SİYASƏT
XOCALI SOYQIRIMI BARƏDƏ MƏLUMATLAR İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZV ÖLKƏLƏRİNƏ GÖNDƏRİLMİŞDİR
Xocalı hadisələrinin əsil mahiyyətini Səudiyyə Ərəbistanı, eləcə də bütün İslam aləminin diqqətinə çatdırmaq məqsədilə xüsusi məlumat hazırlanaraq, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinə, KİV-lərə, diplomatik nümayəndəliklərə, habelə İslam Konfransı Təşkilatı Baş Katibliyi vasitəsilə üzv ölkələrə göndərilmişdir.
Səfirlik, bundan əlavə, erməni silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi soyqırımı aktı, eləcə də erməni millətçilərinin 1905-1907, 1918, 1948-1950-ci illərdə həyata keçirdiyi terror, soyqırım və deportasiya siyasəti barədə məlumatların əks olunduğu bəyanatı geniş oxucu auditoriyasına malik olan “Ər-Riyad” qəzetində dərc etdirmişdir.
Səfir Elman Araslı krallığın yüksəksəviyyəli rəsmiləri, o cümlədən mədəniyyət və informasiya naziri İyad bin Əmin Mədəni ilə keçirdiyi görüşlərdə sözügedən bəyanatı onlara təqdim etmişdir.