Xorvatiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
Bakı, 4 sentyabr, AZƏRTAC
Xarici İşlər nazir Elmar Məmmədyarov Xorvatiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Branko Zebiçlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərini müzakirə edib və ikitərəfli strateji əlaqələrin hazırkı səviyyəsini məmnunluqla vurğulayıblar.
Səfir Branko Zebiç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər naziri Elmar Məmmədyarov Xorvatiyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]