Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə xüsusi yığıncağın Bəyannaməsi imzalanıb

“Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə xüsusi yığıncağın Bəyannaməsi imzalanıb

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin “Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu” üzrə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən xüsusi yığıncağının sonunda Bəyannamə imzalanıb.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bəyannamədə nazirlər suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətlərini bir daha təsdiq ediblər. Nazirlər Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan arasında sahəvi əməkdaşlığın cari uğurlarını vurğulayıb, ticarət və iqtisadi münasibətlərin genişləndirilməsinin önəmini vurğulayıblar. Həmçinin qlobal ticarətə və səmərəli nəqliyyat bağlılığına artan beynəlxalq əhəmiyyəti nəzərə alaraq nazirlər dördtərəfli əməkdaşlıq formatında Qara dəniz və Xəzər dənizi arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafının bütün dörd ölkə üçün mühüm layihə olduğunu hesab ediblər.

Bəyannamədə Qara dəniz və Xəzər dənizi ölkələrinin Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli əlaqə qismində Qara dəniz-Xəzər dənizi yük daşımaları marşrutunun daha da təşviqində mühüm rol oynadığı vurğulanıb. Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan əraziləri boyunca Asiya dövlətlərindən Xəzər dənizi və Qara dəniz vasitəsilə Avropaya malların səmərəli daşınmasının qurulmasını hədəfləmiş digər oxşar regional layihələri tamamlayacağı qeyd edilib.

Avropa Qonşuluq Siyasətinin və Mərkəzi Asiya üzrə Aİ Strategiyasının əsas elementlərindən biri kimi təkmilləşdirilmiş qarşılıqlı bağlılığın prioritetliyi vurğulanıb, karqonun səmərəli daşınması üçün alternativ marşrut, Mərkəzi və Şimal-Qərbi Avropa su kanalları ilə vacib əlaqə kimi Konstanta limanı və Dunay çayı arasında birbaşa marşrutu inkişaf etdirmək üçün bütün zəruri şəraitlərin yaradılmasının vacibliyi ifadə olunub.

Avropa İttifaqını Mərkəzi Asiya ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan üzərindən keçməklə birləşdirən beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək üçün Aİ ilə mövcud və digər potensial əməkdaşlıq formatlarından ən yaxşı şəkildə yararlanmağın vacibliyi vurğulanıb.

Nazirlər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində layihələrin və təşəbbüslərin həyata keçirilməsində özəl müəssisələrin və biznes dairələrinin fəal iştirakının təşviqinin vacibliyini bildirib, həmçinin beynəlxalq tərəfdaşları konsepsiya çərçivəsindəki təşəbbüslərin həyata keçirilməsində fəal əməkdaşlığa çağırıblar. Regional iqtisadi əməkdaşlığın və inteqrasiyanın artım üçün geniş imkanlar təklif etdiyini, habelə daha geniş regionda mövcud olan uzunmüddətli iqtisadi potensialdan istifadə etməyə və onu inkişaf etdirməyə kömək edə biləcəyini təsdiqləyiblər, eləcə də regionda iqtisadi rifahın əldə edilməsində təsirli vasitə olan iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin zərurətini vurğulayıblar.

Bakı Beynəlxalq Dəniz Limanı infrastrukturunun inkişafında əldə edilən nailiyyətlər ilə yanaşı, Ələtdəki Azad İqtisadi Zonanın (AZ), Batumi limanlarının (GÜR), Poti (GÜR), Constantsa (RUM) və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının (TM) yaradılması, habelə Anakliya (GÜR) Dərin Dəniz Limanının tikilməsi vurğulanıb, beynəlxalq nəqliyyat marşrutunun müvəffəqiyyətli və effektiv istismarı üçün qeyd olunan limanların təklif etdiyi vasitələr/imkanlardan faydalanmanın əhəmiyyətini diqqətə çəkiblər.

Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu daxilində və xaricində malların sürətli və təhlükəsiz daşınmasını təmin edəcək bütün dörd iştirakçı dövlətdə yerinə yetirilən digər infrastruktur layihələrinin inkişafını önə çəkiblər.

Nazirlər sürətli və effektiv tərəqqinin təmin edilməsi üçün praktik addımların həyata keçirilməsini razılaşdırıblar, xüsusilə də:

Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun (bundan sonra \"BSCS beynəlxalq nəqliyyat marşrutu\") yaradılması təşəbbüsünün səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə, danışıqlar aparmaq və bütün texniki aspektlər üzrə əməkdaşlıq etmək üçün dördtərəfli ekspert işçi qrupunun təsis edilməsi;

Əməliyyat proseduralarının optimallaşdırılması və müvafiq milli orqanların səmərəli əməkdaşlığının təmin edilməsi yolu ilə BSCS beynəlxalq nəqliyyat marşrutunun fasiləsiz işləməsini təmin etmək;

BSCS beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması üçün tariflərin uyğunlaşdırılması və gömrük proseduralarının sadələşdirilməsi işini asanlaşdırmaq;

Bu layihənin həyata keçirilməsi üçün iştirakçı dövlətlərin milli operatorları arasında əməkdaşlığı asanlaşdırmaq;

Mövcud təhdidlərin yumşaldılması məqsədilə, müvafiq tədbirlərin görülməsi üçün dəhliz boyunca qalan infrastruktur boşluqlarını və asanlaşdırma ehtiyaclarını müəyyənləşdirmək;

BSCS beynəlxalq nəqliyyat marşrutunu digər maraqlı dövlətlər və beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə birgə təşviq etmək, müvafiq infrastrukturu daha da inkişaf etdirmək və əlavə yük axınlarını cəlb etmək;

BSCS beynəlxalq nəqliyyat marşrutunun təhlükəsiz, səmərəli, əlverişli və ekoloji cəhətdən əsaslandırılmış şəkildə istifadəsini təşviq etmək;

Nəql olunma prosesinin bütün tərəfləri üçün rəqabət şəraitinin təmin edilməsi məqsədilə, iştirakçı dövlətlərin nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdən keçirmək;

Bərələrin işlənmə müddətinin azaldılması, ixrac-idxal proseduralarının sadələşdirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması baxımından rəqəmsal texnologiyalardan istifadənin və qabaqcıl informasiya mübadiləsi sisteminin tətbiqini təşviq etmək;

Beynəlxalq nəqliyyat marşrutu olan Qara dəniz - Xəzər dənizi coğrafiyasını genişləndirmək məqsədilə maraqlı ölkələrlə dialoqu davam etdirmək;

Nailiyyətləri qiymətləndirmək və Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun təşviqi üçün növbəti addımları planlaşdırmaq məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə Nazirlər səviyyəsində mütəmadi görüşlər keçirmək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir