Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocavəndin işğalından 27 il keçir

Beyləqan, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-də ermənilər rayonun Qaradağlı kəndini işğal edərək, dinc sakinlərə qarşı soyqırımı aktı həyata keçiriblər. 800-dən çox əhalisi olan bu qədim Azərbaycan kəndinin 118 sakini əsir götürülüb, 33 nəfər isə güllələnib. Ermənilər öldürülən və yaralı halda olan kənd sakinlərini bir yerdə təsərrüfat quyusuna tökərək üzərini torpaqlayıblar. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50-si böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsidir. Faciə nəticəsində iki ailənin hər birindən 4 nəfər, 6 ailənin hər birindən isə 2-3 nəfər öldürülüb. Bundan başqa, 43 ailə öz başçısını itirib, bir ailənin hər iki valideyni qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qoca, 10-u qadın, 8-i isə məktəbli olub.

1992-ci il oktyabrın 2-də rayonun Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, 1993-cü il iyulun 23-də Günəşli, avqustun 20-də Xətai kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb. Öz ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 145 nəfər şəhid olub. Bu ədalətsiz müharibədə rayon sakinlərindən 300 nəfərdən çoxu sağlamlığını itirərək əlil olub, 243 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 68 qadın həyat yoldaşını itirib.

İşğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.

Xocavənd - zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyar

Xocavənd zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır. Rayonun relyefi əsasən dağlıqdır. Qafqaz dağ silsiləsinə aid edilən Kirs, Ziyarət, Ərgünəş, Güllücə, Tuğ və Qaraçuğ dağları ilə əhatələnir. Qarabağ dağ silsiləsinin cənub-şərq qolları bu rayonun ərazisində dağətəyi düzənliyə çevrilir. Bu dağların çox hissəsi palıd, cökə, fıstıq, vələs meşəsi ilə örtülüb. Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində yaşı iki min və min il olan iki qədim Şərq çinarı təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində respublikanın “Qırmızı kitab”ına daxil olmuş III dövrün relikt növünə aid, orta diametri 24 santimetr, hündürlüyü 12 metr, yaşı 100 ildən artıq olan azat ağacları da mühafizə edilirdi. Özünəməxsus təbii sərvətləri olan Xocavənddə ehtiyatları 2 milyon 34 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Ediş, ehtiyatları 989 min ton olan, əhəng istehsalına yararlı Xocavənd əhəngdaşı, yeraltı şirin su yataqları, Köndələnçay, Xonaşen və Quruçay çayları var. Ümumi sahəsi 25,5 min hektar olan Xocavənd meşəsində palıd ağacları qırılaraq ermənilər tərəfindən daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə, Kuropatkin adlanan ərazisində 6 min hektara qədər ərazidə olan ağaclar qırılaraq məhv edilib.

Xocavəndin əsir abidələri

Xocavənd rayonu ərazisi tarixi memarlıq və arxeoloji abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş-qoç heykəllərə - ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə tez-tez rast gəlinir. Xocavənd ərazisində çoxlu sayda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir. Yaşı 1,5 milyon il olan Azıx mağarası, qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində Ritiş qalası (V-VIII əsrlər), Ərgünəş dağının yamacında yerləşən Ərgünəş qalası, Düdükçü kəndi ətrafında Rzaqulu Bəy türbəsi (XIII əsrə), Xocavənd kəndi yaxınlığında Aşıqlı Qoşa günbəzi, Böyük Tağlar kəndində Alban məbədi (1241-ci il), Tuğ kəndindəki Qırmızı məbəd (X əsr), Alban kilsəsi (V əsr), Alban qəbiristanlığı (I-V əsr), Qaradağlı kəndi ərazisində Alban qəbiristanlığı (III-VI əsrlər), Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi ərazisindəki Yel piri və onlarca digər abidələr 27 ildir ki, erməni vəhşiliyinin qurbanına çevrilib.

Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətinə biganə yanaşır

Təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, eləcə də Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrin tələbləri Ermənistan tərəfindən hələ də yerinə yetirilmir. ATƏT-in rəhbərliyi altında fakt araşdırıcı və fakt qiymətləndirmə missiyalarının işğal olunmuş ərazilərdə məskunlaşma, ilkin coğrafi adların dəyişdirilməsi, mədəni mülkiyyətə və müqəddəs ocaqlara münasibətdə qeyri-qanuni əməllərlə bağlı hazırladıqları sənəd və tövsiyələr kağız üzərində qalıb. Əfsuslar olsun ki, beynəlxalq təşkilatların qərarlarına rəğmən işğal hələ də davam edir. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar isə regionda etnik təmizləmə siyasətini həyata keçirmiş, bütün bəşəriyyət üçün qara ləkə olan Xocalı, Qaradağlı və neçə-necə qanlı soyqırımlarını həyata keçirmiş Ermənistanın işğalçı siyasətinə biganə yanaşır. 

Qarabağ müharibəsi haqqında tarixi həqiqətləri, xalqımızın üzləşdiyi faciə və soyqırımları ölkə və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə bir sıra işlər həyata keçirilib. Ermənistan ordusu tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndində törədilmiş soyqırımı ilə bağlı Azərbaycan, ingilis və rus dillərində “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı davam edir...”, “Qaradağlı: mübarizə”, Şuşa şəhərinin işğalının 20-ci ildönümü ilə bağlı “Ruhum Qarabağlıdır” sənədli filmləri çəkilib. Ermənistan silahlı qüvvələrinin Qaradağlı kəndində törətdiyi soyqırımla bağlı “garadaghli.org” internet saytı və “Qaradağlı Soyqırımı şahidlərin dili ilə” kitabı hazırlanıb. Bundan başqa şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Yeni Qaradağlı, Yeni Xocavənd qəsəbələrində və Xocavənd rayonunun işğaldan azad edilmiş “Nərgiztəpə” ərazisində abidə kompleksləri ucaldılıb.

İşğaldan azad edilmiş qədim oğuz yurdu - Nərgiztəpə

Nərgiztəpə Xocavənd rayonunun 1993-cü ilin sonları - 1994-cü ilin əvvəllərində gedən döyüşlər zamanı işğaldan azad edilən ərazisidir. Orta Tunc dövrünə aid “Nərgiztəpə” maddi mədəniyyət abidəsinin burada yerləşməsi bu ərazilərin böyük əhəmiyyət daşımasını şərtləndirir. Nərgiztəpə ətrafında yerləşən orta əsrlərə aid müsəlman qəbiristanlığındakı bəzi qəbirüstü daşların üzərinə qazıma üsulla müxtəlif işarə və damğalar, oyma naxışlar çəkilib. XIII-XIV əsrlərdən etibarən başdaşıları üzərində epiqrafik mətnlər ərəb qrafikası ilə Azərbaycan dilində həkk olunub.

Nərgiztəpə ətrafındakı toponimlər bu ərazinin qədim oğuz türklərinin yurd yerləri olduğunu təsdiq edir. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən Qaraçuq dağının Xocavənd ərazisində yerləşməsi, yerli əhali arasında Qaraca çobanla bağlı rəvayətlərin dolaşması onu deməyə əsas verir ki, dastanda bəhs olunan hadisələrdən bəziləri məhz Nərgiztəpə yaxınlığında baş verib. Dastan qəhrəmanı Qazan xan “Qaraçuğun qaplanı” adlandırılır. Buradakı qədim qəbiristanlıqda qəbirin birinin də məhz Qaraca çobana aid olduğu güman edilir.

Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Nərgiztəpədə abidə-xatirə kompleksi yaradılıb. Düşmənin beş addımlığında yerləşən abidənin üzərində Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı dalğalanır. Abidə kompleksinin yaradılmasında məqsəd şanlı tariximizi yaşatmaqla bərabər, eyni zamanda, böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına diqqəti artırmaqdır.

Xocavəndlilər doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər

Yurd-yuvasından didərgin düşmüş xocavəndlilər respublikanın 36 şəhər və rayonunda məskunlaşıblar. Xocavəndli məcburi köçkünlər əsasən Beyləqan rayonu ərazisində salınan Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Qaradağlı, 320 ailəlik qəsəbələrdə, Ağcabədi rayonu ərazisindəki massivdə yaşayırlar. Rayonun bütün icra strukturları Beyləqan rayonu ərazisindəki 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərir. Burada rayon icra hakimiyyəti və digər idarə, müəssisələr üçün inzibati binalar, 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, poçt şöbəsi, xəstəxana, mədəniyyət evi, müasir tipli ATS, Bayraq meydanı, park, müasir tələblərə cavab verən idman zalı inşa edilib. 

Bütün bunlara baxmayaraq, xocavəndlilərin ən böyük arzusu doğma yurdlarına qayıtmaqdır. Onlar 27 ildir ki, yurd həsrəti ilə yaşayır, doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Əli silah tutan hər bir xocavəndli torpaqlarımızın işğalçılardan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması üçün Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazırdır.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 17 faizdən çox artıb

Prezidentin nümayəndəsi: Dövlət gənclərin beynəlxalq iqlim proseslərində iştirakını dəstəkləyir

Beynəlxalq tədbirdə Azərbaycanın balıqçılıq və akvakultura sahəsində həyata keçirdiyi islahatlardan danışılıb

“Sabah” klubundan gələcəyə 10 milyonluq investisiya: Uşaq futbolunda yeni dövr

Agentlik sədri: Azərbaycanda dövlət xidmətlərinin 80 faizdən çoxunun rəqəmsallaşdırılması hədəflənir

FAO-nun tədbirində Qəbələ və Salyanda torpaqların konsolidasiyası üzrə iki pilot layihənin icrası müzakirə olunacaq

Nazirlik: 1100-dən çox işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib

Sabiq baş nazir: Dövlət qurumları geridə qalan sahələrdə yeni imkanların reallaşdırılmasına diqqət yetirməlidir

Rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi hər ay təxminən 5 milyon səhifə kağızın istifadəsinin qarşısını alır

Göygöldə Moruq və Aqrar Biznes festivallarından FOTOLAR

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunub YENİLƏNİB 2

Tarixçi-alim: Daşlar tariximizin ən qədim mənbələridir

Nazir müavini: Azərbaycanda rəqəmsal transformasiyanın ekoloji dayanıqlılığının artırılması istiqamətində tədbirlər görülür

Məzunlar 50 ildən sonra Xankəndidə bir araya gəldilər FOTO

Türkiyədə inşaat işçisi oğluna Ronaldunun adını verib

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində dayanıqlı rəqəmsallaşmaya dair panel sessiya keçirilir

Azərbaycanın PISA yüksəlişi: təbiət elmlərində 60 bal artım!

Almaniyada elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı rekord həddə çatıb

Media və Yayım Şurasının sədri və üzvləri təyin edilib – Sərəncam

Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub

PISA 2025 nəticələri üzrə Azərbaycan ən yüksək irəliləyiş göstərən ikinci ölkə oldu

Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib

“Qarabağ” Mateuş Koxalski ilə yollarını ayırıb - RƏSMİ

Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BCAW2026: Kənd təsərrüfatının iqlim çağırışlarına davamlılığı əsas müzakirə mövzusu olub VİDEO

BCAW2026: Kənd təsərrüfatının iqlim çağırışlarına davamlılığı əsas müzakirə mövzusu olub VİDEO

Professor İbrahim Cəfərovun 70 illik yubileyinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

“Liverpul” 17 ildən sonra ilk dəfə formasının əsas sponsorunu dəyişəcək

Kənd Təsərrüfatı Nazirliyinin sentyabr ayı üzrə bölgələrdə vətəndaş qəbulu qrafiki açıqlanıb

Məktəbəqədər təhsildə əhatəliliyin genişləndirilməsi istiqamətində tədbirlər görülür - nazir

Türk nümayəndə: Süni intellekt kənd təsərrüfatında riskləri əvvəlcədən müəyyən etməyə imkan verir

Professor Abdulla Sofiyev beynəlxalq elmi reytinqdə Azərbaycan üzrə birinci olub

Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

“Vitol Group”: Hörmüzdən sutkada 10 milyon barel neft və neft məhsulları daşınır

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb

Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb VİDEO

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb VİDEO

Emin Əmrullayev: Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq

Rumıniya hərbi imkanlarını genişləndirir

Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV

Vətəndaşların pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciətləri dinlənilib

Nazir: Problemlərin həlli üçün cəmiyyətin birgə səyi vacibdir

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

Məcnun Məmmədov: Proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz

Misin qiyməti rekord göstəriciyə çatıb

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

FAO nümayəndəsi: Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işləyirik

ADPU-nun baş müəllimi: Tarix dəqiqliyi sevir, ona kənardan yazılar yazmaq olmaz

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Norveçdə kral V Haraldın dəfn mərasiminə hazırlıq işləri yekunlaşır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar

Xəyyam Məmmədov: Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməliyik

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb

Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik edilib

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başlayıb

Emin Əmrullayev: Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var

Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb

ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir

PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərbaycan 69-cu, Bakı 47-ci yerdədir

Mişel Leviston: Azərbaycan müstəqil siyasət yürüdür və Mərkəzi Asiya ilə inteqrasiyanı dərinləşdirir

Jordi Xucla: Cənubi Qafqazda sülh möhkəmlənir və regional inteqrasiya prosesi irəliləyir

Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir

Tolqaxan Bəxtiyar: Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir

Türkiyə XİN-i Ratko Mladiçin dəfn mərasimi ilə bağlı ictimai narazılığa münasibət bildirib

UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

Bu saata olan əsas xəbərlər

Dosent: Qırğız akınlığı və Azərbaycan aşıq sənəti ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsi şəraitində inkişaf edir

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

ABADA: İlin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir

Fərid Şəfiyev: Azərbaycanın regionda artan rolu Avropa ölkələrinin diqqətini cəlb edir

İcraçı direktor: Bakı İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr COP31 üçün mühüm əhəmiyyət daşıyır

Sədr müavini: Xırda və ortaölçülü təsərrüfatların da aqrar sığortaya əlçatanlığı artacaq

Nazir müavini: İqlim stansiyaların ümumi sayı 181-ə çatdırılacaq

Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

FAO-nun nümayəndəsi: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir

Qay Bonvin : Azərbaycan regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir

Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub

İdarə Heyətinin sədri: Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib

ANAMA sədri: Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir

Yeni subsidiya mexanizminə subtropik bitkilərin də daxil edilməsi gözlənilir

Bu il Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub

® “Bakcell Peerstack Academy” tələbələri üçün hakaton keçirib

Musiqi müəllimi: Süni intellekt müəllimi tamamilə əvəz edə bilməz

Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri