XƏZƏRDƏ YENİ DƏMİR YOLU - BƏRƏ XƏTTİ AÇILACAQ
Dəmir yolu - bərə xətti Rusiya limanlarını digər Xəzəryanı ölkələrin limanları ilə birləşdirəcək. Bu haqda Qazaxıstanın Aktau şəhərində səfərdə olan Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyinin idarə rəisi Vyaçeslav Qavrilov bildirmişdir. Onun sözlərinə görə, bu haqda saziş avqust ayında imzalanacaqdır. Layihənin ümumi dəyəri 80 milyon ABŞ dollarıdır. O qeyd etmişdir ki, hazırda bu məqsədlə dörd bərə quraşdırılır. Birinci bərə Xəzərə gələn ilin əvvəllərində gətiriləcək. İndi əsas məsələ yük bazasının formalaşdırılmasıdır. Xəttin iqtisadi cəhətdən səmərəli olması üçün bu iş indidən təşkil edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]