XOCALI SOYQIRIMI QURBANLARININ XATİRƏSİ TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNDƏ ANILACAQDIR
AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı ilə bağlı Türkiyə Böyük Millət Məclisində sərgi təşkil olunacaqdır.
Milli Məclisin sədri Oqtay Əsədov jurnalistlərə demişdir ki, Azərbaycanın problemlərinə heç zaman biganə qalmayan qardaş ölkədə Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçiriləcəkdir. Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımı ilə bağlı dinləmələrin keçiriləcəyi gözlənilir. Ankarada Xocalı şəhidlərinin xatirəsi anılacaq, qəhrəman Vətən oğullarının ruhuna ehtiram əlaməti olaraq məşəl yandırlacaqdır.