XƏZƏR DƏNİZİNDƏ DAŞINMALARIN HƏCMİ XEYLİ ARTMIŞDIR
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin informasiya və mətbuat şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il MDB ölkələrinin dəniz limanları arasında həyata keçirilən daşınmaların həcmi 27 min ton artaraq 9 milyon 691 min tona çatmışdır. Xəzər dənizində daşınan yüklərin həcmi 12 milyon 670 min olmuşdur ki, bu da 2004-cü ilin göstəricisi ilə müqayisədə 477 min ton çoxdur.