin bir sıra məqamları

Müasir şəraitdə dövlətlərarası münasibətlər mürəkkəb xarakter daşıyır. Müxtəlif regionlarda özünü göstərən münaqişələr bütövlükdə ziddiyyətli mənzərə yaradır. Belə bir şəraitdə uğurlu xarici siyasət aparmaq olduqca çətin məsələdir. Lakin Azərbaycan rəhbərliyi bunun öhdəsindən böyük uğurla gəlir. 2014-cü ildə bu istiqamətdə müşahidə edilən proseslər həmin fikrin doğruluğunu tam təsdiqləyir. Onların hətta bir qisminin belə qısa təhlili Bakının son dərəcə təmkinli strateji mövqe tutduğunu göstərir. Azərbaycanın xarici siyasətini bütün region üçün nümunə kimi qəbul etmək olar. Əslində, real proseslərin məntiqi bu qənaətin doğruluğunu sübut edir.

Mürəkkəb vəziyyət: geosiyasətin ziddiyyətləri

2014-cü ildə dünyanın geosiyasi mənzərəsi mürəkkəbliyi ilə seçildi. Bir sıra ölkələr arasında münasibətlərdə gərginlik müşahidə edildi. Şərqi Avropada yeni münaqişə ocağı meydana gəldi. İndi də Ukrayna ətrafında vəziyyət qeyri-müəyyəndir. Burada hərbi əməliyyatlar şiddətlənib və tərəflərin bir-birinə güzəştə getmək fikrində olmadığı hiss edilir. Yaxın Şərqdə isə İŞİD terroru davam edir. Mütəxəssislər bu hadisənin bir çox regionlara təsir edə biləcəyindən ehtiyatlanırlar. ABŞ hərbi komandanlığının yaydığı informasiyaya əsasən, İŞİD-in komandir heyətinin 50 faizi məhv edilsə də, bu təşkilat böyük təhlükə olaraq qalır. Hətta ona qarşı İran-ABŞ koalisiyasının yarana biləcəyi də vurğulanır.

Nəhayət, 2014-cü ilin sonlarında neftin qiymətinin sürətlə aşağı düşməsi faktiki olaraq vəziyyəti dəyişdi. Bir sıra ölkələr böhranla üzləşdi, neft idxal edənlər isə qazanmağa başladılar. Bu isə qlobal miqyasda indiyə qədər mövcud olmuş balansın pozulmasına gətirib çıxarır.

Bu cür şərtlər daxilində uğurlu xarici siyasət həyata keçirmək böyük ustalıq tələb edir. Azərbaycan buna nail olub. Rəsmi Bakı 2014-cü ildə bir çox istiqamətlərdə yaddaqalan addımlar atıb. Bunu hər kəs etiraf edir. Əslində, əldə olunan konkret nəticələr təsdiqləyir ki, Azərbaycanın xarici siyasəti kifayət qədər çevik və səmərəli prinsiplər əsasında qurulub. Bu aspektdə bir sıra məqamlar üzərində geniş dayanmaq olar.

Hər şeydən əvvəl onu vurğulayaq ki, ölkə diplomatiyası Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün xeyli fəallıq göstərib, o cümlədən beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirib. İntensiv cərəyan edən bu prosesdə iki səviyyəni ayrıca qeyd etməyə ehtiyac görürük: birincisi, ikitərəfli və üçtərəfli əlaqələrin inkişaf etdirilməsi; ikincisi, müxtəlif təşkilatların tərkibində fəaliyyətin gücləndirilməsi.

Xarici siyasətdə bu cür aktivlik müasir dövrün tələbidir. Çünki indi dünya üzrə qarşılıqlı əlaqələr o dərəcədə dərinləşib və inkişaf edib ki, yaranmış vəziyyətdə yalnız çoxvektorlu siyasət yeritməklə uğur qazanmaq mümkündür. Sevindiricidir ki, Azərbaycan diplomatiyası məhz bu metodla işləyir və böyük nailiyyətlər əldə edir. Bir neçə misal göstərə bilərik. Keçən il Prezident İlham Əliyev İrana və Rusiyaya səfər edib. Türkiyə və Gürcüstan prezidentləri də Azərbaycana gəliblər. Bunlar adi səfərlər deyildi. Ölkə başçısı İlham Əliyev olduqca səmərəli və aktiv fəaliyyəti ilə hər xarici səfərində milli dövlətçilik üçün böyük əhəmiyyətli razılaşmalara nail olur.

Azərbaycana gələn xarici ölkə başçıları ilə də yüksək səviyyədə danışıqlar aparılır ki, bunun da bəhrəsini hər bir kəs görür. Eyni zamanda, 2014-cü ildə hökumət başçıları və nazirlər səviyyəsində də maraqlı görüşlər olub. Məsələn, 20 ölkənin xarici işlər nazirləri Azərbaycana səfər ediblər. Onların sırasında Niderland, İspaniya, İsrail, Rusiya, Avstriya və Almaniya kimi dövlətlərin XİN rəhbərləri də var. Bu cür təmaslarda ölkələr arasında ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qalxması üçün əlavə fürsətlər yaranır. Təsadüfi deyil ki, məhz 2014-cü ildə Azərbaycanda Kolumbiya, Malayziya, İsveç, Meksika, Xorvatiya, İspaniya və Estoniya səfirliklərinin ofisləri açılıb. Prezident ölkəmizin Əlcəzairdə səfirliyinin açılması haqqında Sərəncam imzalayıb. Bakıda Sloveniya və Makedoniyanın fəxri konsulluqları fəaliyyətə başlayıb.

Bu proseslərin fonunda Azərbaycan Prezidentinin bir təşəbbüsü bütövlükdə müasir diplomatiya üçün nümunə ola bilər. Biz üçtərəfli əməkdaşlıq formatının tətbiq olunmasını nəzərdə tuturuq. 2014-cü ilin mayında Türkiyə, Gürcüstan və Azərbaycanın dövlət başçıları Tbilisidə görüş keçirdilər. Bununla bağlı ölkə rəhbəri İlham Əliyevin dediyi fikirlər olduqca maraqlıdır və məsələnin aktuallığını tam olaraq göstərir: “Hazırda bu üçtərəfli format nəinki regionda, hətta dünya miqyasında belə böyük maraq doğurur. Bu, əslində, nadir bir formatdır. Çünki burada üç müstəqil dövlət artıq bərabərhüquqlu münasibətlər - qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən münasibətlər qurub. Hesab edirəm ki, bu təcrübə başqa ölkələr üçün də cəlbedici ola bilər”.

Üçtərəfli əməkdaşlıq formatı və beynəlxalq dəstək: ağır zəhmətin bəhrəsi

Həmin kontekstdə üçtərəfli əməkdaşlığın üstünlüyünü göstərən iki faktora diqqət yetirmək olar. Birincisi, ondan ibarətdir ki, regional miqyasda səmərəli əlaqələr qurmağın yeni imkanları meydana gəlir. Buraya Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlıq formatını da əlavə etmək gərəkdir. Coğrafi olaraq bu, geniş bir ərazidə inteqrasiya proseslərinə güclü təkan vermək deməkdir. Buradan ikinci faktorla bağlı fikir söyləməyə ehtiyac duyulur.

Bu, faydalı təhlükəsizlik sisteminin formalaşdırılması şansının meydana gəlməsidir. Məlumdur ki, təhlükəsizlik hazırda son dərəcə aktual bir problemdir. Dünyanın heç bir regionu təhdidlərdən, sabitliyi pozan proseslərdən sığortalanmayıb. Ona görə də perspektivli təhlükəsizlik mexanizminin axtarışı ciddi problemdir. Hesab edirik ki, Azərbaycanın təklif etdiyi ikitərəfli və üçtərəfli əməkdaşlıq formatı bu baxımdan olduqca maraqlı görünür. Çünki burada faktiki olaraq iqtisadi, sosial, enerji, hərbi və siyasi sahələrin bir-birinə uyğun şəkildə inkişaf etdirilməsi, həmin əsasda əməkdaşlığın genişlənməsi nəzərdə tutulur. Hazırda bu istiqamətlərdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında ciddi əlaqələrin mövcud olduğunu deyə bilərik. Bunun nəticəsidir ki, Cənubi Qafqazda sabitliyi qorumaq mümkün olur.

Bu məqamda Azərbaycan xarici siyasəti üçün də böyük əhəmiyyəti olan bir faktı vurğulamaq gərəkdir. Ermənistan Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatlarında yoxdur. Bu, kimisə süni surətdə təcrid etmək yox, qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkarı sülhə dəvət etmək deməkdir. Rəsmi Yerevan zəbt etdiyi Azərbaycan ərazisindən qoşunlarını çıxarsa, onun üçün də regional əməkdaşlıq formatlarında iştirak etmək imkanları yaranacaq. Deməli, ermənilərin üçtərəfli əlaqələrə cəlb edilməməsi şüurlu və məqsədyönlü şəraitdə, regionun sabitliyi naminə baş verir. Bütün bunlara görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları ümumən dünya üçün cəlbedici ola bilər.

Niyə hələ də savaşın davam etdiyi Ukrayna və terrorun hər gün can aldığı Yaxın Şərq həmin yanaşmadan istifadə etməsin? Əgər Kiyev qonşuları ilə üçtərəfli formatda münasibət qura bilərsə, müharibənin dayanması asan olar. Yaxud Yaxın Şərqdə ölkələr bu cür əlaqələr vasitəsi ilə İŞİD-ə qarşı səmərəli mübarizə apara bilərlər.

Azərbaycan isə öz təşəbbüskarlığı və fəallığı ilə beynəlxalq miqyasda Ermənistanın təcavüzkarlığının qınanması, Dağlıq Qarabağ məsələsinin ədalətli həlli istiqamətində uğurlar əldə edib. Onlardan sadəcə bir neçəsini sadalamaq istərdik. İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının sessiyasında qəbul edilən qətnamələrdən biri “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlanır. Burada mədəni obyektlərə qarşı ermənilərin vəhşiliklər törətməsinin ayrıca vurğulanması ciddi hadisədir. Çünki Ermənistan dünyaya car çəkir ki, onun mədəniyyətini azərbaycanlılar dağıdırlar. Reallıq isə yuxarıda qeyd edilən qətnamədən göründüyü kimi, tamamilə başqa cürdür. Həmin təşkilatın yekun Ciddə bəyannaməsində isə Dağlıq Qarabağ məsələsində Bakının tutduğu mövqe tamamilə müdafiə olunub.

Bundan başqa, NATO-nun Uels sammitində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib, Ərəb Dövlətləri Liqası buna uyğun sənəd qəbul edib. Bunların fonunda Azərbaycanın keçən il Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi kifayət qədər cəlbedici görünür. Bütövlükdə AŞPA-da ölkə nümayəndələrinin fəallığı ayrıca qeyd edilməlidir. Dövlət başçısı İlham Əliyev AŞPA-da keçən ilki çıxışında vurğulayıb: “Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır”.

Şübhəsiz, ölkə rəhbərinin Avropa dövlətlərinə, onların başçılarının isə Azərbaycana çoxsaylı səfərlər etməsi də əhəmiyyətlidir. Bu cür əlaqələr indi çox geniş sahələri əhatə edir ki, onlar haqqında da KİV kifayət qədər məlumat yayıb.

Başqa misallar da göstərə bilərik. Onların sırasında dünya əhəmiyyətli “Cənub” qaz dəhlizinin təməlqoyma mərasiminin 2014-cü ildə keçirilməsini xüsusi qeyd etmək istərdik. Çünki bu layihə enerji təhlükəsizliyinin təmini məsələsində irəliyə doğru atılmış ciddi bir addımdır.

Təbii ki, bir yazıda xarici siyasət sahəsində həyata keçirilən bütün işləri əhatə etmək mümkün deyil. Ancaq yuxarıda vurğulanan bir sıra məqamlar da göstərir ki, 2014-cü ildə Azərbaycan xarici siyasətdə dövlətçilik üçün böyük əhəmiyyəti olan uğurlar əldə edib. Bunun memarı isə Prezident İlham Əliyevdir. Heç bir şübhə yoxdur ki, 2015-ci il də həmin istiqamətlərdə yeni uğurların əldə edilməsi ilə yadda qalacaq.

Leyla Məmmədəliyeva

Newtimes

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü