XOCALI FACİƏSİ ANILIR
Əli Bayramlı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımının 14-cü ildönümü münasibətilə silsilə tədbirlər həyata keçirilir. Rayondakı şəkil qalereyasında həvəskar rəssamların əsərlərindən ibarət “Xocalı harayı” adlı sərgi açılmış, mərkəzi kitabxanada qətliamla bağlı stendlər, guşələr yaradılmış, bir sıra idarə, müəssisə və təşkilatlarda anma mərasimləri keçirilmişdir.
Fevralın 24-də təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr edilmiş, dəyirmi masalar, ədəbi kompozisiyalar təşkil olunmuşdur. Fevralın 26-da isə ümumşəhər mitinqi keçiriləcək, məscidlərdə şəhidlərin ruhuna dualar oxunacaq, şəhərdə məskunlaşan Xocalı sakinlərinə maddi yardım göstəriləcəkdir.