XEYRİYYƏ AKSİYALARI KEÇİRİLMİŞDİR
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) silsilə xeyriyyə tədbirlərini bu il də davam etdirir. Təşkilatın nümayəndələri Lənkərandakı Osman Mirzəyev adına uşaq evinə və əqli cəhətdən zəif uşaqlar üçün xüsusi internata televizorlar, digər məişət əşyaları, ərzaq aparmış, qurban kəsmiş, bayram süfrələri açmışlar.
Bu cür xeyriyyə tədbirləri Şüvəlandakı 1 nömrəli və Mərdəkandakı 2 nömrəli internatlarda da keçirilmişdir.