Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı faciəsi Qarabağda azərbaycanlıların məhvinə yönəldilmiş tarixi ssenarinin mərhələsi, soyqırımı aktıdır - MƏQALƏ

Xocalı faciəsi Qarabağda azərbaycanlıların məhvinə yönəldilmiş tarixi ssenarinin mərhələsi, soyqırımı aktıdır - MƏQALƏ

Bakı, 25 fevral, AZƏRTAC

XX əsrin sonunda sivil dünyanın gözü qarşısında törədilmiş Xocalı soyqırımı Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrlə bir sırada durur. 2018-ci ildə Xocalı soyqırımının tarixi, siyasi, hüquqi, psixoloji məqamlarını özündə ehtiva edən, ssenari müəllifi, rejissoru və prodüseri olduğum “Cəzasız cinayət” sənədli filminin çəkilişi zamanı bir aydan çox müddətdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Xocalı cinayət işi üzrə istintaq qrupunun materialları, o cümlədən tibbi ekspertiza, şahidlərin ifadələri ilə tanış oldum. Xocalı cinayəti işi üzrə istintaq aparan müstəntiqlərin fikirlərini öyrəndim. Bundan əlavə, o dəhşətli gecəni yaşayan onlarca şahiddən, girov düşmüş Xocalı sakinindən, Xocalı soyqırımını lentə alan operator Seyidağa Mövsümovdan, faciənin şahidi olan litvalı jurnalist Riçard Lapaitistdən müsahibə aldım. “Cəzasız cinayət” sənədli filminin hazırlanması zamanı əldə etdiyim xeyli sayda material birmənalı şəkildə deməyə əsas verir ki, dinc əhalinin vəhşicəsinə kütləvi qırğını olan Xocalı soyqırımı insanlığa qarşı ən ağır cinayətdir! Bu, eyni zamanda, Qarabağda azərbaycanlıların məhvinə yönəldilmiş tarixi ssenarinin bir mərhələsi, soyqırımı aktıdır. Bir daha əmin olursan ki, Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, insanlıq duyğusu olan hər kəsin qəzəb, nifrət ünvanıdır. Bu faciə bəşəriyyətin yaddaşında arxivləşən qanla yazılmış tarixi sənəddir!

Bu fikirlər filologiya elmləri üzrə fəlsəfə doktoru, media tədqiqatçısı və eksperti, analitik, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “Xocalı faciəsi Qarabağda azərbaycanlıların məhvinə yönəldilmiş tarixi ssenarinin mərhələsi, soyqırımı aktıdır” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qeyd edim ki, tarixi publisistik, elmi-kütləvi janrları özündə birləşdirən ekran əsərinin 2018-ci ildə Ankarada Beynəlxalq Xocalı Simpoziumunda ilk təqdimatı keçirilib, film nümayiş olunub.

Filmdə təqdim olunan müsahibələrdən birində səsləndirilən faktlardan aydın oldu ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri, ovaxtkı Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri, xarici ölkələrdən gəlmiş erməni terror təşkilatlarının muzdlu dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayı ilə əvvəlcədən cinayət əlaqəsinə girərək Xocalıya hücum edib. Çoxsaylı zirehli texnika və odlu silah ilə bir neçə saatın içərisində şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir. Onlardan, 83 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Onların içərisində 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin yalnız 1 üzvü qalmış, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Qətlə yetirilənlərdən 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir.

Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilməmiş, dinc sakinləri yollarda, meşələrdə əvvəlcədən pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Məlum olduğu kimi, məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir.

Xocalı cinayət işi üzrə istintaq materiallarından aydın olur ki, Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci tağımının komandiri Seyran Ohanyan, üçüncü tağımının komandiri Yevgeni Nabokix, birinci tağımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyadaların döyüş maşını və digər hərbi texnikası cəlb olunmuşdur. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, keçmiş Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Köçəryanın və başqa şəxslərin də olduğu müəyyənləşdirilmişdir. Cinayətkarlardan çoxlarının adları Azərbaycanın istintaq orqanlarına məlumdur.

Xocalıya hücumda 5 mindən çox canlı qüvvə iştirak edib. Xocalı soyqırımında izləri itirmək üçün 1992-ci il martın 2-də keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alay Gürcüstanın Vaziani şəhərinə köçürülmüş, martın 10-da isə həmin alay ləğv edilərək, şəxsi heyəti və hərbi texnikası başqa hərbi hissələrə paylanmışdır. Bu zaman hərbi texnikanın böyük hissəsi - 25 tank, 87 zirehli transportyor, 70 piyadaların döyüş maşını, 4 "Strela-10" raket qurğusu, 45 artilleriya top sistemi, 57 minaatan və digər silah-sursat qanunsuz olaraq ermənilərə verilmişdir. Xocalıya hücum zamanı 366-cı motoatıcı alayın 3-cü batalyonunda onlarca erməni zabitinin və gizirinin iştirak etdiyi istintaqla sübuta yetirilmişdir.

Meyitlərin xarici müayinəsi, məhkəmə-tibb ekspertizalarının rəyləri, mühasirədən çıxmağa müvəffəq olmuş Xocalı sakinlərinin ifadələri ilə ermənilərin və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri ağlasığmaz işgəncə, vəhşilik faktları müəyyən edilmişdir. Xocalı hadisəsi zamanı həlak olmuş insanların meyitləri müayinə olunarkən onlarda başın dərisinin soyulması, burun və qulaqların kəsilməsi, dişlərin sındırılması, qadınlarda döşlərin kəsilməsi, müxtəlif kəsici-deşici alətlərlə yetirilmiş xəsarətlər, üzərindən hərbi texnika keçməsi, bədənin müxtəlif ətraflarında alçaqcasına edilmiş zorakılıq əməliyyatları müşahidə edilmişdir. Məhkəmə tibbi ekspertizanın müayinəsindən keçən 181 meyitdə (130 kişi, 51 qadın) qəlpədən (20 nəfər), güllədən (151 nəfər), küt alətdən (10 nəfər) ölüm aşkarlanıb. 13 meyit azyaşlı uşağa aid olub. Ölənlərin 40 nəfəri baş nahiyəsindən, 74 nəfəri döş qəfəsindən, 17 nəfəri qarın nahiyəsindən, 11 nəfəri isə ətraf nahiyələrdən xəsarət alıb. Meyitlərin 3-də ətrafların donması, 33 nəfərdə işgəncə ilə ölüm – qadınlarda döşlərin kəsilməsi, odlu silahdan atəş açılması, ölənlərin burun və qulaqlarının kəsilməsi, baş dərisinin soyulması, dişlərin, göz almalarının çıxarılması, üzərindən hərbi texnikanın keçilməsi əlamətləri müşahidə olunub.

Xocalı hadisələri üzrə məhkəmə tibbi ekspertiza rəyləri ilə tanışlıq zamanı bir daha əmin oldum ki, bu cinayətkarları insan adlandırmaq mümkün deyil. Bu qəddarlıq heç bir müqayisəyə sığmayan, ifadə olunmasında sözün aciz qaldığı, bəşər tarixində misli görünməmiş cinayətdir. Məhkəmə tibbi ekspertiza rəylərinin bir qisminə diqqət edək:

Bədəlov Tofiq – Tankla əzilmiş, yandırılmış, gözləri çıxarılmış, qulaqları kəsilmişdir.

Məmmədov Rasim Səlim oğlu – Baş qəlpə yarasından, kəllə qapağının qopmasından həlak olub.

Həsənov Şöhlət Üsub oğlu – Döş qəfəsinin güllə yarasından, yuxarı ətrafın kəsilməsindən həlak olub.

Naməlum kişi meyiti. Təxmini 35 yaş – Döş qəfəsinin ön səthinin güllə yarası, qulaq seyvanının və döş qəfəsinin kəsilmiş yaraları.

Naməlum kişi meyiti. Təxmini 25 yaş – Başın güllə yarası, göz almalarının çıxarılması, başın kəsilmiş yarasından həlak olub.

Kərimova Firəngiz Mütəllim qızı. 60 yaşında. Evdar qadın – Döş qəfəsinin güllə yarasından həlak olub.

Orucov Telman Ənvər oğlu, 36 yaş – Başın kəsilmiş yarası, döş qəfəsinin zədələnməsi, döş qəfəsinin güllə yarası.

Əliyeva Səhər Çərkəz qızı, 60 yaşında – Kəllənin qəlpə yarası.

Eyvazov Hidayət Əli oğlu – Başın qəlpə, sol gözün çıxarılması, qarnın və budun güllə yarasından həlak olub.

Hüseynova Maral Kamil qızı, 6 yaş – Qarnının ön səthinin güllə yarası.

Naməlum qız uşağı, 3 yaş – Döş qəfəsinin və qarnının ön səthinin güllə yaraları.

Çobanova Nəzakət Tapdıq qızı, 8-10 yaş – Qarının ön divarının güllə yarasından ölmüşdür.

Orucova İzafə Əli qızı, 27 yaş – Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.

Ələkbərov Aydın Təvəkkül oğlu, 12 yaş – Başın güllə yarasından həlak olub.

Həmənova Gülçöhrə – Döş qəfəsinin və qarnın güllə yarası, sol əlin pəncədən kəsilməsindən həlak olub.

Litvalı hərbi jurnalist, “Sonsuz dəhliz” filminin qəhrəmanı Riçard Lapaitislə söhbətimiz zamanı bildirdi ki, Ağdam məscidinə gətirilən meyitlərin əksəriyyətinin əlləri yuxarıda, gözləri açıq idi.

Bu onu göstərirdi ki, azğın cinayətkarlar onları çox yaxın məsafədən öldürmüşdü. Meyitlərin barmaqları, burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmışdı.

Ermənilərin Xocalıda törətdikləri vəhşilikləri faktlarla sübut edən Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzinin məlumatında hətta dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirildiyi, onlarca meyitin təhqirə məruz qalması faktının aşkar edildiyi bildirilmişdi. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə tibbi ekspertizasından keçirilmişdi.

Xocalı soyqırımı şahidlərinin, əsir və girov götürülən xocalılıların ürəkyandıran, tükürpədən söhbətlərini dinlədikcə, erməni faşistlərinin işgəncələrini hiss edirdim bədənimdə...

Xocalı sakini Anar Həsənalıyev danışırdı ki, həmin vaxt 6 yaşı var idi, xəstəxanada yatırdı. Xəstəxanadakı həkimlər və xəstələrlə birlikdə 18 gün erməni quldurlarının işgəncələrinə məruz qalıblar. Ermənilər Anarı vəhşicəsinə döyərək bütün dişlərini töküblər, girovluqdan azad olunduqdan sonra 4 il məktəbə gedə bilməyib. Erməni qaniçənləri Anarın dayısını 17 güllə ilə qətlə yetirib, dayısı qızının əsirlikdə gözlərini çıxarıblar. Babasının başına çoxlu sayda iri mismarlar vuraraq işgəncə ilə öldürüblər.

Keçmiş girov Dürdanə Ağayevanın erməni zindanında başına gələnləri dəhşət və qəzəb içində dinləyirdim, çəkdiyi işgəncələri hiss edirdim danışdıqca... Gənc bir qızın yaşadığı əzabları, işgəncələri, təhqiri, alçalmaları nə qələm yaza bilir, nə də onlara ürək dözə bilir. Onun söylədikləri epizodların bir qismini təqdim edirəm: “Mənim bədənimdə ağrımayan təkcə saçlarım idi. Bir də bir az dilimdə hissiyyat vardı. Girov düşdüyüm səkkiz gün müddətini və gördüyüm əzabları, oradakı əsirlərin həyatını, erməni işgəncələrini sonralar qələmə alıb “Erməni zindanında səkkiz gün” adlı kitab yazdım.

Nə qədər ahıllarımız, yaşlılarımız dondu, sudan keçib qarın içi ilə gedə bilmədi. Ermənilər danışırlar ki, guya bizə keçib getməyə dəhliz qoyublar. Yalandır! Onlar bizə bir dəhliz qoymuşdular - Qaraqayanın üstündə ölüm dəhlizi. Qaraqayanın üstündə nələr olmadı, nələr?! Ölən körpələr gözümün önündən getmir - 2 yaş, 3 yaş, 5 yaş... Xocalı camaatına divan tutuldu, diri-diri başı kəsilən kim, ağaca bağlanılıb yandırılan kim, ürəyi parçalanıb çıxarılan kim... Biz girov düşdük. Hər saatdan bir döyülür, müxtəlif işgəncələrə məruz qalırdım. Allahdan ölüm arzulayırdım. Monte Melkonyan əsirləri götürüb Ermənistana aparır və onların orqanların orqanlarını satırdı. Məni hədələyirdi ki, səni Yerevana aparıb böyrəklərini çıxaracağıq”.

Girov həyatı yaşamış digər Xocalı sakini Elşad Ağayev danışır ki, yanımızda Səadət adında hamilə qadınla yoldaşı var idi. Ermənilər ərinin gözü qarşısında qadını güllələdilər. Hamilə qadın can verərkən cəlladlar yoldaşını ona yaxınlaşıb vidalaşmağa qoymadılar. Onun doğulmayan körpəsi də anası ilə öldü. Bizimlə birlikdə girovluqda Mamed kişi var idi oğlu ilə birlikdə, uşaq atasına qısılmışdı. Ermənilər Mamed kişidən soruşdular ki, kimdir bu uşaq? Yazıq kişi qorxa-qorxa oğlu olduğunu söylədi. Ermənilər Mamed kişinin gözünün qarşısında oğlunun başını kəsdilər.

Müsahiblərimdən, Xocalı soyqırımını ilk lentə alan operatorlardan biri Seyidağa Mövsümlünün danışdıqları, mənə təqdim etdiyi – çəkdiyi və heç yerdə yayımlanmamış kadrlar insanın qanını dondururdu. “Cəzasız cinayət” filminin çəkilişindən sonra Seyidağa müəllim rəhmətə getdi, filmin təqdimatında iştirak edə bilmədi.

Seyidağa müəllimin söylədiklərindən: - fevralın 26-da saat 10-11 radələrində Müdafiə Nazirliyinin hərbi operatoru kimi Silahlı Qüvvələrin vertolyotu ilə oraya gəldim. Ağdama çatanda məni bir insan, bir azərbaycanlı kimi dəhşət bürüdü. Biz Əsgəran körpüsünün yanına çatanda, körpünün altında başı kəsilmiş qırxa yaxın azərbaycanlı şəhidi gördüm, mənə çəkməyə icazə vermədilər. Körpünü keçən kimi bütün yollar, hər tərəf bizim soydaşlarımızın meyitləri ilə dolu idi. Orada sözlə deyilib heç cür təsvir etmək mümkün olmayan mənzərə ilə rastlaşdım. Yaşlı qadın həyat yoldaşı ilə məftillə bir-birinə dolanmışdı, kişinin arxadan başının yarısı yox idi. Kiçik uşaqlara, yaşlı analara, gəlinlərə, qızlara - hamısına işgəncə verilmişdi.

Digər müsahibim – Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, 7 Xocalı sakininin erməni qəbiri üzərində başını kəsdilər. Sonra daha 2 nəfərin gözlərini çıxartdılar. Xocalı sakini Əntiqə erməni hərbçilərin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyi üçün diri-diri yandırıldı.

Hərbi Prokurorluğun Xüsusi İstintaq Şöbəsinin məlumatına görə, Xocalı soyqırımı ilə bağlı 2213 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib, 800-dən artıq ekspertiza keçirilib.

Heydərov Camal Əbdülhüseyn oğlu bildirir: “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.

Heydərov Şahin Zülfuqar oğlu: “Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyit gördüm. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur”.

Xocalı işğal olunan zaman erməni silahlıları Əmirova Xəzəngül Təvəkkül qızının ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.

Hümbətov Cəlil Hümbətəli oğlunun gözü qarşısında həyat yoldaşı Füruzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.

Paşayeva Kübra Adil qızı Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şuranın, oğlu Paşayev Elşadın güllələnməsinin şahidi olmuşdu.

Əliyeva Zoya Əli qızı 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdü.

Kərimova Səidə Qurban qızı: “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər”.

Nəcəfov Əli Ağami oğlu: “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələdilər”.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, həmin vaxt dünyanın müxtəlif ölkələrindən gələrək hadisəni öz gözləri ilə görmüş, qələmə almış, lentə köçürmüş jurnalistlər, media nümayəndələri də Xocalı soyqırımının canlı şahidləridir. Onlardan ikisi – litvalı hərbi jurnalist Riçard Lapaitist və ingilis fotojurnalist Lan Peartla hazırladığım reportaj və müsahibə verilən informasiyalar ermənilərin və 366-cı alayın əsgər və zabitlərinin azərbaycanlı əhaliyə qarşı törətdikləri soyqırımına, Xocalıda insanlığa sığmayan və misli görünməmiş qəddarlığına şahidlik edən tarixi dəlil, mənbədir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” Konvensiyasına əsaslanaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya dərk etməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı yönəlmişdir. Cinayət cəzasız qalmamalıdır. Beynəlxalq ictimaiyyət Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM