Xocalı soyqırımı şəhidlərinin xatirəsi yad edilib
Bakı, 24 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 24-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş “Xocalı-əsrin faciəsi” mövzusunda tədbir keçirilib.
Muzeyin şöbə müdiri Şeiriyyə Məmmədova Azərbaycan xalqının zaman-zaman ermənilərin etnik təmizləmə siyasətinə məruz qalmasından, Xocalı soyqırımının tarixi köklərindən söhbət açıb. Xocalı faciəsinin dünyaya tanıtdırılmasının təməlini ulu öndər Heydər Əliyevin qoyduğunu xatırladıb. Xocalı faciəsinə Ulu Öndərin hakimiyyəti dövründə siyasi-hüquqi qiymət verildiyini vurğulayıb.
Bu siyasətin indi də davam etdirildiyini bildirən tədbir iştirakçıları tarixi ədalətin bərpasına nail olunmasının, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə muzeyin əməkdaşlarının hazırladığı, Xocalı faciəsini əks etdirə videoçarx nümayiş etdirilib.
Sonda Nizami rayonu Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvləri və G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii, musiqili kompozisiya təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]