Xocavənd rayonunun Çaylaqqala kəndi
Bakı, 14 iyul, AZƏRTAC
Xocavəndin Çaylaqqala kəndi rayon mərkəzindən 55 kilometr cənub-qərbdə, Xoşgədikçay sahilində, Güllücə dağı yaxınlığında, Qarabağ dağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi heyvandarlıq, taxılçılıq, baramaçılıq, bostançılıq və üzümçülüklə məşğul olurdu.
1992-ci ildə Ermənistan tərəfindən işğal edilmişdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycanın Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.