Azərbaycan Dövlət İnformasiya Agentliyi

XOCALI FACİƏSİ İLƏ ƏLAQƏDAR BELÇİKADA YIĞINCAQ VƏ MİTİNQ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Xocalı faciəsinin 14-cü ildönümü ilə bağlı fevralın 24-də Dünya Azərbaycanlıları Konqresinin və Belçikadakı Azərbaycan səfirliyinin təşəbbüsü ilə Brüsseldəki Beynəlxalq Mətbuat Mərkəzinin “Palas rezidans” salonunda “Dünya azərbaycanlıları terrora və soyqırıma “yox” deyir devizi altında yığıncaq keçirilmişdir.

DAK-ın sədri doktor Cavad Derəxti yığıncağı açaraq, dünyanı narahat edən terror aktları, Xocalı soyqırımı, uydurma “erməni soyqırımı” və bununla bağlı türk tarixçi alimlərinin Rusiya arxivlərində apardıqları araşdırmalar barədə məlumat vermişdir.

Sonra çıxış edən ölkəmizin Belçikadakı səfiri Arif Məmmədov Xocalı soyqırımını XX əsrin tarixində qanlı səhifə kimi səciyyələndirmiş, Avropa İttifaqının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə həllinə xüsusi maraq göstərdiyini, bu sahədə müəyyən addımlar atdığını, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, münaqişənin sülh yolu ilə həlli barədə hər iki tərəfə müraciət etdiyini bildirmişdir. Səfir demişdir ki, Avropa İttifaqının məqsədi regionda sülh yaradılması, Cənubi Qafqaz ölkələri arasında müxtəlif sahələrdə əməkdaşlığa nail olmaqdır.

Türkiyə səfirliyinin birinci katibi Nurdan Bayraqdar Xocalı faciəsinin erməni vəhşiliyini dünyaya bir daha tanıtdığını xatırladaraq demişdir ki, Cənubi Qafqazda “Yeni qonşuluq siyasəti”nin həyata keçirilməsi burada sülhün bərqərar edilməsindən asılıdır. İşğalçı Ermənistan Azərbaycan ərazilərindən çıxmalı, qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıtmalıdırlar. Avropa İttifaqı da münaqişənin həllinə yardımçı olmalıdır.

Kipr türkləri icmasının nümayəndəsi Yalçın Behit, DAK sədrinin beynəlxalq əlaqələr üzrə müavini, Amerikada yaşayan soydaşlarımız Rəhim Şahbazi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası sədrinin müavini, İngiltərənin Edinburq Universitetinin professoru Qulamrza Təbrizi, DAK-ın üzvü Əjdər Tağızadə, türk araşdırıcısı Mehmet Pərincik, ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən bəhs edən “Lobbi hakimiyyəti” kitabının müəlliflərindən biri Mustafa Öztürk, Londondakı Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Taleh Heydərov çıxışlarında Xocalı faciəsinin dəhşətlərini, yüzlərlə azərbaycanlıların hələ də erməni əsirliyində qaldığını, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada getdikcə yayıldığını, Amerika mətbuatında da bu faciənin işıqlandırıldığını, Qarabağ probleminin həlli sahəsində Prezident İlham Əliyevin fəaliyyətinin dünya azərbaycanlıları tərəfindən dəstəkləndiyini vurğulamışlar. Bildirilmişdir ki, Londonda təhsil alan azərbaycanlı tələbələr Xocalı faciəsindən bəhs edən xüsusi sayt yaratmışlar.

ABŞ-ın Montana Universitetinin professoru, “Azərbaycan gündəliyi” kitabının müəllifi Tomas Qoltsun çıxışı xüsusi maraq doğurmuşdur. İştirakçıları Azərbaycan dilində salamlayan amerikalı alim Xocalı faciəsi baş verən zaman ölkəmizdə olduğunu, bu xəbəri eşidən kimi dərhal Ağdama getdiyini, orada gördüklərindən dəhşətə gəldiyini söyləmişdir.

XX əsrdə dünyanın qaynar nöqtələrində baş vermiş hadisələrdən danışan T.Qolts Xocalı faciəsinin daha ağır təsir bağışladığını, qırğından bir qədər əvvəl üç dəfə bu şəhərdə olduğunu, orada özünə dostlar tapdığını, Azərbaycanın Əlif Hacıyev kimi qəhrəman oğlunun, həm də dostunun həlak olmasının onda erməni qəsbkarlarına nifrət hissi oyatdığını bildirmişdir.

Xocalı faciəsi ilə əlaqədar topladığı faktları istər məqalə, istərsə də ayrıca kitab şəklində çap etdirmək istərkən naşirlərin ermənilərin tərəfini saxladıqlarını, onu yalançı adlandırdıqlarını, hətta İslam dinini qəbul etdiyini bildirdiklərini xatırlatmış, Amerika mətbuatının və naşirlərin uydurma erməni təbliğatına üstünlük verdiklərini xüsusi vurğulamışdır. Ölkəmizə dost münasibəti ilə tanınan avstraliyalı alim Erik Feyçel də vaxtilə “Bir terrorun əfsanəsi” kitabını nəşr etdirmək istərkən, naşirlərin erməni terrorundan bəhs edən kitabı buraxmaqdan boyun qaçırdıqlarını, ermənilərin terror aktlarından açıq-aşkar ehtiyat etdiklərini bildirmişdir. Eyni zamanda, erməni vəhşiliyindən bəhs edən yeni kitabçasının ərəb, fars, rus, ingilis, fransız, alman, türk, yapon, Koreya və Azərbaycan dillərində çap olunduğunu xatırlatmışdır. O demişdir ki, ötən əsrdə onlarca türk diplomatı erməni terrorunun qurbanı olmuşdur. Bu terror aktlarının arxasında daşnaklar durmuşdur. Bu işdə erməni kilsəsinin və din xadimlərinin də “xüsusi xidməti”ni qeyd etmək lazımdır. İstər Türkiyə, istərsə də Azərbaycan haqqında həqiqətləri Avropa ölkələrinə, dünya xalqlarına çatdırmaq üçün çoxlu kitablar çap etdirməli və ermənilərin əsil siması göstərilməlidir.

Yığıncaq zamanı “Kür-Xəzər” qəzetinin Xocalı faciəsindən bəhs edən ingilis və Azərbaycan dillərindəki xüsusi buraxılışı, kitablar, broşürlər, Brüsseldə çap olunmuş “Beltürk”, “Azərbaycan-Benlüks” qəzetləri nümayiş etdirilmişdir.

X X X

Həmin gün Avropa İttifaqının iqamətgahı qarşısında mitinq keçirilmişdir. Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutmuş mitinq iştirakçıları “Ermənilərə ar olsun!”, “İşğal olunmuş Azərbaycan əraziləri tezliklə azad edilməlidir” və digər şüarlar səsləndirmişlər. Xocalı faciəsini əks etdirən plakatlar və fotostendlər mitinqdə nümayiş etdirilmişdir.

Mitinqdə professor, şair Paşa Qəlbinur, Əmir Hacıyev, xalq artisti İlhamə Quliyeva, Xəzər Emin, Rəhim Şahbazi, Cavad Derəxti və başqaları çıxış edərək, Avropa İttifaqının və digər beynəlxalq təşkilatların Xocalı soyqırımına siyasi qiymət verməsini, ölkəmizə qarşı işğalçılıq siyasəti aparan Ermənistana qarşı sanksiyalar tətbiq olunmasını tələb emişlər. İlhamə Quliyeva “Ana yurdum Azərbaycan” mahnısını ifa etmiş və iştirakçılar da ona qoşulmuşlar.

Axşam “Royal Kroun” mehmanxanasının iclas salonunda yığıncaq öz işini davam etdirmişdir. Çıxış edən türk alimləri uydurma “erməni soyqırımı”nın türk dünyasına qarşı yönəldildiyini konkret faktlarla açıqlamışlar.

Tədbirin sonunda P.Qəlbinur Xocalı faciəsi ilə bağlı essesini oxumuş, xalq artisti Niyaməddin Musayevin ifasında azərbaycanlı qaçqın-köçkünlərə həsr olunmuş “Azərbaycanım” və “Qiyamətə qalmasın” klipləri səsləndirilmiş, Ə.Hacıyevin “Qarabağ şikəstəsi” sənədli filmi nümayiş etdirilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub