Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xocalı ağrısından gələcəyə baxış” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏGF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi, Macarıstanın Subyektiv Dəyərlər Fondu və Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması Fondunun birgə təşkilatçılığı ilə “Xocalı ağrısından gələcəyə baxış” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

İƏGF-dən AZƏRTAC-a bildiriblər ki, faciənin 29-cu ildönümündə soyqırımı qurbanlarının xatirəsinin yad olunması məqsədilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən təbirdə beynəlxalq tədqiqatçılar və ekspertlər çıxış ediblər. Konfransa ABŞ-dan olan mütəxəssis Sara Bouman və beynəlxalq film prodüseri Tyaqi Pallava moderatorluq ediblər.

Tədbirin açılış hissəsində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev 29 il əvvəl Xocalıda Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətin miqyasından və təmsil etdiyi qurumun “Xocalıya ədalət!” kampaniyasının hədəfləri istiqamətində gördüyü işlərdən bəhs edərək bu tərz konfransların faciə haqda geniş məlumatın dünya ictimaiyyətinə çatdırılması baxımından vacibliyini vurğulayıb. Soyqırımı və Kütləvi Qırğınların Qarşısının Alınması Fondunun sədri və soyqırımlar üzrə beynəlxalq ekspert Gyorqi Tatar çıxışında Fondun dünyada, o cümlədən Avropa qitəsində etnik nifrətə qarşı mübarizə zəminində fəaliyyət apardığını nəzərə çatdırıb. O, münaqişə aparan tərəflər arasında dialoqun zəruriliyini vurğulamaqla yanaşı, “Ədalətsiz sülh olmur” tezisini xatırladıb və Xocalı faciəsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin müvafiq addımlar atmalı olduğunun vacibliyini bildirib.

Faciədən bir neçə gün sonra İngiltərənin “Independent” qəzetində Xocalıda baş verənlər haqda məqaləsi dərc edilən və o zaman qəzetin Cənubi Qafqaz üzrə müxbiri olan Helen Uoumakın xahişi ilə onun 1992-ci ildə nəşr edilən məqaləsi konfrans iştirakçıları üçün oxunub. Məqalədə jurnalist bir gün ərzində qətl edilən insanların sayından, yaralı qadın və uşaqların çəkdiyi əzablardan dəhşətə gəldiyini vurğulayıb.

ABŞ-ın Sahil Karolina Universitetinin professoru Kristofer Qann konfransın ilk panelində çıxış edərək erməni terror təşkilatlarının keçən əsr boyunca azərbaycanlılara və türklərə qarşı törətdikləri cinayətlərdən və apardığı tədqiqata əsasən XX əsrin 80-ci illərinin ən fəal erməni terrorçuların 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəldiklərini bildirib. Xocalı kimi dəhşətli bir qətliamın baş verməsində məhz belə soyuqqanlı və amansız terroristlərin iştirakının da rol oynadığı qeyd olunub.

Xocalıdan olan Nərmin İbrahimova hadisə zamanı uşaq olmasına baxmayaraq, faciənin sağ qalanlarda ağır travma və sarsıntı qayıtdığını və faciənin dəhşətini bütün həyatı boyu yaşadığını qeyd edərək Xocalı cəlladlarının ən qısa zamanda beynəlxalq səviyyədə mühakimə olunmasının həyatda qalanların qismən rahatlıq tapmasına və ədalətin bərqərar olmasına xidmət edəcəyini bildirib.

ABŞ-dan olan siyasi şərhçi və aparıcı, “Dağlarda cinayət” kitabının müəllifi Raul Loveri Contreras Azərbaycana gələrək faciə zamanı əsir götürülən Xocalı sakinləri ilə görüşdüyünü qeyd edib, xüsusilə, qadınların və uşaqların başına gələn müsibətlərdən dəhşətə gəldiyini bildirib. R.Contreras, həmçinin 44 günlük ikinci Qarabağ müharibəsinin nəticələrinə də toxunaraq, Azərbaycanın ərazilərini işğaldan azad etməsinin bölgənin gələcək inkişafı üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Konfransın ikinci panelində hüquqşünas və insan hüquqları müdafiəçisi Fahmida Faiza Xocalı faciəsinin hüquqi aspektlərindən bəhs edərək faciənin beynəlxalq səviyyədə müvafiq hüquqi qiymət almasının vacibliyini vurğulayıb.

Subyektiv Dəyərlər Fondunun sədri Marsel Lorints 1990-cı illərin əvvəllərində Qarabağın işğalı ilə bölgədəki sülhün yox edilməsindən, Xocalı kimi müharibə cinayətinin xalqlar arasında uçurum yaratmasından və gələcəkdə dayanıqlı sülhə nail olmaq üçün bu cinayətin lazımi səviyyədə tanınmasının vacibliyindən bəhs edib.

İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin əməkdaşı Sevinc İsgəndərova “Xocalıya ədalət!” beynəlxalq məlumat və təşviqat kampaniyası haqqında xüsusi təqdimatla çıxış edərək kampaniya çərçivəsində 2008-ci ildən etibarən həyata keçirilən layihələr haqda məlumat verib.

Sonda konfrans iştirakçıları “Xocalıya ədalət!” kampaniyası çərçivəsində yeni hazırlanmış “Xocalı nişanəsi” adlı sənədli filmə tamaşa ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub