XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Nazir general-polkovnik Ramil Usubov Xocalı soyqırımı barəsində dünya ictimaiyyətinə dolğun məlumatın çatdırılmasında və bu soyqırıma siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini qeyd etmiş, Prezident İlham Əliyevin şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyini bildirmişdir.
Çıxış edənlər erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 26-da keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərində həyata keçirdikləri amansız soyqırımı aktının dünyada dəhşətli terror hadisələrindən biri olduğunu söyləmişlər. Bildirilmişdir ki, həmin faciə zamanı qəhrəmancasına həlak olanlar arasında respublika daxili işlər orqanlarının əməkdaşları da vardır. Onlar döyüşlərdə son damla qanlarına qədər iştirak etmişlər.
Şəhid ailələri adından Əbülfət Əliyevin həyat yoldaşı Vərziyar Əliyeva və başqaları çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan danışmış, ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirə yekun vuran daxili işlər naziri Ramil Usubov Xocalı şəhidlərinin heç zaman unudulmayacağını və torpaqlarımızın tezliklə azad ediləcəyini diqqətə çatdırmışdır.
Sonra şəhid ailələrinə maddi yardım göstərilmiş, xatirə şəkli çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]