Yağıntıların miqdarının nisbətən çox olması çaylarda sululuğun artmasına şərait yaradıb
Bakı, 22 dekabr, AZƏRTAC
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ölkə ərazisindəki çaylarda sululuğun bir qədər yüksək olduğu müşahidə edilir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev məlumat verib. O bildirib ki, hazırda Kür çayının Gürcüstan ilə sərhəd hissəsində, Qıraqkəsəmən məntəqəsində su nəqli saniyədə 156 kubmetrə bərabərdir və bu, ongünlük normaya yaxındır. Bu il məntəqədə sululuq ötən illə müqayisədə 30 faiz çoxdur.
Xidmət rəsmisinin sözlərinə görə, yağıntıların miqdarının nisbətən artıq olması çaylarda sululuğun artmasına şərait yaradıb, bu da son illər sululuğu azalan Kür çayında yaranan bəzi problemlərin həllinə müsbət təsir göstərib.
“Kür çayı üzərindəki anbarlarda ötən illərlə müqayisədə su ehtiyatları artıb, bu da nəticə etibarı ilə Kürdə suyun səviyyəsinin daha yaxşı idarə olunmasına və Neftçala rayonunda, çayın Xəzərə tökülən hissəsində suyun tərkibinin duzluluq səviyyəsinin normallaşmasına səbəb olub”, - deyə Rafiq Verdiyev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]