İQTİSADİYYAT
XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİR
RİH ərazidə məskunlaşmış 32 Xocalı ailəsinin iştirakı ilə anma mərasimi keçirəcək və onlara maddi yardım edəcəkdir.
Tədris müəssisələrində ədəbi-bədii gecələr, faciənin şahidləri ilə görüşlər, inşa yazı müsabiqəsi keçirilir, ədəbi-bədii kompozisiyalar göstərilir, stend və guşələr yaradılır. Fevralın 25-də bütün orta məktəblərdə xüsusi dərslər təşkil ediləcəkdir.
Mədəniyyət müəssisələrində mövzu ilə bağlı bədii və sənədli filmlər göstərilir, fotosərgilər təşkil olunur.
Məscidlərdə faciə qurbanlarının ruhuna dualar oxunacaq, ehsanlar veriləcəkdir.
Fevralın 26-da ictimaiyyət nümayəndələrinin Xətai rayonu ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə və Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək, həmin gün saat 17:00-da günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla anılacaqdır.