XİN Azərbaycan vətəndaşlarının BƏƏ-yə girişinə qadağa qoyulması ilə bağlı məsələyə münasibət bildirib
Bakı, 17 fevral, AZƏRTAC
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları üçün giriş vizasının rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyi, vətəndaşlarımıza ölkəyə giriş qadağaları qoyulduğu barədə xəbərlərə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, A.Hacızadə bununla bağlı bildirib: “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi, Dubay şəhərindəki Baş konsulluğu, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfirliyinə müvafiq sorğu göndərib.
Daxil olmuş məlumata əsasən, Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir.
Birləşmiş Ərəb Əmirlikləri tərəfi viza rəsmiləşdirilməsini ölkə qanunvericiliyinin tələblərinə əsasən davam etdirir və viza rəsmiləşdirilməsinə imtinanın yalnız bəzi fərdi əsaslarda baş verməsi hallarının istisna edilmədiyi məlumdur”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [16:24]
Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO
- 11.06.2026 [15:48]
İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq
- 11.06.2026 [14:29]
“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur
- 11.06.2026 [14:07]