XİN-də diplomatik xidmətə qəbul imtahanının növbəti mərhələsi keçirilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “dinləyib-anlama” və “oxuyub-anlama” bacarığı üzrə, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində 2 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 3 imtahan rəhbəri, 14 nəzarətçi müəllim ayrılıb. İmtahanda 140 nəfərin iştirakı nəzərdə tutulurdu.
İmtahan nəticələrinin danışıq bloku üzrə nəticələri bir yerdə yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Xatırladaq ki, namizədlərin danışıq bloku üzrə imtahanı 2023-cü il sentyabrın 24-də keçiriləcək.
İmtahan iştirakçıları link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi bina, zal, başlanma vaxtı və iştirakçının imtahan binasına gəlmə vaxtı qeyd olunub.
Danışıq bloku imtahanının “demo-trenajor”u ilə buradan tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]