Xocavənd rayonunun Köhnə Tağlar kəndi
Bakı, 28 iyul, AZƏRTAC
Xocavənd rayonunun Köhnə Tağlar kəndi eyni adlı kənd inzibati ərazi dairəsində yerləşir. Kənd Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 dekabr tarixli qərarlı ilə belə adlandırılıb.
Köhnə Tağlar kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Bu kənd Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbə nəticəsində işğaldan azad edilib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Köhnə Tağlar kəndinin görüntülərini təqdim edir.