İQTİSADİYYAT
XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ XATİRƏ MƏRASİMİ
“Yarın şəhid, yarın şahid Xocalı” adlı tədbirin iştirakçıları, əvvəlcə, soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Mərkəzi Zabitlər Evinin əməkdaşı Samirə Quliyeva, Xocalı icra hakimiyyətinin nümayəndəsi Yavər Əzimov faciənin dəhşətləri, erməni işğalçılarının törətdikləri görünməmiş cinayətlər, həmvətənlərimizin tezliklə doğma torpaqlara qayıtması barədə danışmışlar. Məktəbdənkənar İş Mərkəzi “Vətənpərvərlər” klubunun üzvləri, Nəsimi rayonundakı 152 saylı məktəbin şagirdləri vətənpərvərlik mövzusunda bədii kompozisiya göstərmişlər. Sonra Xocalıda yaşanan hadisələrdən bəhs edən sənədli film nümayiş olunmuşdur. Mərasimdə Nəsimi, Nərimanov, Füzuli, Zəngilan, Qubadlı rayonları məktəblərinin bir qrup şagirdi, Qarabağ müharibəsinin əlilləri, veteranlar iştirak etmişlər.