Xorxe Lorentso yenidən Formula 1 iştirakçısı olmaq istəyir
Bakı, 25 dekabr, AZƏRTAC
“MotoGP” üçqat çempionu Xorxe Lorentso 2016-cı ildə Silverstounda “Mercedes” komandasının xüsusi sınaq yürüşlərində iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu təcrübəni bəyənən ispaniyalı bildirib ki, onu yenidən təkrar etmək istəyir. Lorentso deyib: “Mən həmişə Formula 1 bolidinin sükanı arxasına keçməyi arzulamışam. Bu, başqalarından tamamilə fərqli olan unikal maşındır. Bundan başqa, daha təcrübəli pilot kimi hansı nəticələri əldə edəcəyim də özüm üçün maraqlıdır. O vaxtlar maşının aerodinamik keyfiyyətləri və sıxıcı gücü məni cəlb edirdi. Tam sürətlə və beşinci ötürücüdə döngələrdən keçə bilirdim. Halbuki motoyürüşlərdə bu döngələrdən üçüncü ötürücüdə keçirdik.
Formula 1-dən fərqli olaraq, motoyürüşlərdə bütün bədəninlə işləməlisən və yıxıldığın zaman heç bir karbon örtük səni qoruya bilməz. Birbaşa asfaltın üzərinə düşəcəksən”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]