Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzərdə şərti əməliyyat: Sərhəd pozucuları “Tufan”a yaxalandılar - REPORTAJ

Bakı, 25 oktyabr, Göyçək Mahmudlu, foto Səfiyar Məcnun, AZƏRTAC

Ərazi bütövlüyünü bərpa edən qalib Azərbaycanın quru və su sərhədləri etibarlı şəkildə qorunur. Sərhədçilərimiz iqlim və relyef şəraitindən asılı olmayaraq, ayıq-sayıqlığını itirmir, hər hansı təhdid anında dərhal cavab tədbirləri görərək təhlükənin qarşısını peşəkarlıqla alırlar. İnfrastruktur və maddi-texniki bazanın təkmilləşdirilməsi, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsi mühafizə və müdafiə tədbirlərinin effektivliyini daha da artırır.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin göstərişi əsasında media nümayəndələrinə DSX-nin bölmələrinin xidməti döyüş fəaliyyəti işinin təşkili, maddi-texniki baza ilə yaxından tanışlıq imkanı yaradılıb. Bu məqsədlə oktyabrın 24-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti ərazisinə mediatur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsində və 2022-ci il sentyabrın 12-13-də baş verən təxribatların qarşısını alarkən şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb. Şəhid sərhədçilərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra media nümayəndələri Baş komanda nəzarət mərkəzinə gəliblər.

Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları istənilən çağırışa çevik reaksiya vermək imkanına malikdir

DSX-nin Sahil Mühafizəsinin rəisi general-leytenant Müzəffər Pirizadə Sahil Mühafizəsinin tarixi və fəaliyyəti barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsinə göstərdiyi diqqət və qayğı nəticəsində Sahil Mühafizəsinin sərhəd gəmiləri və digər döyüş texnikaları daim döyüşə hazır olmaqla, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində istənilən çağırışa çevik reaksiya göstərmək imkanına malikdir. Qeyd olunub ki, dəniz sərhədlərimizin mühafizəsində əsaslı dönüş məhz Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra mümkün olub. Ümummilli Liderin strategiyasını uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində xidməti fəaliyyət keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin 2005-ci il fevralın 18-də imzaladığı Fərmanla Sərhəd Gözətçi Gəmilər Dəstəsinin əsasında Sahil Mühafizəsi yaradılıb. Bununla da Xəzər dənizində milli maraqlarımızın yüksək səviyyədə qorunması və dəniz sərhədlərinin etibarlı mühafizəsi üçün daha geniş imkanlar yaranıb.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev DSX-nin Sahil Mühafizəsinə 8 dəfə səfər edib və tapşırıqlarını verib.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində dövlət sərhədinin mühafizəsi və toxunulmazlığını həyata keçirir. Dövlət sərhədinin hidrotexniki qurğularının, neft-qaz boru kəmərlərinin mühafizəsi sahəsində qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri icra edir, sərhəd sularında dövlət sərhəd rejiminə və sərhədboyu rejimə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasına məxsus gəmiləri və ölkə vətəndaşlarını onlara qarşı yönəlmiş təhlükələrdən müdafiə edir. Sərhəd sularında təbii və bioloji sərvətlərin qorunması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. Narkotik vasitələrin, psixotrop maddələrin, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, odlu silah və döyüş sursatlarının, bioloji və digər kütləvi qırğın silahlarının, mülki dövriyyəsi qadağan olunmuş və məhdudlaşdırılmış digər əşyaların dəniz sərhədlərindən keçirilməsinin qarşısının alınması üçün tədbirlər görür. Zəruri hallarda xilasetmə işləri aparır, qəzaya uğramış gəmi, təyyarə və helikopterlərin heyət üzvlərinə və sərnişinlərə kömək edir".

2024-cü il dövlət sərhədlərinin mühafizəsində nailiyyətlərlə dolu il olub

General-leytenant bildirib ki, 2024-cü il dövlət sərhədlərinin mühafizəsində nailiyyətlərlə dolu il olub. Təkcə ötən ay dəyəri 700 min manata qədər olan 306 min qutuya yaxın siqaret, tütün məhsulları aşkarlanaraq götürülüb və həmin istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təkcə bu il dövlət sərhədini pozan 28 nəfər saxlanılıb və barələrində zəruri tədbirlər görülüb. Dövlət sərhədindən Azərbaycan Respublikası ərazisinə 556 kiloqram 370 qram narkotik vasitənin keçirilməsinə 8 dəfə cəhd olunub. Nəticədə bir çox hallarda narkotik vasitələri gətirən sərhəd pozucuları saxlanılaraq aidiyyəti üzrə istintaq-təhqiqat orqanlarına təhvil verilib.

Xəzər dənizinin Azərbaycan Respublikasının aid hissəsində maraqların qorunması, neft-qaz platformaları, neft kəmərlərinin mühafizəsi zamanı yaranmış təhdidlərin dəf edilməsi, qarşılıqlı əlaqənin təşkili, dənizdə hüquq-mühafizə funksiyalarının həyata keçirilməsində qurumlararası məlumat bazasının təkmilləşdirilməsi, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində praktiki vərdişlərin artırılması, zabit heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən müxtəlif hava şəraitində sərhəd axtarışı, raket-artilleriya atışlarının keçirilməsi üzrə şəxsi heyətin praktiki vərdişlərinin mükəmməlləşdirilməsi məqsədilə hər il genişmiqyaslı taktiki təlimlər keçirilir. Müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması istiqamətində də işlər davam etdirilir. Belə ki, 2019-2024-cü illər ərzində uzaqmənzilli radar avtomatlaşdırılmış informasiya sistemləri, gecəgörmə kameraları ilə təchiz olunmuş yeni müşahidə məntəqələri inşa olunaraq istismara verilib və nəticədə dənizdə kiçik, orta və böyükhəcmli hədəflərin aşkarlanma imkanları artıb. “Bundan sonra da arsenalımızda olan bütün vasitələrdən istifadə etməklə sərhəd mühafizəsinin şəxsi heyəti qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcək və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin edəcək”, - deyə Müzəffər Pirizadə əlavə edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin tarixinə həsr olunmuş videoçarx nümayiş olunub.

Sərhəd pozucuları taktikalarını dəyişir

 

Baş komanda nəzarət mərkəzi ilə tanışlığı davam etdirən media nümayəndələrinə radar texniki müşahidə məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, sahilboyu ərazilərdə Azərbaycan Respublikasının ərazi sularını nəzarətdə saxlamaq üçün radar texniki müşahidə məntəqələri quraşdırılıb və radar görüntüləri artırılıb. Son illərə kimi sərhəd mühafizəsinin balansında 9 radar var idisə, indi bu say 18-ə çatdırılıb. Texniki müşahidə məntəqələrində olan sərhədçilər Azərbaycan Respublikasının ərazi sularına daxil olan tanınmayan hədəfləri müşahidə etməyə başlayır və ya təyin olunmamış yerdən icazəsiz üzmə vasitələri buradan təsbit olunur və alınmış məlumatlar qarşılıqlı fəaliyyətdə olan orqan və bölmələrə ötürülür. Bundan başqa, məlumatlar həm əməliyyat yolu ilə, həm də qarşılıqlı fəaliyyətdə olan orqanlardan da əldə edilir. Daha sonra dövlət sərhədinin mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Maraqlısı odur ki, sərhəd pozucularının bir çoxu Azərbaycan Respublikasının ərazi sularına daxil olduqdan sonra sahilə yaxınlaşmadan hər hansı bir qaçaqmalı dənizə yerləşdirir, koordinatları Azərbaycanda olan tanışlarına ötürür və onların başqa formada çıxarılması üçün addımlar atmağa başlayırlar. Lakin onlar unudurlar ki, trayektoriya texniki müşahidə məntəqələrində operatorlar tərəfindən qeydiyyata alındıqdan sonra yaddaşda saxlanılır. Sərhəd gözətçi gəmiləri həmin istiqamətə yönəlir, ərazini nəzarətdə saxlayır, sərhəd pozucuları və onların əlaltılarının ələ keçirilməsi istiqamətində işlər görülür.

Dərinlikdə olan üzmə vasitələrini müasir naviqasiya aşkaretmə qurğuları ilə təmin olunmuş gəmilər aşkarlayır. Növbəti mərhələdə sərhəd gözətçi gəmilərində olan məlumatların mərkəzə inteqrasiya edilməsi və qarşılıqlı fəaliyyətdə olan qurumlarla birgə fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.

Onu da demək yerinə düşər ki, sərhəd pozucuları öz taktikalarını dəyişir və yeniləyir, lakin Sərhəd Mühafizəsinin də öz imkanlarını genişləndirdiyini unudurlar. Gələcəkdə sərhəd pozucularının ölkəmizə daxil olmasının tam qarşısını almaq ən vacib hədəflərdəndir.

Media nümayəndələri Sahil Mühafizəsi Muzeyini də ziyarət ediblər. Burada müxtəlif eksponatlar, raket kompleksi, matrosların gündəlik geyimləri, hidrokostyum, DSX-nin əməkdaşlarının təltifləri nümayiş etdirilir. Ən qədim eksponat 1800-cü illərə aid olan sekstantdır. Bildirilib ki, qədim zamanlarda naviqasiya olmadığı dövrlərdə onun vasitəsilə gəminin yerini müəyyən etmək olurmuş.

Jurnalistlər Təlim-Tədris Mərkəzinin sinif otaqlarında şəxsi heyətə keçirilən dərslərdə iştirak edib, Heydər Əliyev İdeoloji Mərkəzinə baş çəkiblər.

Keçid üçün şans yoxdur: Xəzərin səthi də, dibi də nəzarətdədir

Media nümayəndələrinə Xəzər dənizində şərti əməliyyatları izləmək imkanı da yaradılıb. DSX-nin Sahil Mühafizə gəmiləri manevrlər edərək müxtəlif tapşırıqlar icra edib. “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə təşkil olunan tur zamanı sorğuya cavab verməyən üzmə vasitəsinə gəmi tərəfindən görülən tədbir - onun saxlanılması, baxış qrupuna təlimat verilərək həmin üzmə vasitəsinə göndərilməsi əməliyyatları icra olunub.

Sonra sərhəd pozucularının döyüş dalğıcları tərəfindən aşkarlanması və məhv olunması əməliyyatı yerinə yetirilib. Belə ki, baxış zamanı sərhədi pozan gəmidən sərhəd pozucularının suyun altına düşərək platformaya qarşı təxribat fəaliyyəti ilə məşğul olmağa cəhd etdikləri aşkarlanıb. Dərhal pozucular aşkarlanıb və komanda verilib. Döyüş dalğıcları isə onu zərərsizləşdiriblər.

Həmçinin DSX-nin Sahil Mühafizəsinin amfibiya katerləri fəaliyyət icra edib.

DSX-nin Sahil Mühafizəsinin Dövlət Sərhədinin Mühafizəsi üzrə şöbə rəisinin dəniz üzrə müavini Xanlar Abdullayev bildirib ki, çoxfunksiyalı “IGUANA 29” amfibiya kateri DSX-nin Sahil Mühafizəsinin döyüş sıralarına 2022-ci ildə qoşulub. Sahilyanı əməliyyatlar üçün təyinatlı olan həmin kater dövlət sərhədinin mühafizəsində geniş istifadə olunur. Sahilyanı ərazilərdə hərəkət edən sərhəd pozucularına, qaçaqmalçılığa qarşı mübarizədə ən üstün üzmə vasitəsi sayılır. Hazırda onların sayı 2 ədəddir”.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmi və katerləri Xəzər dənizində enerji strukturunun mühafizəsinin təmin edilməsi məqsədilə “Azəri-Çıraq-Günəşli”, “Dostluq”, “Şahdəniz” və digər neft-qaz yataqları, o cümlədən Səngəçal Terminalı istiqamətində xidmətə cəlb olunaraq, qarşıya qoyulmuş tapşırıqların icrasını da təmin edirlər.

Mediatur zamanı “Şahdəniz” yatağı istiqamətində səfər təşkil olunub, bir neçə yatağa baxış keçirilib.

Ekspert: Azərbaycanın sahil mühafizəsi uğurla təmin olunur

 

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Xəzərin Azərbaycan hissəsində sahil sularının mühafizəsinin yüksək səviyyədə təmin olunması məqsədilə dövlətimiz uzun illərdir bir sıra islahatlar həyata keçirir. Həmin islahatların tərkib hissəsi olaraq Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin maddi-texniki bazası gücləndirilir. Bu kontekstdə də sahil mühafizənin müasir texnologiyalarla, yəni dəniz vasitələri ilə təmin olunması üçün Gəmi İnşası və Təmiri Mərkəzi istifadəyə verilib. Ondan sonra DSX-nin Sahil Mühafizəsi üçün “Şahdağ” və “Tufan” gəmiləri inşa edilib. Bu gəmilər Azərbaycanın sahil sularında yüksək səviyyədə mühafizənin təmin olunmasını həyata keçirir. Bir sözlə, Azərbaycanın sahil mühafizəsi uğurla təmin olunur.

“Mediatur zamanı da Azərbaycanın sahil mühafizəsinin təmin olunmasında güc və imkanlarının şahidi olduq. Gəmilər sürətlidir, həm zərbə təyinatlı pilotsuz uçuş aparatları, həm də raket sistemləri ilə təmin olunub. Bir sözlə, gəmilər Azərbaycanın sahil sularında yerləşən strateji məntəqələrin mühafizəsinin təmin olunması üçün güclü silah və sursatla təchiz edilib. Sahil suları ümumiyyətlə riskli bölgələrdir. Həm qaçaqmalçılığın, həm də digər təhlükələrin qarşısını almaq üçün sularda təhlükəsizliyin, mühafizənin təmin olunmasına böyük ehtiyac var”, - deyə hərbi ekspert diqqətə çatdırıb.

Təxminən beş saata yaxın Xəzərin mavi sularında davam edən turumuz maraqlı təəssüratlarla başa çatdı.

Cəmi bir neçə saat ərzində sərhəd mühafizəsinin canlı iştirakçısına çevrilmək həm maraqlı, həm də düşündürücü oldu. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin bölmələrinin işi heç də asan deyil. Əsgərlər dövlətimizin maraqları, xalqın əmin-amanlığı naminə gözlərini belə qırpmadan keşik çəkirlər. Müasir avadanlıqlar, texniki vasitələr işlərini asanlaşdırsa da, gələn təhlükələri qətiyyətlə dəf edir, tapşırıqları xüsusi cəldlik və peşəkarlıqla qüsursuz şəkildə yerinə yetirirlər.

Bu yerdə Ulu Öndər Heydər Əliyevin sərhədçilərimiz haqqında dediyi dəyərli sözləri xatırlatmaq istərdim - “Məşhur bir ifadə var ki, Vətən sərhəddən başlayır. Bu, həqiqətdir. Ona görə də sərhəd hər bir müstəqil dövlət üçün çox əzizdir, vacib bir sahədir və təbiidir ki, sərhədin qorunmasında xidmət göstərən hər kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub