Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımı: beynəlxalq-hüquqi aspektlər

Xocalı soyqırımı: beynəlxalq-hüquqi aspektlər

Bakı, 25 fevral, AZƏRTAC

Ermənistan tərəfindən etnik əlamətlərinə - məhz azərbaycanlı olduqlarına görə əvvəlcədən düşünülmüş niyyətlə azərbaycanlılara qarşı vaxtaşırı olaraq törədilmiş soyqırımı siyasətinin davamı olaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri sovet silahlı birləşmələrinin 366-cı motoatıcı alayı ilə birgə Azərbaycanın Xocalı şəhərində beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq (məsələn, dinc əhali üçün keçid koridorunu verməməklə) dinc əhalini xüsusi amansızlıq və vəhşiliklə məhv ediblər. Bir gecədə bütöv bir şəhər yerlə-yeksan edilib, milli əlamətinə görə yüzlərlə insan, o cümlədən qocalar, qadınlar və uşaqlar müxtəlif vəhşi metodlarla qətlə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyevin “Xocalı soyqırımı-30: beynəlxalq-hüquqi aspektlər” məqaləsində yer alıb.

Məqalədə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında beynəlxalq sənədlər diqqətə çatdırılıb. Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində qəhrəman Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etdi. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən Ermənistan müxtəlif təxribatlara əl ataraq, mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozan Ermənistan müxtəlif şəhər və rayonları, yaşayış məntəqələrini qadağan olunmuş hərbi sursatlardan atəşə tutaraq dinc sakinləri qırğına məruz qoyub.

Müəllif yazır ki, Xocalı soyqırımının dünyada tanıdılması işi davam edir.

Bir sıra ölkələrin - Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, Panama, İordaniya, Sudan, Honduras, Qvatemala, Cibuti parlamentləri Xocalı soyqırımını tanımışlar. Habelə ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında da Xocalı soyqırımının tanınması ilə bağlı müvafiq qətnamələr qəbul olunub.

2013-cü ilin fevralında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ali orqanı olan və 57 ölkəni təmsil edən İƏT dövlət başçılarının iştirakı ilə keçirilən İslam Zirvə Konfransının Misirin paytaxtı Qahirədə təşkil olunmuş 12-ci sessiyası Xocalı faciəsini Azərbaycanın mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımı aktı və ümumən insanlığa qarşı cinayət kimi tanıyıb. Bu qərar Zirvə Konfransının Yekun Kommünikesində öz əksini tapıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Konfransı Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası dünyanın 40-dək ölkəsində həyata keçirilir və məramı ona siyasi-hüquqi qiymət verilməsini təmin etməkdir.

Xocalıda törədilmiş əməllərin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi, onun beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.

Beynəlxalq hüquqa əsasən soyqırımı (yun. genos - qəbilə, tayfa və lat. caedo - öldürürəm) ən ağır beynəlxalq cinayət olmaqla təcavüz, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, beynəlxalq terrorizm kimi cinayətlərlə yanaşı sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn cinayətlər qrupuna aid edilir. Beynəlxalq cinayət hüququnda soyqırımı xüsusilə təhlükəli beynəlxalq cinayət kimi dəyərləndirilir. Soyqırımı cinayətinin tərkibi bir sıra beynəlxalq hüquqi aktlarda müəyyənləşdirilib.

Soyqırımı cinayətinin əsas tərkib elementini zəruri niyyətin təşkil etməsi və onun dinc dövrdə törədilə bilməsi də bu əməli digər oxşar beynəlxalq cinayətlərdən, xüsusilə insanlıq əleyhinə cinayətlər və müharibə cinayətlərindən fərqləndirir. Məhz buna görə soyqırımı Yuqoslaviya və Ruanda tribunalları nizamnamələrində, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda və bir sıra digər sənədlərdə ayrıca beynəlxalq cinayət kimi fərqləndirilib.

BMT-nin bir sıra sənədlərində soyqırımı ümumi beynəlxalq hüquq normalarını pozan, bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayət kimi dəyərləndirilir. BMT Baş Assambleyasının 1946-cı il 11 dekabr tarixli 96 (1) saylı qətnaməsində soyqırımı beynəlxalq hüquq normalarını pozan, BMT-nin ruhuna və məqsədlərinə zidd cinayət olduğu elan edilir.

Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunub. Konvensiyanın preambulasında qeyd olunduğu kimi, soyqırımının bütün tarix boyu bəşəriyyətə böyük itkilər gətirdiyini etiraf edərək, bəşəriyyəti bu mənfur bəladan xilas etmək üçün beynəlxalq əməkdaşlığın zəruriliyini nəzərə alaraq bu Konvensiya qəbul olunub. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə edilən aşağıdakı hərəkətlərdir: bu cür qrup üzvlərinin öldürülməsi; belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud bir qisminin fiziki məhvini nəzərdə tutan tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.

Analoji müddəa Yuqoslaviya beynəlxalq cinayət tribunalının nizamnaməsində (4-cü maddə), Ruanda beynəlxalq cinayət tribunalının nizamnaməsində (3-cü maddə), Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (6-cı maddə) və bəzi dövlətlərin cinayət qanunvericiliyində əks olunub. Belə bir müddəa Azərbaycan qanunvericiliyində də təsbit olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə soyqırımı sayılır.

Ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş əməllərdə niyyət, əvvəlcədən düşünülmüş qaydada (yaxınlıqdakı kəndlərdə, qaçmaq istəyən əhalini məhv etmək məqsədilə əvvəlcədən pusquların qurulması da bunu sübut edir) məhz azərbaycanlı olduqlarına görə milli qrupu tam və ya qismən məhv etmək məqsədilə bu qrup üzvlərinin öldürülməsi olub. Həmçinin Xocalıda uşaqların zorla valideynlərindən alınması faktı məlumdur. Belə ki, faciə zamanı yüzlərlə azərbaycanlı ermənilər tərəfindən girov götürülüb. Uşağı olan girov götürülmüş azərbaycanlılardan isə uşaqları zorla alınıb. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi də soyqırımı cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir. Bütün bunlar isə ermənilərin Xocalıda məhz soyqırımı cinayəti törətdiklərini bir daha sübut edir.

Konvensiyanın iştirakçı dövlətləri sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edir və onun qarşısını almaq və onun törədilməsinə görə cəzalandırmaq üçün tədbirlər görməyi öhdələrinə götürüblər. Konvensiyaya əsasən soyqırımı, soyqırımı törətmək məqsədilə sui-qəsd, soyqırımına birbaşa və açıq təhrikçilik, soyqırımına cəhd, soyqırımında iştirak etmək əməlləri cəzalandırılır.

Soyqırımı cinayətinə görə məsuliyyət universal olduğundan bununla bağlı digər dövlətlər də müvafiq tədbirlər görə bilərlər. Belə ki, Konvensiyanın əsasında duran prinsiplər, BMT Beynəlxalq Məhkəməsi tərəfindən bütün dövlətlər üçün məcburi xarakter daşıyan normalar kimi tanınıb. Konvensiyada qeyd edilir ki, soyqırımını həyata keçirmiş şəxslər məsul şəxs olmasından asılı olmayaraq cəzalandırılmalıdırlar.

Soyqırımı törətmiş şəxslərin cəzalandırılması labüddür. Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı-dövlətlər soyqırımı cinayəti törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Həmin şəxslər ya dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə, yaxud da beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər.

Soyqırımı cinayəti törətməkdə təqsirli bilinən şəxslərin ekstradisiyasına gəlincə isə, Konvensiyaya əsasən belə şəxslərin təhvil verilməsinə münasibətdə soyqırımı siyasi cinayət sayılmır. Deməli, soyqırımı cinayəti törətmiş şəxslərə sığınacaq hüququ şamil edilmir.

Konvensiyanın 8-ci maddəsinə əsasən, Konvensiyanın hər bir iştirakçısı BMT-nin müvafiq orqanına BMT Nizamnaməsinin müddəalarına uyğun olaraq, soyqırımının qarşısını almaq və ya kökünü kəsmək üçün lazım olan bütün tədbirlərin görülməsi tələbi ilə müraciət edə bilər. Bu və ya digər dövlətin soyqırımında məsuliyyəti barədə mübahisə, tərəflərdən birinin tələbi ilə Beynəlxalq Məhkəməyə verilir.

Onu da qeyd etmək lazımdır ki, Müddətin hərbi cinayətlərə və bəşəriyyətə qarşı cinayətlərə tətbiq edilməməsi haqqında 1968-ci il 26 noyabr tarixli Konvensiya imkan verir ki, törədilmə vaxtından asılı olmayaraq soyqırımı cinayəti törətmiş məsul şəxslər istənilən vaxt cinayət məsuliyyətinə cəlb olunsunlar.

Belə bir müddəa Azərbaycan qanunvericiliyində də nəzərdə tutulub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan 75-ci maddəsinin 5-ci bəndinə əsasən, bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və bəşəriyyət əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur.

BMT Baş Assambleyasının 1973-cü il 3 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş “Hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair beynəlxalq əməkdaşlığın prinsipləri”nə müvafiq olaraq, hərbi cinayətlərin, bəşəriyyətə qarşı cinayətlərin törədilməsində təqsiri olan şəxslərin məhkəmə təqibinin və cəzalandırılmasının təmin edilməsinə yönəldilmiş beynəlxalq tədbirlərin görülməsinə xüsusi zərurət var. Hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər nə vaxt və harada törədilməsindən asılı olmayaraq tədqiq edilməli, belə cinayətləri törətdikləri barəsində dəlillər olan şəxslər isə axtarılmalı, həbs edilməli, məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdırlar.

Bir məqamı da vurğulamaq lazımdır ki, soyqırımı cinayətinə görə məsuliyyətin meydana çıxması üçün bütövlükdə müəyyən qrupun məhv edilməsindən ibarət son nəticə tələb olunmur. Yuxarıda qeyd etdiyimiz soyqırımı cinayətinin tərkibini təşkil edən əməllərdən birinin və ya bir neçəsinin müəyyən qrupu tamamilə və ya qismən məhv edilməsi niyyətilə törədilməsi soyqırımı kimi qiymətləndirilir.

Qeyd edilməlidir ki, beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa beynəlxalq adət normasına çevrilmişdir və dövlətdaxili hüquqla nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, ümumqəbulolunmuş hüquq prinsiplərinə əsasən cinayət sayılan hər hansı əmələ görə cinayət məsuliyyətinə cəlb edilmə zəruridir.

Beləliklə, ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət - soyqırımı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquqa əsasən soyqırımı törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Müvafiq olaraq, azərbaycanlılara qarşı soyqırımı törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə, yaxud da Ruanda tribunalına uyğun olaraq yaradılması zəruri olan ad hoc beynəlxalq tribunal qarşısında cavab verməlidirlər. Soyqırımı cinayəti törətmiş şəxsləri dəstəkləyən və soyqırımının dövlət siyasətinin tərkib hissəsi təşkil etdiyi Ermənistan dövlətinə qarşı da beynəlxalq birlik tərəfindən müxtəlif sanksiyalar tətbiq olunması zərurəti yaranır, bu dövlətin beynəlxalq hüquqi məsuliyyətini doğurur. Xocalı soyqırımına hüquqi qiymət verilməsi məqsədilə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə beynəlxalq tribunal yaradılmalıdır.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycana qarşı törədilmiş cinayətlərlə bağlı 297 nəfərin həbsi üçün qərarlar çıxarılmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və İnterpol vasitəsilə axtarış aparılır. Lakin indiyədək onlardan heç biri saxlanılaraq Azərbaycana verilməyib.

Göründüyü kimi, Xocalı hadisələrinin soyqırımı kimi tanınması və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi əsas var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası