XƏZƏR İŞGÜZAR İNTEQRASİYA KLUBUNDA SƏNAYE VƏ ENERGETİKA NAZİRİ İLƏ GÖRÜŞ OLMUŞDUR
Rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə məlumat verən Natiq Əliyev bildirmişdir ki, proqnozlara görə, cari ildə ölkəmizdə neft hasilatı 30 milyon tona çatacaq, 2007-ci ildə isə bu rəqəm 47 milyon ton olacaqdır. Nazirin sözlərinə görə, “Şahdəniz” layihəsinin həyata keçirilməsi ilə qaz hasilatı ildə 30 milyard kubmetrə çata bilər.
Nazir çıxışında modul tipli elektrik stansiyalarının tikintisi prosesinə toxunmuş, beynəlxalq qurumlarla əməkdaşlıq şəraitində alternativ enerji mənbələrindən istifadə imkanlarından danışmışdır.
N.Əliyev görüş iştirakçılarının suallarını cavablandırmış, yerli şirkətlərin irimiqyaslı layihələrdə iştirakı imkanlarına toxunmuşdur.
Görüşdə klubun prezidenti, baş icraçı direktoru Telman Əliyev, Azərbaycan iş adamları, Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, Ukrayna, Latviya, İran və digər ölkə şirkətlərinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]