Xiaomi dünya smartfon bazarında ikinci yerə yüksəlib
Bakı, 16 iyul, AZƏRTAC
Çinin Xiaomi brendi ABŞ-ın Apple brendini üstələyərək dünya smartfon bazarında ilk dəfə ikinci yeri tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Canalys analitik kompaniyasının iyulun 15-də yayılan məruzəsində yer alıb.
Məruzədə bildirilir ki, bu ilin ikinci rübünün yekunlarına görə Xiaomi tədarükü 83 faiz artıraraq bazarda 17 faiz paya sahib olub. Apple brendinin bazar payı isə müvafiq dövrdə 14 faiz təşkil edib, onun məhsullarının tədarükü cəmi 1 faiz artıb. Bu siyahıda birinci yeri bazarın 19 faizinə nəzarət edən Cənubi Koreyanın smartfon nəhəngi Samsung tutur (15 faiz tədarük artımı). Liderlərin ilk beşliyinə, həmçinin hər birinin bazar payı 10 faiz olan digər Çin brendləri - Vivo və Orro daxildir (artım 28 faiz və 27 faiz).
“Samsung və Apple ilə müqayisədə Xiaomi smartfonlarının orta qiyməti müvafiq olaraq təxminən 40 faiz və 75 faiz aşağıdır”, - deyə Canalys kompaniyasının eksperti Ben Stenton qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]