Xıdırlı, Sarıcalı və Kəngərli kəndləri Ağdam şəhərinin magistral su və kanalizasiya şəbəkələrinə qoşulacaq
Ağdam, 27 iyul, AZƏRTAC
Xıdırlı, Sarıcalı və Kəngərli kəndləri Ağdam şəhərinin magistral su, kanalizasiya və kommunikasiya şəbəkələrinə qoşulacaq. Ağdam şəhərində ilk dəfə olaraq təmizləyici qurğudan keçən su texniki su səviyyəsinə çatdırılaraq şəhərinin suvarma şəbəkəsində istifadə olunacaq. Kəndlərdəki həyətyanı sahələrin suvarılması isə kəndin ətrafından keçən suvarma kanalları vasitəsilə həyata keçiriləcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov deyib.
Qeyd edib ki, bütün kəndlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq. Hər bir evin üstündə 2,5 kV gücündə solar panel quraşdırılacaq. Solar panellərdən alınan enerji evin daxili şəbəkəsinə veriləcək. Artıq enerji olarsa mərkəzi sistemə qaytarılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]