XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, fevralın 23-də Təhsil Nazirliyinin Xalq Təhsili Muzeyində Xocalı faciəsinin 14-cü ildönümünə həsr olunmuş tədbir keçiriləcəkdir.
Bakı şəhər məktəbləri şagirdlərinin, Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirak edəcəyi tədbirdə erməni qəsbkarların torpaqlarımızda, o cümlədən Xocalıda törətdikləri dəhşətli vəhşiliklərdən danışılacaqdır.
Bakının Pirşağı qəsəbəsində müvəqqəti fəaliyyət göstərən 2 nömrəli Xocalı şəhər məktəbinin şagirdləri ədəbi–bədii kompozisiya göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]