Azərbaycan Dövlət İnformasiya Agentliyi

YALAN AYAQ TUTAR, AMMA YERİMƏZ

Maqsud İBRAHİMBƏYOV

Milli Məclisin deputatı,

Azərbaycanın xalq yazıçısı

Bu ilin əvvəlində AŞPA-nın nümayəndəsi Yevgeniya Jivkova Bakıya gəlmişdi. ATƏT nümayəndələrinin Bakıya səfərləri fonunda onun bu gəlişi bizim ictimaiyyətə bir qədər qeyri-adi təsir bağışladı. ATƏT-in nümayəndəsi xanım Jivkovanın zövqlə geyinməsi, xoş rəftarı, ağıllı bir qadın olması hamını təəccübləndirdi. Mənə elə gəlir ki, AŞPA-nın fəaliyyətində nasazlıq yaranmış və Jivkova Bakıya gəlməzdən əvvəl onu zombiləşdirməyə macal tapmamışdılar. Məhz buna görə də ATƏT-in bizə tanış olan nümayəndələrindən fərqli olaraq, Jivkova əvvəlcədən hazırlanmış demaqoji bloklarla danışmır, açıq çıxışlarında həqiqətən demokratik əqidələrə əsaslanan maraqlı fikirlər söyləyirdi.

Bunlar ona görə təəccüblü görünürdü ki, Jivkovanın davranış tərzi, hadisələrə təzə mövqedən yanaşması, öz mühakimələrində sağlam düşüncəyə əsaslanması ATƏT nümayəndələrinin Bakıya əvvəlki səfərlərində gördüklərimiz və eşitdiklərimizlə kəskin təzad təşkil edirdi. Vaxt ötdükcə, bakılıların şüurunda ATƏT-in buraya göndərdiyi insanların orta bir obrazı - ömrünün çiçəklənmə dövrünü yaşayan, guya “Versace” firmasında buraxılmış, əslində isə harada istehsal edilməsi məlum olmayan pirat qalstuku taxmış, siqaret çəkməyən, daxilən antiislamist və antisemit olduğunu gizlətməyə çalışan, lakin bu cəhətləri aşkar hiss edilən, yalançı liberal-demokrat leksikasından sui-istifadə edən cazibəli gey obrazı yaranmışdır. Bu insanlar hər dəfə Bakıya gələndən az sonra açıq bəyanatlar verməyə başlayan kimi, onların intellektinin və tərbiyəsinin spesifik xüsusiyyətləri üzə çıxır və bunu müşahidə edənlər mat qalır. Məsələn, onlar heç bir dəlil gətirmədən bəyan edirlər ki, Azərbaycanda söz azadlığı yoxdur. Özü də bu bəyanatlar elə ahənglə səslənir ki, sanki qarşındakı demokratiyanın növünü və keyfiyyətini müəyyən edən baş nəzarətçidir. Həyasızcasına yalan danışmaq və böhtan atmaq heç kəsə başucalığı gətirmir, lakin bu cür söhbətlər rəsmi şəxsin dilindən, özü də onun suveren ölkədə olduğu vaxt səslənirsə, bu, birmənalı olaraq yolverilməz və təhqiramiz davranış kimi qiymətləndirilməlidir. Səbəbini başa düşmək çətindir, lakin artıq neçənci dəfədir ki, bu cür xuliqanlıq edən diplomatlar cəzasız qalır. Ən dəhşətlisi isə odur ki, deyəsən, biz bu biabırçılığa adət etməyə başlayırıq.

Məlumdur ki, hər hansı bir əşya haqqında fikir söyləmək üçün əvvəlcə o əşyanı görmək, yaxud ona toxunmaq, əlacsız qaldıqda, onu iyləmək və ya yalamaq lazımdır. ATƏT nümayəndələri Azərbaycanın kütləvi informasiya vasitələri ilə hətta uzaqdan-uzağa belə tanış deyillər, ölkəmizə qısamüddətli səfərləri zamanı onlar burada söz azadlığı sarıdan həqiqi vəziyyətlə tanış olmağa cəhd də göstərməmiş, heç bir qəzet oxumamışlar. Mən “Estoniyalı ikinci Andreas iftiralar yağdırmaq yolunda isveçrəli birinci Andreası necə qabaqladı” adlı məqaləmdə yazmışdım ki, Azərbaycanda mütləq söz azadlığı vardır, özü də elə azadlıq ki, azğınlığına görə dünyanın heç bir ölkəsində mümkün deyildir. Bunu əyani şəkildə göstərən yüzlərlə məqaləni ingilis, eston dillərinə və ya hər hansı İsveçrə dialektinə öz hesabıma tərcümə etdirməyə razıyam. Lakin ATƏT nümayəndələrini mətbuat maraqlandırmır. Onlar söz azadlığı sarıdan real vəziyyəti öyrənmək xatirinə bircə dəfə də olsa nə yaradıcı və ya texniki ziyalıların nümayəndələri ilə, nə biznesmenlərlə və ya evdar qadınlarla, nə də oxucuların hər hansı başqa kateqoriyası ilə görüşüblər. Ölkəmizdə baş verən bütün hadisələr barədə informasiyanı onlara təpədən-dırnağa qədər satılmış “sarı mətbuat” jurnalistlərinin və ya satqın “politoloqların” şəxsində təsir agentləri təqdim edirlər. ATƏT nümayəndələrinin məsuliyyətsiz, xalqımız üçün, iqtidar və ölkəmiz üçün təhqiramiz çıxışlarının mətnləri heç bir düzəlişsiz, ixtisarsız dərhal bütün KİV-lər vasitəsilə yayılırdı. Ölkəmizin əslində mövcud olmayan problemlərini tənqid edənlərin məntiqinə görə, bu fakt “Azərbaycanda söz azadlığının olmamasının” daha bir təkzibedilməz sübutu ola bilər.

Jivkovanın Azərbaycan vətəndaşları qarşısında zühur etməsini Allahın buyuruğu kimi qiymətləndirmək olar: görünür, O, bizə xatırlatmaq istəyir ki, siyasət aləmində yeni hərbi bazalar və neft ilə yanaşı, abır-həya və kommersiyaya əsaslanmayan həqiqi demokratiyaya inam kimi başqa dəyərlərə də xidmət edən insanlar hələ var.

Yevgeniya Jivkovanın Azərbaycana səfəri fleytaçalan siçovul ovçusu effektinə oxşar daha bir kənar effekt vermişdir. Təsir agentləri ehtiyatlı olmağı unudaraq, öz yuvalarından bayıra çıxdılar. Onlar hirsindən əsə-əsə, sürüşkən tüksüz quyruqlarını bulayaraq, AŞPA nümayəndəsinin üstünə hücum çəkdilər, çünki o, həmin agentlərlə onların ağaları arasında əldə edilmiş bütün razılaşmaları pozmağa cəsarət etmişdi. Belələri Y.Jivkovanı qapmağa, gəmirməyə hazır idilər, hərçənd, Avraam Linkoln sağ olsaydı, o da bu xanımın sözlərinin altından qol çəkərdi. Jivkova deyəndə ki, qanun qarşısında hamı bərabərdir və buna görə də bütün başqa vətəndaşlar kimi, jurnalistlər də cinayət xarakterli əməllərinə görə qanun qarşısında məsuliyyət daşıyırlar, - agentlərin kin-küdurəti aşıb-daşırdı. Dünyanın hər hansı ölkəsində bu o deməkdir ki, əgər insan şantajçı, qatil və ya pedofildirsə, lakin üstəlik, jurnalistdirsə, o, öz əməllərinə görə məhkəmə qarşısında dayanmalıdır. Cinayətkarın jurnalistika ilə məşğul olması hakimin nəzərində onu savadlı, buna görə də daha həyasız cinayətkar kimi səciyyələndirər və bu, onun təqsirini daha da artırar. Başqa sözlə desək, cinayətkarın kimliyi - onun jurnalist və ya balet solisti olması onu cəzadan azad etmir.

Beləliklə, agentlərin bütün sürüsü Jivkovaya hücum çəkdi. Bakıda onu daha nələrdə günahlandırmadılar! Onu ən yolverilməz, kobud tərzdə təhqir etdilər. Demokratizmin olmamasını onunla izah etdilər ki, Jivkova Todor Jivkovun nəvəsidir. Bütün xalqların rəhbəri olan yoldaş Stalin vaxtilə özü etiraf edirdi ki, atanın əməllərinə görə oğul cavabdeh deyil, bütün dünyanın, o cümlədən Azərbaycanın yalançı demokratları isə özlərinə lazım olanda hətta Stalindən də irəli getməyə hazırdırlar. Onlar hakimiyyətə çatmağa nail olanda, bu, xüsusilə nəzərə çarpır.

Jivkovaya qarşı daha bir ittiham “demokratik” kommunist arsenalı tərəfindən irəli sürüldü. Xanıma xatırlatdılar ki, onun bahalı mallar mağazası var, yəni o, kapitalist və istismarçıdır. Belələri Azərbaycanda SƏDM (sosialist əmlakını dağıdanlara qarşı mübarizə) idarəsinin artıq mövcud olmadığını və ümumiyyətlə, xanım Jivkovanın əcnəbi vətəndaş olmasını xatırlayandan sonra təftiş ideyasından imtina etdilər.

Lakin Jivkovanı ən dəhşətli cəza onun Bakıya səfərinin sonuncu günü - polkovnik Yunus ilə görüşdüyü vaxt gözləyirdi. Polkovnik Yunus Jivkovanın Bakı təəssüratlarından yorğunlaşmış gözlərinin içinə uzun-uzadı baxandan sonra tələsmədən və çox aydın tələffüzlə sehrli bir ifadə işlətdi: “Bakıya qayıtsan, bir dəfə də göstərərəm”. Bundan sonra o, yubkasını qaldırıb əyri qıçlarını göstərmişdir. Yunusun öz “qalifesini” nümayiş etdirməsi qonağın başına gələn son vaqeə olmuşdur.

Jivkova Bakıdan qayıdandan sonra üç həftə Nəbatat bağının nəzdindəki oranjereyada çiçək terapiyası kursu keçmişdir və indi mənəvi qüvvəsini, demək olar ki, tam bərpa etmişdir. Amma ay bədirlənəndə heç bir səbəb olmadan qüssələnir və yanındakı adamlara deyir ki, bundan sonra onu nə qədər dilə tutsalar da, ömür-billah Azərbaycana getməyəcək.

Bu ilin payızında ölkəmizdə prezident seçkiləri keçirilməlidir. Seçkilərə hazırlıq artıq başlanmışdır, lakin bu seçkilərə təkcə Azərbaycanda hazırlaşmırlar. Ölkəmizin hüdudlarından çox-çox uzaqlarda artıq indidən hesabatlar yazılır ki, 2008-ci ilin payız seçkiləri bütün demokratik normalar pozulmaqla keçirilmiş, nəticələr saxtalaşdırılmışdır və onlara yenidən baxılmalıdır.

Azərbaycanda seçkilərin bütün hüquqi normalara riayət edilməklə keçəcəyinə şübhə etməmək olar, lakin bu, heç kəsi maraqlandırmır. Çox güman ki, əksinə, əsəbiləşdirir. Ona görə ki, payız seçkilərinə pis diaqnoz qabaqcadan, artıq bu gün qoyulmuşdur. Bu, Azərbaycanı müti vəziyyətdə saxlamaq və böyük beynəlxalq oyunun əsas iştirakçılarının şərtlərini ona diktə etmək üçün lazımdır. Məlumdur ki, bu gün həmin oyunçuların bir neçə böyük arzusu var, lakin Azərbaycan qızıl balıq deyil və kiminsə arzusu Azərbaycanın milli mənafelərinə zidd olarsa, o, belə arzuları yerinə yetirmək istəməyəcək. Amma bir məsələ var ki, Azərbaycan bunu istəməsə də, həmin oyunçuların payız seçkilərində əvəz çıxmağa ümidi qalır. Axı, biz bütün bunları 2003-cü ildə, təsir agentləri təcavüzkar qaragüruhu küçələrə çıxaranda görmüşük. Mən əminəm və əsla şübhə etmirəm ki, 2008-ci ildə hər şey normal olacaq. Necə deyərlər, başına gələn başmaqçı olar!

Mətbuatda yayılmış məlumata görə, ABŞ Azərbaycanda seçkilərin keçirilməsinə üç milyon dollar ayırmışdır. Təbii ki, bu, ilkin məbləğdir, əslində nə qədər vəsait ayrılacağını geniş ictimaiyyət bilmir. Bu məqsədlə başqa ölkələr - Avropa və Şərq ölkələri, o cümlədən müsəlman ölkələrinin radikal təşkilatları da külli miqdarda vəsait ayırırlar. Bütün bunlar son məqsədə çatmaq - sınaqdan çıxarılmış sxem üzrə ölkədə hərc-mərclik, iğtişaşlar, muzdlu satqınlarla hüquq mühafizə qüvvələri arasında toqquşmalar yaratmaq üçündür. Bu işdə sarı mətbuat jurnalistlərinə və satqın “politoloqlara” xüsusi rol ayrılmışdır, onlar baş verən hadisələri “xalqın” hiddətlənməsinin təzahürü kimi qələmə verməlidirlər. Bütün bu saxtalaşdırılmış informasiya beynəlxalq mətbuat səhifələrində yerləşdiriləcək, həmişə olduğu kimi, Azərbaycandakı informasiya mənbələrinə istinad edilməklə, bütün beynəlxalq elektron KİV-lər tərəfindən yayılacaqdır.

Ona görə də bu gün “sarı” mətbuatın jurnalistlərinə və satqın politoloqlara həmişəkindən daha çox qiymət verilir. Onları hər bir xoşagəlməz hallardan səylə qoruyurlar, onlara çəkilən xərcləri qat-qat artırıblar, ən çox canfəşanlıq edənləri, ən vicdansızları isə hər həftənin çərşənbə axşamı toplayıb təlimat keçir, sonra bəzi xarici ölkələrin səfirliklərində kalorili mərci şorbası ilə doydururlar. Yayılan şayiələrə görə, Bakıdakı səfirliklərin birində jurnalistlər hazırlayan kurslar var, orada hazırlıq keçənlər hazırda fəaliyyət göstərənlərdən keyfiyyətcə yaxşı olmalıdırlar. “Hazırda fəaliyyət göstərənlərdən keyfiyyətcə yaxşı” sözləri yalnız bir məna daşıya bilər: bu kursların məzunları azacıq muzd müqabilində özlərinin “sarı” qəzetinin səhifələrində sevimli doğma analarını fahişəlikdə günahlandırmağa hazır olan adi başkəsənlər olacaqlar.

Çox istərdim ki, kimsə izah etsin: bir ölkə hamılıqla qəbul edilmiş hansı beynəlxalq qaydalara əsasən başqa ölkənin daxili işlərinə qarışır, ictimaiyyətə məlum olmayan açıq-aşkar təcavüzkar qruplaşmaları bu barədə heç bir xahiş olmadığı halda maliyyələşdirir? Bunu heç kəs izah edə bilməyəcək, çünki beynəlxalq hüquqda belə hərəkətlər nəzərdə tutulmamışdır.

Məsələyə aydınlıq gətirmək üçün bəlkə Qədim Yunanıstanın təcrübəsinə müraciət etməliyik. Axı, hər halda, “demokratiya” sözünü bəşəriyyətə məhz bu ölkə bəxş etmişdir. Onun quldarlıq ölkəsi olmasına məhəl qoymamaq olar, əsas məsələ budur ki, o, demokratik ölkə olmuşdur. Tarixi faktdır ki, Qədim Yunanıstanda xalqın öz iradəsini demokratik şəkildə ifadə etməsi nəticəsində qəbul edilmiş gözəl qanunlar olmuşdur. Amma... Bütün bu xoşagələn ədalətli qanunlardan tam şəkildə yalnız oliqarxlar və patrisilər istifadə edirdi, qəbul edilmiş qanunların heç də hamısı plebeylərə, əslində, şamil olunmurdu, qullara isə ümumiyyətlə heç bir qanun şamil edilmirdi və onlar Qədim Yunanıstanda qanundankənar yaşayır və ömür sürürdülər. Eyni sözlər vətəndaş hüquqlarına da aid idi. Oliqarx və patrisilərin hər şeyi etməyə hər cür hüququ vardı, plebeylərin vətəndaş hüquqları bundan qat-qat az idi, qullara isə heç bir hüquq verilmirdi! Demək istəyirəm ki, demokratik Qədim Yunanıstanı tam əsasla ikili standartların banisi hesab etmək olar. Əgər hər hansı bir qədim yunan xəbər tutsaydı ki, XXI əsrdə ikili standartlar dövlətlərarası münasibətlərdə geniş tətbiq edilən demokratik vasitəyə çevriləcək, onun necə heyrətlənəcəyini yalnız təsəvvür etmək olar. Qədim yunanların buna nə deyəcəyini indi güman etmək çətindir. Məsələn, Homer yəqin ki, fikrə gedərdi, başqa bir qədim yunan - deyək ki, Makedoniyalı İsgəndər çox güman ki, sevinərdi, çünki ikili standartlar bütün fatehlərin xoşuna gəlir, onlar ikili standartlardan istifadə etməyi xoşlayırlar. Qədim Yunanıstanda heç bir diplomatik eyhamsız-filansız ikili standartlardan istifadə edirdilər. Plebeyləri elə belə də çağırır, yeri gəldikdə əzişdirirdilər. Qullarla rəftar daha sadə idi, əgər o, özünü pis aparsa, uzun-uzadı izahata ehtiyac qalmır, başını və ya bədəninin digər əzasını kəsib atırdılar. XXI əsrdə ikili standartların tətbiq edilməsi bir qədər mürəkkəbləşmişdir, amma çox yox. Hüquqlar məsələsində indiki dövlətlər, demək olar ki, qədim demokratik yunanların tayıdır. Bəzi ölkələrin həqiqətən bütün hüquqları var, digərlərinin hüquqları bundan qat-qat azdır, lakin üçüncü, yoxsul və zəif dövlətlər də var ki, onlara hüquq əvəzinə, başqa şey verirlər! Ən başlıcası, dövlət səviyyəsində ikili standartları tətbiq edəndə, ətrafdakılara bütün bunların yalnız demokratiyanın təntənəsi naminə edilməsini vaxtında bildirməyi unutmamaqdır. Ətrafdakılar isə bunu... kommersiya demokratiyası naminə həzm edəcəklər. Allaha şükür, bu sahədə təcrübə toplanmışdır.

Bu günlərdə ABŞ Prezidenti qarşıdakı seçkilərə həsr edilmiş növbəti tədbir keçirmişdir. O, öz çıxışında bəyan etmişdir ki, “Azərbaycan jurnalistlər üçün həbsxanadır”. Hər şey aydındır. Ax, Azərbaycanda seçkilər dövründə “sarı” mətbuatın satqın jurnalistlərinə necə də ehtiyac var! Hətta cinayətkarlar da lazımdır, təki işləsinlər.

Cənab Buşu bütün dünyada coğrafiyanı yaxşı bilən adam kimi tanıyırlar, lakin bəzən o da səhv edir. Bu dəfə o, ABŞ-ın lap böyründə olan Quantanamonu Oykumenin o başında yerləşən Azərbaycanla səhv salmışdır. Görünür, bu səhvə səbəb “həbsxana” sözü olmuşdur. Lakin əgər ciddi desək, böyük bir dövlətin rəhbəri satqın təsir agentlərinin - Azərbaycan barədə saxta informasiyanı Amerika bazarına çıxaran əsas qüvvələrin iftiralarını kor-koranə təkrarlayanda bu, çox qəribə təsir bağışlayır. ABŞ-a münasibətdə daim loyallıq və rəğbət hissi nümayiş etdirən kiçik ölkəmizi daxildən məhv etməyə çalışan ideoloji terrorçuları şirnikləndirmək dövlət başçısına yaraşan hərəkət deyil. Bəlkə də biz öz sadəlövhlüyümüzə görə başa düşmürük ki, bir ölkənin merkantil maraqları naminə başqa ölkədə, özü də ona dost olan ölkədə muzdlu sabotajçıların və təxribatçıların fəaliyyətini şirnikləndirən beynəlxalq siyasətin yeni naqis və şərəfsiz bir növü ilə üzləşmişik? Başa düşürük. Özü də artıq çoxdan hər şeyi başa düşmüşük, amma hələ dözürük.

Artıq vərdiş etmişik ki, bizə yalan satsınlar. Özümüzü elə göstəririk ki, guya bizə yalan satdıqlarını hiss etmirik. Lakin indi bu yalan həddini aşıb, eşitməməzliyə vurmaq olmur, çünki daha qulaqlarımız da buna dözmür. Döyənək olub!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinə Prezident Donald Tramp tərəfindən təqdim edilmiş xatirə hədiyyəsini göstərib

Çexiya məhkəməsi Almaniya vətəndaşı olan neonasistin ekstradisiyası barədə qərar qəbul edib

SOCAR 31-ci “Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi”ndə öz stendi ilə təmsil olunur

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 7,5 milyard dollar olan müqavilələr imzalanıb

Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində iştirak edib YENİLƏNİB -2 VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan–Misir enerji tərəfdaşlığı yeni mərhələyə yüksəlir

Neft və neft-kimya ticarəti üzrə Azərbaycan–Özbəkistan əməkdaşlığı genişlənir

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Soumaya Tebbi: Metan emissiyasının azaldılması üçün texnoloji inkişafa sərmayə yatırılmalıdır VİDEO

Kimya İnstitutunun əməkdaşları “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb VİDEO

Namiq Abdullayev: Bu gün avtoqraf alan uşaqlar sabah Azərbaycanın idman ulduzları ola bilərlər

Fransanın keçmiş Baş naziri: Yeliseyə gedən yoldayam

Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

Fransada Azərbaycanın miniatür ruhunu yaşadan rəssam-Əli Seyran İmanzadə

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

Rövşən Əmrahov: Ölkəmizdə çoxlu sayda gənc istedadlı ifaçı var

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

Görmə məhdudiyyətli uşaqlar səhnədə “Sərhədsiz imkanlar”ı nümayiş etdiriblər VİDEO

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

Neftçi övladları Uşaqların Beynəlxalq Müdafiəsi Gününü valideynlərinin iş yerlərində qeyd ediblər

Almaniyada miqrasiya balansı iki dəfəyədək azalıb

Baş katib: İstənilən idman növünün təməli uşaq idmanının inkişafı əsasında qurulur

ESCAP: Mərkəzi Asiya regionu qlobal enerji keçidi üçün böyük potensiala malikdir

KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

“II Birlik Yarmarkası” Xeyriyyə Rəsm Sərgisinin açılışı olub VİDEO

® “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü xüsusi təşəbbüslə qeyd edib 

Kişineuda Azərbaycan nağılları kitabı rumın dilində təqdim edilib

“Elləroyuğu” Yaylaq Festivalı: Şamaxıda Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi nümayiş olunub

Xaricdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır

Lüksemburqda LuxAz Mərkəzinin rəsmi açılışı olub

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

Alparslan Bayraktar: Enerji keçidinin maliyyələşdirilməsində beynəlxalq maliyyə institutları və özəl sektorun iştirakı vacibdir

Azərbaycanda kənd təsərrüfatının gələcək inkişafı üçün geniş imkanlar mövcuddur ŞƏRH

Ekspert: Kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxış imkanları daha da genişləndirilməlidir

BSU Çinin Hucou Pedaqoji Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil

® Ədliyyə Nazirliyinin bir sıra xidmətləri artıq “mygov” platformasında!

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir

Rəsədxana: İyunun ilk günlərində geomaqnit qasırğası gözlənilir

® “mygov” platformasına yeni təhsil xidmətləri inteqrasiya edilib

Məhkum valideynlər övladları ilə görüşdülər

® Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

® “Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək olub

Azərbaycanlı alim beynəlxalq konfransda İsmayıl Qaspıralının irsindən bəhs edib

Kambocanın Kralı Norodom Sihamonidən

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

® “Coca-Cola” Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər

Baş direktor: IRENA Mərkəzi Asiyada bərpaolunan enerji layihələrini dəstəkləyir

ARKA dövlət dəstəyi ilə film layihələri müsabiqəsinə başlayıb

IRENA: Ötən il bərpaolunan enerji sahəsində rekord göstərici qeydə alınıb

WUF13 UNEC-də yeni akademik istiqamətlərin formalaşmasına təkan verib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

® Mərkəzi Gömrük Hospitalında uşaqlara həsr edilən tibbi-sosial aksiya təşkil olunub

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

“TotalEnergies”: Metanın atmosferə buraxılmasının qarşısının alınması prioritetdir VİDEO

Könüllü gənclər Ulu Öndərin xatirəsini şahmat turniri ilə anıblar

Gürcüstanlı nazir müavini: Region ölkələrinin enerji əməkdaşlığı yeni mərhələyə keçir

AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya

Azərbaycan qlobal enerji dialoqunun əsas platformalarından biridir – ŞƏRH

Cəbrayılda uşaqların bayram sevinci

Şamaxı Astrofizika Rəsədxanasında tələbələrin istehsalat təcrübəsi başa çatıb

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

Albaniyalı nazir müavini: Enerji təchizatı marşrutlarının şaxələndirilməsi üçün Azərbaycanla əməkdaşlıq edirik

BMU keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsini hədəfləyir

Hindistanda gənclərin onlayn “Tarakanlar partiyası” Baş nazirə qarşı küçə aksiyası planlaşdırır

Beynəlxalq konfransda Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb

® “OBA” “Qonşuluqda 10 iz” layihəsi həyata keçirib

Nazir müavini: İqlim dəyişikliyi ölkənin hidroloji rejiminə birbaşa təsir göstərdiyindən enerji mənbələrinin şaxələndirilməsi prioritetdir

Yuvalayan quş növlərinin yayılması və davranış xüsusiyyətləri öyrənilir

Ən çox allergiya yaradan qidalar hansılardır?

Alparslan Bayraktar: Azərbaycanın bərpaolunan enerji resursları böyük həcmdədir

Nazirlik: “Uşaqlara kiberqayğı 2” layihəsi davam edir

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

Rektor: Azərbaycan və Çinin elm-təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi labüddür VİDEO

“Neftçi” İdman Klubu uşaqları sevindirib

Azərbaycan-İran dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər nəzərdən keçirilib

CİS texnologiyaları Zəngilan və Ağdamı regionun “ağıllı” şəhər nümunəsinə çevirir – MÜSAHİBƏ

“Bədr Şirvani: yaradıcılıq prizmasından” monoqrafiyası çap olunub

Uşaq Evinin rəhbəri: Uşaqlar üçün keçirilən tədbirlər onlarda xoşbəxtlik və özünəinam hissi yaradır

Azərbaycan postmünaqişə dövründə yeni beynəlxalq şəhərsalma modeli təqdim edir ŞƏRH

Böyük Britaniya Ruanda ilə bağlı məhkəmədə qalib gəlib

Əhməd Əl Kaabi: Beynəlxalq əməkdaşlıq enerji təhlükəsizliyinin əsas şərtlərindən biridir

“Sea Breeze”də uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub

Media: Mərmi istehsalı üçün Polşa şirkətlərinə 3,7 milyard dollar ödənilib

Milli Məclisin sədri növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb

Avstraliya millisinin dünya çempionatı üçün heyəti müəyyənləşib

İyunun 2-si səhərdən 3-ü gündüzədək hava fasilələrlə yağıntılı olacaq - XƏBƏRDARLIQ

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Hikmət Abdullayev: Mövcud neft-qaz infrastrukturuna yeni texnologiyaların inteqrasiyası SOCAR üçün əsas çağırışlar olaraq qalır VİDEO

Azərbaycanda aqrar sahə ən yeni mərhələyə qədəm qoyur ŞƏRH

Qazaxıstan XİN: Ermənistanın Aİİ-dən çıxması ilə bağlı sualı erməni tərəfinin özünə ünvanlamaq daha yaxşı olardı

Nazirlik: 2020-ci ildən indiyədək 884 uşaq sosial xidmət müəssisələrindən ailələrinə qaytarılıb

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO

“TotalEnergies” “Abşeron” yatağında yeni həllərin tətbiqini planlaşdırır VİDEO